» » Laçın Dövlət Təbiət Yasaqlığı

Laçın Dövlət Təbiət Yasaqlığı

Müəllif: Esmira m от 18-05-2014, 10:00
Laçın Dövlət Təbiət Yasaqlığı

Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.
Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8% təşkil edirdi. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8% alp çəmənliyi, 7400 ha və ya 34,8% subalp çəmənliyi, 4257 ha və ya 20% otlaqlar, 862 ha və ya 4% qayalar və üçqunlar, 34,0 ha xüsusi təyinatlı torpaqlardır. Orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir.
Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Picənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Yasaqlığın ərazisinə qışı quraq keçən, soyuq iqlim tipi hakimdir.

 

Laçın Dövlət Təbiət Yasaqlığı


Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), subalp (2200-2500 m) və alp (2500-2800) m çəmənlikləri qurşaqlıqlarına ayrılır. Meşələri əsasən vələs, çökə, ağcaqayın və s. qarışıqdan ibarət olan meşələrdir, vələsin üstünlük təşkil etdiyi meşələri xeyli azdır (8,1%), palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, buda intensiv otarılma ilə əlaqədardır. Subalp qurşağı üçün quraq yamacların bozqırlaşmış və nisbətən rütubətli yamacların mezofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənliklərin üstünlüyü və alp xalısının zəif inkişafı ilə səciyyələnmişdir.
Yasaqlığın ərazisində ibtidai, az qalın, çimli, dağ-çəmən, tipik, karbonat-qalıqlı bozqırlaşmış qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə, torpaqları yayılmışdır. Meşələrə nisbətən dağ-çəmən qurşağı və meşə qurşağının meşəsiz sahələri otlaq kimi insanın təsərrüfat fəaliyyətinin təsirinə çox məruz qalır. Bununla bərabər burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onların sayı və növü kifayət qədərdir.

Laçın Dövlət Təbiət Yasaqlığı

 

Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porzuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır. aqlığı
Yasaqlığın ərazisində Hacısamlı meşəsində dünyada ən qiymətli olan qırmızı palıd (qızıl palıd) vardır. Həmin ağacdan istifadə etmək üçün hələ çar höküməti dövründə fransızlar çətin dağlar ilə Xankəndindən Qırxqız dağını kəsməklə araba yolunu çəkmişdirlər. Ancaq sovet hakimiyyəti qurulduğu vaxda düşdüyü üçün material apara bilməmişdilər. Həmin ağacdan hazırlanmış materialdan qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün istifadə edilir.
Bu ağac Azərbaycanda ancaq həmin yasaqlıqda yayılmışdır.
Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar (80,05 %) idi. Meşələrdə şam, palıd, vələs, göyüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi.İndi həmin ağaclar və başqa meşələr ermənilər tərəfindən vəhşicəsinə qırılır.
 

Laçın Dövlət Təbiət Yasaqlığı

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz