» » Hər il martın 22-də Dünya Su Gününü qeyd edirik, bəs suya münasibətimiz necədir

Hər il martın 22-də Dünya Su Gününü qeyd edirik, bəs suya münasibətimiz necədir


22 Mart Dünya Su Günüdür. Su dörd mühüm həyat ünsüründən biridir. Olsun ki, böyük əksəriyyət suyu insan nəslinin, həyatın davam etməsi üçün zəruri olan nemət kimi qəbul edir. Olsun ki, bəzi insanlar da onu , sadəcə, gündəlik qidalanma , eləcə də əl-üzlərini, bədənlərini yumaq vasitəsi kimi dəyərləndirir. Təbii ki, belədir. Dünya Su Gününün müəyyən olunmasında da həm bu dəyərlər ehtiva olunur, həm də bəşəriyyətin ciddi problemlərlə üzləşə biləcəyi xatırladılır. Məsələ burasındadır ki, insanlığa, təbiətə hər zaman səxavətlə xidmət etmiş bu təbii sərvətə münasibət bu gün heç də təqdir ediləsi deyil.
Artıq alimlər bu qərara gəlmişlər ki, təsərrüfatsızcasına xərclənmiş su , səhv idarə olunan su təsərrüfatı yaxın gələcəkdə problemlər yarada bilər.
1992-ci ildə Rio- de- Janeyroda təşkil Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının "Ətraf və İnkişaf” Konfransında müəyyən olunan 22 Mart gününün Dünya Su Günü məhz suyun dünyadakı rolundan və getdikcə artan əhəmiyyətindən xəbər verir.
Gec də olsa, insanlar artıq su sərvətinə qarşı ağılla addımlar atmalı, onu hər zaman qorumalıdır.
Mətbuatdan bilirik, rayonlarımızdakı insanların söhbətlərindən bilirik: su qıtlığı və ya onun işarələri çoxdan var. Ayrı-ayrı yerlərdə, ayrı-ayrı ölkələrdə müxtəlif ölçüdə. Məsələn, mən yazılı mənbələrin birindən oxumuşam ki,
Türkiyə kimi inkişaf etmiş bir ölkə 2030-cu ildə su sarıdan kasıb ölkə səviyyəsə düşə bilər.
Hətta, Türkiyə Statistika Təşkilatının qənaətinə görə, mövcud resursların hamısı ciddi və nizamlı olaraq içməli suya olan tələbatı ödəməyə yönəlmiş olsa belə, 2030-ci il üçün adambaşına düşən istifadə olunan su miqdarının 1.000 m3 / il ətrafında olacaq ki, bu da su azlığı çəkən ölkə deməkdir.
Bizim ölkəmizdə də gündəlik həyatımızda su təsərrüfatsızlığı hallarına, su itkilərinə əhəmiyyət verməmək hallarına hər gün rast gəlmək olur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz