Əjdaha meyvəsi ("PITAHAYA")
Müəllif: Anaveusaq.az от 26-10-2016, 11:01
İngilis dilində bu meyvə "draqun fruit” adlandırılır.
Əslində, söz şərq ölkələrindəki mənalardan yaranıb: çin dilində "od əjdaha meyvəsi" və "əjdaha ləl-cəvahiratı meyvəsi", vyetnam dilində "yaşıl əjdaha", İndoneziyada isə "əjdaha meyvəsi" olaraq adlandırılır və s..
Əjdaha meyvəsinin ("PITAHAYA") dənəsi 11-16 manatdır. Meyvəyə bu gün Almaniya, İngiltərə, Fransa və Hollandiyada böyük maraq və ehtiyac var.
Əsasən, dondurma istehsalı, salat və dərman sanayelərində istifadə olunan bu qəribə meyvəni ağırlığı 300 qramdan bir kiloya qədər ola bilir. Tropik, sitrus meyvələri və eləcə də tərəvəz istehsalına alternativ məhsul olaraq seçilir.
Onu həm də sıxaraq suyunu içir, qabığından sənayedə rəng maddəsi olaraq istifadə edirlər. Yəni bu meyvədən müxtəlif istiqamətlərdə istifadə edilir.
Pitaya ağacı kaktuskimilərdən olub yetişdirilməsi çox diqqət və zəhmət istəyən bir meyvədir.
Müxtəlif rəngdə olurlar. Bu fərqlər, əsasən, meyvə kəsildiyi zaman ortaya çıxan iç rəngindən bilinir.
İşərisi kivi meyvəsində olduğu kimidir.
Tərkibində olan qida və minerallar etibarilə gözlərin görmə qüvvəsini artırır, təzyiqi nizamlayır. Əjdər meyvəsində bolluca C vitamini, kalium, kalsium, maqnezium və lif vardır.
Tərkibindəki kalsium sümüklər üçün çox faydalıdır. Orqanizmin rütubət nisbətini nizamlayır. Diabet xəstələri üçün olduqca xeyirli bir meyvədir.
100 gramlıq əjdər meyvəsinin (bunun 55 qramı yeyilməli) gündəlik qida dəyərləri:
Qeyd: Mənbə kimi Vikipediyadan və "Xəbərtürk" İnformasiya Agentliyinin bu mövzuda yazısından istifadə edilmişdir.
Oxşar postlar:
- Həm sağlam, həm də dadlı yemək hazırlamaq istəyirsinizsə
- Lənkəranda fərdi təsərrüfatda quava meyvəsi yetişdirilir
- Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabı ispan dilində çap olunub
- Qusarın müasir tipli intensiv meyvə bağlarında bol məhsul yetişdirilib
- Niderland nə üçün gələcəyin ölkəsi adlandırılır?
- Oxunub: 2 317
- Şərhlər: 5
- Bölmə: Təbiət
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Küçələrə atılmış körpələr çoxalır
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Hərə qucaqlaşmağı, bir-birlərinə sarılmağı öz arzuladığı kimi düşünsə də...
Dövlət İmtahan Mərkəzi Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib
Sosial verilişlərdə və şou proqramlarında “Baden - Badenin mavi gecələri” (IIİ yazı)
Yazarlar