» » Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)


Dünya Günü (Yer Günü)


Dünya Günü (Yer Günü) ilk dəfə 22 Aprel 1969-cu ildə San-Fransiskoda keçirilən Milli YUNESKO Dünya Konfransında Con Mcconnell tərəfindən təklif edilmişdir. Con Mcconnell dünyamızın mənzərəsini və gözəlliyini təqdir etsə də üzləşdiyi ekoloji təhdidləri də nəzərdən qaçırmamış və onlara diqqət çəkmək məqsədilə bir xüsusi gün qeyd edilməsi fikri ilə çıxış etmişdir.
Con Mcconnell Dünya Gününün qeyd edilmə tarix kimi, gecə-gündüz bərabərliyi (gecə və gündüzün bərabər olduğu) zamanı, yəni 21 Martı təklif etmişdir. Daha sonra isə ətraf mühit problemlərinə böyük bir ictimaiyyətin reaksiyası ilə də razılaşaraq Viskonsin Senatoru Gaylord Nelsonun dəstəyi ilə və Denis Yazın təşkilatçılığı ilə 22 Aprel 1970 gününün ilk Dünya Günü kimi qeyd edilməsini tarixə salmışdırr. Bu şənliklərdə təxminən 20 milyon insan iştirak etmiş, bir çox konfrans və simpozium keçirərək, bəşəriyyətin başı üzərini almış ətraf mühit problemlərinə diqqət çəkmişdir. Bununla ABŞ-da İlk Təmiz Hava Qanunu və Təmiz Su Qanunları hazırlanmışdır.
Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer günü XIX əsrin 40-cı illərindən etibarən bayram olaraq qeyd edilməyə başlanmışdır. 1872-ci ildə C. Morton Nebraska ştatında il ərzində bir günün ətraf ərazinin yaşıllaşmasına həsr edilməsi təklifi ilə çıxış edir və birinci ağacəkmə günü milyona yaxın ağac əkilir. 1882-ci il 22 aprel tarixindən başlayaraq "Ağac günü” Nebraska hökuməti tərəfindən ştatın rəsmi bayramı kimi qeyd olunur. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliği, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri də əhatə etməsi ilə əlaqədar olaraq bu bayram "Yer günü” adlandırılmışdır.

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)

Dünya Günü (Yer Günü)


Artıq 30 ildir ki, dünyanın bir çox ölkəsində Yer günü qeyd olunur. Əgər 1970-ci ildə ilk dəfə Yer gününün qeyd olunmasında 20 milyon insan iştirak etmişdisə, indi bu rəqəm on dəfə çoxdur. Bu gün yalnız maarifləndirmə tədbirləri (sərgilər, mühazirələr, söhbətlər) təşkil olunmur, həmçinin mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər yığılır.
Dünya bu torpağın üzərində yaşayan bütün insanların ümumi evidir.Onun Acənubu, şimalı, qərbi, şərqi yer yoxdur. Yer bu dünyada yaşayan insanların əzəli-əbədi sığınacağıdır Onu birlikdə qorumaq yeganə xilas yoludur.
Bu gün dünyada baş verən saysız-hesabsız müharibələr, elm-texnikanın nailiyyətlər nəticəsində aşınmaya, böyük təhlükələrə məruz qalan təbiət, təbiiətin öz anomaliyaları, insanların laqeydliyi yaşıl həyatımızı, sığınacağımız böyük təhlükə ilə üz-üzə qoymuşdur.
Azərbaycanda IDEA İctimai Birliyi xətti ilə yeni yaşıllıqların salınması, çirklənmiş ərazilərin təmizlənməsi böyük işlər görülsə də xoşagəlməz hallar hələ də davam etməkdədir.Təqdim etdiyimiz bu şəkillər ölkənin baş şəhərində çəkilib və biz bu məliumatları bütün aidiyyəti qurumların diqqətinə çatdırıb, tədbir görülməsini xahiş etmişik. Amma bütün hallarda bizim müraciətlərimiz rədd edilmiş, cavab verilmişdir ki, əməkdaşlarımız tərəfindən araşdırılarkən faktlar öz təsdiqini tapmamışdır.
Halbuki, bu şəkillər hamısı torpağın, ağacların, yaşıllığın fiziki təsirə məruz qaldığını açıq-aşkar sübut edir. Yay fəslində məhəllələrdəki ağaçlar, parklar suvarılmır, yararsız qol-budaqları təmizlənmir.

 

Dünya Günü (Yer Günü)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz