» » Beynəlxalq Qırmızı kitab

Beynəlxalq Qırmızı kitab

Müəllif: Dəyanət от 21-01-2018, 00:20

Beynəlxalq Qırmızı kitab

 

"Qırmızı kitab" — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan kitabdır.
"Qırmızı kitab" vəzifəsindən asılı olaraq beynəlxalq, milli və regional olur.
"Beynəlxalq Qırmızı kitab"a dünyada nadir və nəsli kəsilmək qorxusu yaranmış bitki və heyvan növləri daxil edilir. Həmin növlər təbiətin qorunması üçün ictimai əsaslarla yığılan Beynəlxalq fond (vəsait) hesabına öyrənilir. Milli "Qırmızı kitab"lar konkret dövlətin ərazisindəki fauna və floranı qorumağa xidmət edir. Məsələn, Azərbaycanın "Qırmızı kitab"ı, Rusiyanın "Qırmızı kitab"ı və s. Ərazisi geniş və təbii kompleksləri müxtəlif olan ölkələrdə milli Qırmızı kitabdan əlavə regional "Qırmızı kitab"lar da tərtib edilir.
"Beynəlxalq Qırmızı kitab"a daxil edilmiş bitki və ya heyvan növü hansı ölkənin fauna və florasına daxildirsə, həmin ölkənin milli "Qırmızı kitab"ına mütləq daxil
edilməlidir. Məsələn, ceyran və doydaq Beynəlxalq və Azərbaycan "Qırmızı kitab"ına daxil edilmişdir. Qırqovul və qaranaz Azərbaycanda az, başqa ölkələrin
təbiətində çox olduğundan Azərbaycannın milli "Qırmızı kitab"ına daxil edilməklə məhdudlanır. Nadir və nəslinin kəsilmək təhlükəsi olan növlərin çoxunu bir neçə
ölkənin "Qırmızı kitablar"ına daxil etmək lazım olur.
"Qırmızı kitab"da hər bir növün statusu, əhəmiyyəti, qısaca təsviri, yayılması, yaşama yeri, sayı və onun dinamikası, bioloji xüsusiyyətləri, süni şəraitdə
çoxaldılması, ehtiyatını bərpa etmək üçün həyata keçirilmiş və keçirilməsi vacib olan tədbirlər göstərilir. Beləliklə, "Qırmızı kitab"ın məzmunu adi kitablardan kəskin fərqlənir.

Beynəlxalq Qırmızı kitab

 

Beynəlxalq "Qırmızı kitab"a daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə
uyğun tədbirlər həyata keçirilir. Milli "Qırmızı kitab"a daxil edilən bioloji növlər konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasının optimal
sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir.
1948-ci ildə Beybəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) dünyanın əksər ölkələrinin təbiəti mühafizə ilə məşğul olan dövlət, ictimai və elmi təşkilatlarını
birləşdirərək bu işlərə rəhbərliyi öz üzərinə götürdü.BTMİ-nin ilk qərarlarından biri 1949-cu ildə nadir növlər üzrə Komissiya (ing.Species Survival Commission)
yaratmaq oldu. Komissiyanın əsas vəzifələrinə nəsli kəsilməkdə olan nadir bitki və heyvan
növlərinin vəziyyətinin öyrənilməsi,beynəlxalq və millətlərarası konvensiya və müqavilələrin layihələrini işləyib hazırlamaq,belə növlərin kodastrının tərtibi və
onların mühafizəsi üzrə uyğun tövsiyələrin hazırlanması daxil idi. Komissiya öz işinə sıfırdan başladı.Nadir növlərin mühafizəsinə yanaşma
tərzinin ümumi prinsiplərini işləmək,yox olmaq təhlükəsi və ya qırılmaq təhlükəsi olan növləri müəyyənləşdirmək,onların təsnifatlaşdırılması sistemini hazırlamaq,əsas limitləyici amilləri aşkarlamaq üçün belə növlərin biologiyası haqqında məlumatlar toplamaq lazım gəlirdi.Bu işlərin başlanğıcında hətta "nadir
növ" anlayışı belə,mövcud deyildi.
Komissiya ilk əvvəl qarşısına bu və ya digər səbəblərdən dünyada nəsli kəsilmək təhlükəsinə məruz qalan heyvanların izahlı siyahısını(kodastrını) tərtib etmək
vəzifəsini qoymuşdu. Daha cəlbedici və böyük əhəmiyyətə malik olmasını,qırmızı rəngin təhlükə siqnalının simvolu olmasını nəzərə alaraq, Kommissiyanın sədri Ser Piter Skott siyahının Qırmızı kitab adlandırılmasını təklif etdi. BTMİ-nın "Qırmızı kitab"ının ilk nəşri 1963-cü ildə işıq üzü gördü.Bu kiçik tirajlı "pilot" nəşri idi.Kitabın iki cildinə 211 növ və yarımnövdən olan məməlilər, 312 növ və yarımnövdən olan quşlarhaqqında məlumatlar daxil edilmişdi.Kitab siyahı
üzrə görkəmli dövlət xadimlərinə və alimlərə göndərilmişdi.Yeni məlumatlartoplandıqca adresatlara planlaşdırıldığı kimi,köhnə səhifələri dəyişmək üçün əlavə
səhifələr göndərilirdi.

 

Beynəlxalq Qırmızı kitab

 

Beynəlxalq Qırmızı kitab

Kitabın ikinci nəşrinin üç cildi 1966-1971-ci illərdə çıxdı.Artıq,i kinci nəşr kitab formatında (21,0 x 14,5 sm) buraxılmışdı.Lakin,birinci nəşr kimi,o da,istənilən
səhifənin yenisi ilə əvəzlənməsini təmin etmək üçün qalın aşırma təqvim şəklində idi.Kitab,yenə də kütləvi satış üçün nəzərdə tutulmamışdı və siyahı üzrə
təbiətqoruyucu idarələrə,təşkilatlara və alimlərə göndərilirdi. Birinci nəşrdən keçən müddət ərzində əlavə məlumatlar toplandığı üçün BTMİ-nin "Qırmızı kitab"ının
ikinci nəşrinə daxil edilmiş növlərin sayı əhəmiyyətli dərəcədə artmışdı. Kitabın ikiinci cildinə 236 növ (292 yarımnöv) məməli,ikinci cildinə 287 növ (341
yarımnöv) quş və üçüncü cildinə 119 növ və yarımnöv reptili,34 növ və yarımnöv amfibiya haqqında məlumatlar daxil edilmişdi.
Tədricən, BTMİ-nin "Qırmızı kitab"ı təkmilləşdirildi və məlumatlarla zənginləşdi. Kitabın 1972-ci ildə buraxılmış üçüncu nəşrinə 528 növ və yarımnöv məməli, 619
növ, quş və 153 növ və yarımnöv reptili və amfibiya haqqında məlumatlar daxil edilmişdi.Kitabda sərlövhələri (fəsillər) də dəyişdirilmişdi.Birinci fəsil növün
statusunun səciyyəsinə və müasir vəziyyətinə,sonrakı fəsillər növün yayılma coğrafiysına,populyasiya quruluşuna və sayına,məskunlaşma yerinin səciyyəsinə, növün mühafizəsi üzrə həyata keçitilən və təklif olunan tədbirlərə,heyvanxanalarda saxlanılan heyvanların səciyyəsinə,məlumat mənbələrinə (ədəbiyyatlara) həsr olunmuşdur.Kitab satışa çıxarıldığı üçün onun tirajı da kəskin artırıldı.
"Qırmızı kitab"ın 1978-1980-ci illərdə buraxılmış dördüncü nəşrinə 226 növ və 79 yarımnöv məməli, 181 növ və77 yarımnöv quş, və 153 növ və 21yarımnöv
reptili ,35 növ və 5 yarımnöv amfibiya,168növ və 25 yarımnöv balıq haqqında məlumatlar daxil edilmişdi. Bunların içərisində bərpa olunmuş 7 növ və yarımnöv
məməli,4 növ quş və 2 növ reptili vardı."Qırmızı kitab"ın dördüncü nəşrinə daxil edilmiş növlərin sayının ixtisar olunması təkcə müvəffəqiyyətli mühafizənin
hesabına deyil,eyni zamanda son zamanlar toplanmış daha dəqiq məlumatlar hesabına olmuşdur.
1996-cı ildə Beynəlxalq "Qırmızı Kitab"ın yeni variantı nəşr olunda.20 ildən artıq bir müddətdə növlərin və yarımnövlərin statusu onların yoxolma təhlükəsinin
dərəcəsindən asılı olaraq ümumi (qlobal)şkala üzrə qiymətləndirilmişdir. Sonuncu kitabda isə, müxtəlif taksonların statusunun daha obyektiv və elmi əsaslandırılmış qiymətləndirilməsinə cəhd edilmişdi.Növlərin və yarımnövlərin həssaslıq dərəcəsi haqqında qərarın qəbul edilməsi onların genetik müxtəlifliyi, ekosistemlərin (məskunlaşma yerlərinin) saxlanması,sayı və arealının kəmiyyətinin müəyyənləşdirilməsinə əsaslanır. Qeyd olunan parametrlərin müqaisəli
qiymətləndirilməsi üçün beş kəmiyyət meyarından(A-E) istifadə olunmuşdur. Növün həssaslıq dərəcəsini səciyyələndirmək üçün səkkiz kateqoriya təklif
olunmuşdur:

Beynəlxalq Qırmızı kitab

 

