» » "Abutilion" (kəndirotu)

"Abutilion" (kəndirotu)

 

"Abutilion" (kəndirotu)

"Abutilon” və ya "Velvetleaf” - illik və çoxillik otlar, kol, kiçik həmişəyaşıl ağac olan dekorativ bitkinin adıdır.
Azərbaycanda bu bitkinin adı "kəndirotu”, latın dilinə tərcümədə isə "abutilon” adlanır: "a”-inkar, "bous”-"körpü özülü”, "tilos”-"zəif, davamsız” deməkdir. Rus dilində ona "kanatnik” deyilir. Azərbaycan florasında Teofrast kəndirotu növü bitir. (Bax:Oruc İbadlı, Aliyə Zərgərli ;”Bitki adları haqqında nə bilirsiniz?”)
Malvaceae çiçəkli bitkilərin əməköməci fəsiləsinə mənsub sarı, qırmızı və ya mor (qırmızıyla mavinin uyuşmasından yaranan rəng) çiçəkləri olan bitkidir. Bu çiçək Amerika, Afrika, Asiya və Avstraliyanın tropik və subtropik ərazilərində bitir.
10-dan çox endemik növ də daxil olmaqla 200-dən çox növ var. Lifli bitki olduğu üüçn kəndirindən yelləncək, balıq toru hazırlanmasında istifadə olunur.
Çində bir məhsul kimi sənaye məqsədi ilə əkilir: quru budaqları çuval bezi, kəndir, kanat və digər bu kimi vasitələr hazırlamaq üçün istifadə edilir. Çində bu bitkini zahiri oxşayışına görə "ağlayan Çin fənəri" də adlandırırlar.
Bəzi ölkələrdə isə bəzək növ kimi tanınan "houseplants”, " growers” kimi növlər plantasiyalarda əkilir.
"Abutilon” çiçəkli ağcaqayın kimi tanınır. Ağcaqayın ağacı ilə heç bir əlaqəsi olmasa da, ağcaqayın kimi dilimli simmetriya şəklində yarpaqları var. Hündürlüyü 1, 5 metrə qədər çatır.
Saxsı qablarda əkilir. Suya həssas bitkidir, hər həftə su verilməlidir. Gübrə və mineralları da su ilə qarışdırıb verirlər. Sürətlə inkişaf edə bilir.
 

"Abutilion" (kəndirotu)

Otaqda 10-15 ° C temperaturunda becərilir, qışda da çiçək açır. Sərinliyi sevir: qışda 10-13 ° , maksimum 15 ° C istilik yetərlidir. Saxladığı otağın cənuba açılan pəncərəsi günəşlə təması üçün kifayətdir. Suvarması yazdan payıza qədər davamlı, qışda isə daha az və mülayim su ilə olmalıdır.
Qışda isə budağı yarısından kəsin ki, dələn il yazda yaxşı qol – budaq atsın.
"Abutilon”u qələm üsulu ilə çoxaldırıq. Yəni yazda budanmış budaqlarını kəsin və torpağa bastırıb payıza qədər qulluq edin. Aprel – avqust aylarına qədər hər 3 həftədən bir xüsusi mineral gübrə ilə qidalandırılmalıdır.
"Abutilon” böyüyüb ağac forması alır, onu evin bir küncündə qoysanız, çox gözəl görünür,gülaçma dövü apreldən noyabra qədər olmasına baxmayaraq, qışda da gül aşır.
Zyancericiləri bitki biti və mealybug qurdudur. Vaxtaşırı dərmanlamaq lazımdır.


"Abutilion" (kəndirotu)


"Abutilion" (kəndirotu)


"Abutilion" (kəndirotu)


"Abutilion" (kəndirotu)


"Abutilion" (kəndirotu)


"Abutilion" (kəndirotu)


"Abutilion" (kəndirotu)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz