» » Ağac qucaqlamaq

Ağac qucaqlamaq

Ağac qucaqlamaq

İlk dəfə ağacqucaqlayan (treehugger) sözündən 1730-ci ildə istifadə edildiyi deyilir.
Hindistanda " Bishnoi” adlı bir qrup 1730-ci ildə kəndlərindəki ağacların kəsilməsini əngəlləmək üçün bir araya gəliblər və kəsilən ağaclara sarılaraq onları xilas etməyə çalışıblar.
Hindistan və Pakistan sərhədlərində yerləşən Tar səhrasında yaşayan bu insanlara görə ağaclar və vəhşi heyvanlar müqəddəsdir və bu ikisinə zərər gələrsə, insanın şəxsən özünə zərər verəcəyini dilə gətirirdilər.
Təəssüf ki, 1730-ci ildə meşələri kəsməyə gələnlərə heç kim mane olmamış və əksinə, ağaclarla birlikdə onları müdafiə etməyə gələnlərin də həyatına son verilmişdir.
Həmin gün Bishnoi kəndində 69 qadın və 294 kişi ağaclar və ətraf mühit uğrunda canını qurban vermişdir.
Bu əfsanəvi hərəkatı illər sonra "Chipko” hərəkatı davam etdirmişdir.

Ağac qucaqlamaq

 

Ağac qucaqlamaq

 

Ağac qucaqlamaq

"Chipko” hərəkatı təkcə Hindistanda deyil, dünyada da əks-səda doğurmuş, insanların təbiətə zərər vermədən, yaşadıqları sahələri yaşıllaşdıraraq mühafizə edilməsində onlara ilham qaynağı olmuşdur.
Müasir dövrdə "treehugger” sözü təkcə ağac qucaqlayan deyil, qlobal mənada ətraf mühit problemlərinə diqqət çəkən və yaşadığı ətraf mühitə həssas olan fərdləri də adlandırmasına aid bir sahə anlayışını ifadə etməkdədir.
Piter Wohlleben adlı bir alman meşəbəyinin "Ağacların gizli həyatı - Nə hiss edirlər, necə ünsiyyət qururlar - Gizli bir dünyadan kəşflər” adlı kitabına görə ağacların da bir sosial şəbəkələri var!
Onların da insanlar kimi dostluqları və yaddaşları var.
İnternetdən tərcümə edib təqdim etdiyimiz bu maraqlı məlumatın ən böyük əhəmiyyəti ağaclara aid olmasıdır. insan həyatının mühafizəçiləridir, gözəllik mənbəyidir. Get-gedə ekoloji tarazılığı pozulmaqda olan dünyanın başını üstünü almış qara buludları ancaq insanların sevib qayğı göstərdiyi, qoruduğu ağaclarla qovmaq, təmizləmək olar.
 

Ağac qucaqlamaq

 

Ağac qucaqlamaq

 

Qeyd: İnternetdən tərcümə ilə təqdim olunur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz