» » "Can çiçəyi"

"Can çiçəyi"

"Can çiçəyi"

Bu çiçəyin şəkillərinə əvvəllərdə rast gəlmişdim. Amma bu dəfə rast gəldiyim şəkillər çox xoşuma gəldi və məni özü haqqında maraqlanmağa məcbur etdi. Öyrənə bildiklərimi sizə də təqdim edirəm. Adına "Çan çiçəyi” (Campanula) deyirlər.
"Çan çiçəyi” (Campanula), zəngçiçəklilər (Campanulaceae) fəsiləsindən bir, iki və ya çoxillik bitkilərin müştərək adıdır. Çiçəkləri zəng şəklində olduğu üçün adına zəngçiçəklilər deyirlər. Latıncada "Campanula” kiçik zəng mənasını verir.
"Çan çiçəyi”mavi, çəhrayı və ya ağçiçəkli və ətirli bir bitki cinsidir (Campanula). 300 qədər növdən ibarətdir.
Canlı rəngləri xüsusilə arıları bu çiçəklərə çəkər. Onlar şimal yarıkürəsinin sərin bölgələrində, yarpaq tökən ağaclı meşələrin altında, kolluqlar arasında yetişir. Cəlbedici bir bitki olduğu üçün bir çox növü ev şəraitində də yetişdirilmişdir. Nəmişliyi sevir; birillik, ikiillik və daha çoxillik olur.
"Çan çiçəyi” növlərinin qalınlaşmış rhizome (rhizome- torpaq altında üfüqi olaraq yan-yana yayılmış ) kökləri vardır.
5 ləcəkli tac yarpaqlar zəng, silindr, kuzə şəkillərində olub müxtəliflik yaradır. "Çan çiçəyi"nin bir çox növü Türkiyədə Qara dəniz və Aralıq dənizi sahil bölgələrində təbii olaraq yetişir. "Maviş" adıyla bilinən, İtaliya mənşəli Campanula "isophylla” kimi bir çox növü də parklarda, bağçalarda və saxsı qablarda bəzək bitkisi kimi əkilir. Diqqəti cəlb edən bir cəhəti də budur ki, bir kökdən çox sayda saçaq verər. Sapların üzərindəki zəng formasındakı çiçəklər çiçəkaçma mövsümündə çox gözəl bir görünüş meydana gətirərlər.

"Can çiçəyi"

Böyük çan çiçəklərindən biri olan "Campanula Americana” Şimali Amerikanın nəmli meşələrində yetişir. Bu növ 2 metr yüksəkliyə çata bilər. Şimali Afrika və Avrasiyada yetişən "Campanula rapunculus”a Türkiyədə də rast gəlinir. Yüksək dağlıq ərazilələrdəki arktik və alp növlər bəstəboy formada 5 cm-dən kiçikkən, mülayim regionlarda, meşəlik və çayırlıq sahələrdə yetişən növlər 2 m çata bilir.
"Çan çiçəyi” günəşdən xoşlandığı üçün kölgəli divar kənarlarında inkişaf edə bilməz. Saxsıda yetiştirilənlərdən balkon və pəncərələri bəzəmək üçün istifadə edirlər. Ən yaxşı gilli və qumlu, gübrəli bağça torpaqlarında yetişir.
Bu çiçəyin kök və yarpaqlarından salat edirlər. Tİbbi əhəmiyyəti də vardır. Qaraciyər, dalaq və səfra xəstəliklərində onun yarpaqlarını qaynadıb balla qarışdırır və gündə 2-3 çay qaşığı ilə içirlər. Çay dəmləməsi isə aybaşı narahatçılıqlarını aradan qaldırır, görmə qabiliyyətini və cinsi fəaliyyəti gücləndirir.

"Can çiçəyi"

"Can çiçəyi"

"Can çiçəyi"

"Can çiçəyi"

"Can çiçəyi"

[img]http://anaveusaq.az/uploads/posts/2016-10/1475741076_7.jpg[/timg]

"Can çiçəyi"

"Can çiçəyi"

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz