» » Ölkə ərazisində iyulun 27və 28 -nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində iyulun 27və 28 -nə gözlənilən hava proqnozu açıqlanıb

Ölkə ərazisində iyulun 27və 28  -nə gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq və şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28°, gündüz 31-36° isti, Bakıda gecə 26-28°, gündüz 33-35° isti olacağı ehtimalı var.

Atmosfer təzyiqi normadan aşağı - 757 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 27-28° isti olacaq. Şimal-şərq küləyi əsəcək.

Mülayim şimal-şərq küləyinin əsməsi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, iyulun 27-də Abşeron yarımadasında günün bəzi saatlarda durğun və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40°, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacağı bildirilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26°, gündüz 33-38° isti olacağı ehtimal edilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı proqnozlaşdırılır.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40° isti olacağı bildirilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 25-27°, gündüz 31-36° isti, dağlarda gecə 17-22°, gündüz 27-32° isti olacaq.
 

 

İyulun 28-də Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin  yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.


Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.


 

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.


Abşeron çimərliklərində


İyulun 28-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.


Mülayim şimal-şərq küləyi və zəif dalğalanma çimərliklərdə əlverişli şərait yaradacaq.


Azərbaycanın rayonlarında

İyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. 


Tibbi-meteoroloji proqnoz

İyulun 28-29-da Abşeron yarımadasında arabir durğun və bürkülü hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün, əsasən, əlverişsizdir.

 

 


Mənbə:https://azertag.az/xeber/Hava_seraiti_meteohessas_insanlar_uchun_elverissiz_olacaq-1182680

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz