Martın 30-u üçün hava proqnozu
Müəllif: Akif Əhmədov от 30-03-2018, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən kütləvi informasiya vasitələrinə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq.
Martın 30-dan 31-i gündüzədək Abşeron yarımadasında havanın ötən günlə müqayisədə təzadlı dəyişəcəyi, atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi və temperaturun 5-10° aşağı enəcəyi gözlənilir və bu, meteohəssas insanlar üçün çox əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 14-19° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 2-5° isti, gündüz 5-8° isti olacaq.
MərkəziAran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, axşam dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 6-9° isti, gündüz 10-15° isti olacaq.
Oxşar postlar:
- Martın 8-i üşün hava proqnozu
- Noyabrın 23-nə olan hava proqnozu
- Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacaq
- 27 sentyabr üçün hava proqnozu
- İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq
- Oxunub: 51
- Şərhlər: 0
- Bölmə: Təbiət
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Bəzi kütləvi informasiya vasitələrində təqdim edilən iki hadisə ilə bağlı münasibət
Apreldə havanın hərarəti bəzi günlərdə 30 dərəcəyə yüksələcək
Tarixdə bu gün - 21 aprel
Evimizdə şənlikdir : Cabirin 2 yaşı tamam olur
Beynəlxalq Uşaq Kitab Günündə Qax rayonunda bu nəcib fəaliyyəti həyat keçirən C.Cabbarlı adına Mərkəzi Kitabxana haqqında xoş sözlər
Mənalı ömür yolu
Yaş dövrləri. Akselerasiya nədir? Məktəblilərin yaş xüsusiyyətləri
Məşhurların atları
Kim Azərbaycanı sevirsə...
Sürüşmə taxtası ( "lazboard" )
Yazarlar