"Mədinə" çiçəyi (“Xanım düyməsi “)
"Mədinə” çiçəyi rəngli və kiçik bənövşəyi görünüşü ilə top şəklində bir düyməyə bənzəyir. Xalqın dilində düyməyə bənzədiyi üçün "Xanım düyməsi”və ya "Düymə çiçəyi” də deyilir. Unikal quruluşu olan bir dekorativ bitki kimi istifadə sahəsi genişdir.
Çox soyuq şərtlərdə və donvurmaya qarşı çox dözümlü olmasa da, isti və quraqlıq kimi şərtlərə dözümlülük göstərən bir çiçək növüdür. Çiçəklənmə mövsümü may ayında başlayır. "Mədinə” çiçəyi Aralıq dənizi sahillərində, yəni isti və günəşli bölgələri çox sevdiyindən dolayı, asanlıqla yetişdirilir. Çox suya ehtiyac duymayan bir çiçəkdir. Əgər torpaq çox rütubət itir, bir az sulamaq lazımdır.
Türklərin
milli çiçəklərindən biri olsa da ana vətəni Panama kimi tanınır. Bənövşəyi, ağ
və çəhrayı kimi rəngləri mövcuddur. 1 metrə qədər boy atan "Mədinə” çiçəyi,
peyinli və bol günəş düşən torpaqları üstün tutur. Hər mövsüm özünü qoruyan bir
çiçək növü olduğuna görə, bağda, və dibçəkdə
də əkmək mümkün olur. Bəzək bitkisi olmaqdan başqa, qurudularaq şəfa məqsədli
da istifadə edilir. Şəfa olaraq çox faydası olan bir çiçəkdir.
"Mədinə” çiçəyini ağızda çeynəyərək qarqara olaraq istifadə edə. Qızdırmanı azaldan xüsusiyyətinə görə çay kimi içilir. Xüsusilə bağırsaq və babasil xəstəliklərinin müalicəsində şəfalı bir bitkidir.
Ağız yaralarına və boğaz ağrılarına yaxşı təsir edir. Adətən, bitki növləri uşaqlara tövsiyə edilmir. Amma "Mədinə” çiçəyinin çayı, qrip olan körpələrin müalicəsində istifadə edilir.
"Mədinə” çayı istehsalı çox asandır:qurudulmuş çiçəyini qaynar isti suya ataraq qəbul edərsiniz. Bu tövsiyə olunan bitki çaylarını həkiminizə məsləhətləşmədən sərf etməyinizi tövsiyə etmirik. Çünki hər kəsin fərdi xüsusiyyətləri bir-birindən fərqlidir. Təhlükəli nəticələr yaranmaması üçün həkiminizə məsləhətləşmədən bitki məhsullarıqəbul etməyin.
Qeyd: Türkcədən tərcümə ilə işlənilmişdir.
Oxşar postlar:
- Oxunub: 1 358
- Şərhlər: 0
- Bölmə: Təbiət
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( I yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
Mənim Tanrım gözəllikdir, sevgidir
Yağışın yaratdığı əsrarəngiz lövhələr
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Həqiqi demokrat olmayanlar demokratiya adından danışa bilməzlər
İnsanlığa qarşı həqarət işlətmiş ölkə - Belçika
Yazarlar