Əjdaha meyvəsi ("PITAHAYA")
Müəllif: Anaveusaq.az от 26-10-2016, 11:01
İngilis dilində bu meyvə "draqun fruit” adlandırılır.
Əslində, söz şərq ölkələrindəki mənalardan yaranıb: çin dilində "od əjdaha meyvəsi" və "əjdaha ləl-cəvahiratı meyvəsi", vyetnam dilində "yaşıl əjdaha", İndoneziyada isə "əjdaha meyvəsi" olaraq adlandırılır və s..
Əjdaha meyvəsinin ("PITAHAYA") dənəsi 11-16 manatdır. Meyvəyə bu gün Almaniya, İngiltərə, Fransa və Hollandiyada böyük maraq və ehtiyac var.
Əsasən, dondurma istehsalı, salat və dərman sanayelərində istifadə olunan bu qəribə meyvəni ağırlığı 300 qramdan bir kiloya qədər ola bilir. Tropik, sitrus meyvələri və eləcə də tərəvəz istehsalına alternativ məhsul olaraq seçilir.
Onu həm də sıxaraq suyunu içir, qabığından sənayedə rəng maddəsi olaraq istifadə edirlər. Yəni bu meyvədən müxtəlif istiqamətlərdə istifadə edilir.
Yüksək antioksidant və liposom tərkibli bu meyvə lif baxımından da çox zəngindir.Pitaya ağacı kaktuskimilərdən olub yetişdirilməsi çox diqqət və zəhmət istəyən bir meyvədir.
Müxtəlif rəngdə olurlar. Bu fərqlər, əsasən, meyvə kəsildiyi zaman ortaya çıxan iç rəngindən bilinir.
İşərisi kivi meyvəsində olduğu kimidir.
Tərkibində olan qida və minerallar etibarilə gözlərin görmə qüvvəsini artırır, təzyiqi nizamlayır. Əjdər meyvəsində bolluca C vitamini, kalium, kalsium, maqnezium və lif vardır.
Tərkibindəki kalsium sümüklər üçün çox faydalıdır. Orqanizmin rütubət nisbətini nizamlayır. Diabet xəstələri üçün olduqca xeyirli bir meyvədir.
100 gramlıq əjdər meyvəsinin (bunun 55 qramı yeyilməli) gündəlik qida dəyərləri:
Qeyd: Mənbə kimi Vikipediyadan və "Xəbərtürk" İnformasiya Agentliyinin bu mövzuda yazısından istifadə edilmişdir.
Oxşar postlar:
- Oxunub: 33 767
- Şərhlər: 2 449
- Bölmə: Təbiət
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.