EXExtinct (Nəsli kəsilmiş)-bu kateqoriyaya heç bir canlı nümayəndəsinin qalmamasına şübhə olmayan növlər daxil edilmişdir. Bu kateqoriyaya 1500-cü
ildən sonra nəsli kəsilmiş növlərin adı salınmışdır.
EWExtinct in the Wild (Vəhşi təbiətdə mövcud olmayan)-bu kateqoriyaya nümayəndələri yalnız nevole saxlanılan və ya populyasiyası tarixi arealından
kənarda saxlanmış növlər aid edilir.
CRCritically Endangered (Nəsli kəsilmə həddinə çatanlar)-bu kateqoriyaya nəsli kəsilmə riski ekstremal olan və yaxın gələcəkdə yox ola biləcək növlər aid edilir.
ENEndangered (Nəsli kəsilməkdə olanlar)-əvvəlki kateqoriyaya aid edilməyən,lakin,yüksək nəsli kəsilmə təhlükəsinə məruz qalan və yaxın gələcəkdə
yox ola biləcək növlər aid edilir
VUVulnerable (Həssas növlər)-əvvəlki iki kateqoriyaya aid edilməyən,lakin nəsli kəsilmə təhlükəsi olan növlər aid edilir.
LR-Lower Risk (Nəsli kəsilmə riski az olanlar)- "nəsli kəsilmə təhlükəsi olan" kateqoriyaların heç birinə aid edilməyən növlər və yarımnövlər bu kateqoriyaya
aid edilir.Bu kateqoriya üç subkareqoriyaya bölünür:
LR Conservation Dependent (cd) (mühafizə altında olanlar)-bu subkateqoriyaya, mövcudluğu canlıların özlərinün və ya məskunlaşma yerlərinin mühafizə
tədbirlərindən asılı olan taksonlar aid edilir. Mühafizə tədbirlərinin dayandırılarsa, bu növlər beş ildən sonra nəsli kəsilmə təhlükəsi olan kateqoriyalardan birinə aid ediləcəkdir.
LR – Near Threatened(nt) (Nəsli kəsilmə təhlükəsinə yaxın olanlar)- mühafizə altında olanlara aid edilməyən,lakin meyarlardan biri üzrə həssas növlərə yaxın olan növlər aid edilir.
LR – Least Concern(lc) (Az qayğı tələb edənlər)-"mühafizə altında olan" və "nəsli kəsilmə təhlükəsinə yaxın olanlar"-a aid edilməyən taksonlar bu
subkateqoriyaya aid edilir.
DD – Data Deficient (Haqqında kifayət qədər məlumat olmayanlar)-hər-hansı bir kateqoriyaya aid edilməsi üçün haqqında kifayət qədər məlumat olmayan taksonlar aid edilir.
NE – Not Evaluated (Qiymətləndirilməmişlər)-yeni təsnifatı aparılmamış taksonlar aid edilir. 2007-ci ildə qəbul olunmuş bu təsnifata əsasən16 308 nəsli kəsilmə təhlükəli növ qeyd edilmişdir.

Beynəlxalq Qırmızı kitab

Nəsli kəsilməkdə olan növlər-sayının az olması və ya hansısa ətraf mühit amilinin təsiri ilə yox olmaq təhlükəsinə məruz qalan bioloji növlərdir.
"Qırmızı kitab"dakı məlumatlar dinamik xarakter daşıyır. "Qırmızı kitab" əhali üçün informasiya mənbəyi olmaqla yanaşı həm də dövlət sənədidir. Bu kitaba daxil
edilmiş bitki və heyvanları qanunsuz ovlayanlar və tələf edənlər müvafiq icra hakimiyyəti tərəfindən cəzalandırılır.
"Qırmızı kitab"dan başqa yüzlərlə bioloji növlərin ovlanması və ticarəti ölkələrarası və beynəlxalq müqavilələrə əsasən, məhdud və ya tamam qadağan
edilmişdir. Bu müqavilələrin bir çoxuna Azərbaycan Respubilkası da qoşulmuşdur.
Beynəlxalq "Qırmızı kitab"a daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə
uyğun tədbirlər həyata keçirilir. Milli "Qırmızı kitab"a daxil edilən bioloji növlər konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasının optimal
sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir.
Dünyanın əksər ölkələrində bu növlərin müdafiəsini təmin edən qanunlar var. Məsələn,bu heyvanların ovlanmasının qadağan edilməsi,torpaqların
mənimsənilməsinin məhdudlaşdırılması,qoruq və yasaqların yaradılması və s. Faktiki olaraq,nəsli kəsilmək təhlükəsinə məruz qalan növlərin çox az bir qismi
hüquqi müdafiə ilə təmin olunur.Nəsli kəsilən növlərin çoxu ictimaiyyət tərəfindən heç bir qayğı görmədən məhv olur.Son 150 il ərzində nəsli kəsilən növlərin sayının artması narahatlıq üçün əsas verir.Növlərin nəslinin kəsilməsinin cari sürəti Yer tarixində əvvəlki dövrlərdə olan kütləvi məhvolmalardan 10...100 dəfə artıqdır. Əgər,nəsil kəsilmənin bu tempi saxlanılarsa və ya sürətlənərsə,onda yaxın onilliklərdə nəsli kəsilmiş növlərin sayı milyonlarla ola bilər.
 

Beynəlxalq Qırmızı kitab

 

Mənbə:http://gsaz.az/ci/Kitabxana/umumi%20ekologiya.pdf

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz