» » Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

Müəllif: Dəyanət от 22-01-2018, 00:20

 

 

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

 

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət
sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki
növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Mövcud "Qırmızı Kitab" 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili
növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir. Respublika "Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilmişdir: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
 

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

 

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

 

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı


Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının "Qırmızı Kitabı”nın hər 10 ildən bir çap olunması nəzərdə tutulmuşdur. "Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə
həyata keçirilmiş, və bu kitabın yeni II nəşrinin aparılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il 1368 №-li Sərəncamı
ilə "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı” təsdiq edilmiş, onun 1.1.3-cü
bəndində 2009-cu ildə "Qırmızı Kitab”ın II nəşri nəzərdə tutulmuşdur. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 12 aprel tarixli
189/Ü nömrəli əmri ilə elmi təşkilatların nümayəndələrinin iştirakı ilə Redaksiya Heyəti yaradılmışdır.
Hazırda Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Qırmızı Kitab”ın II nəşrinin hazırlanması
istiqamətində müvaviq tədbirlər həyata keçirilir. Alimlər öyrənmişlər ki, 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların nəsli tamamilə kəsilmişdir.
Respublikamızın "Qırmızı kitab”ının tərtib olunması üçün 1977-ci ildə qərar verilmişdir. Kitab 1989-cu ildə nəşr olunmuşdur. Bitki və heyvanların "Qırmızı kitab”a düşməsi onların sayının azalmasının qarşısını xeyli almışdır.
Respublikamızın "Təbiət gözəli” olan ceyranların sayı indi artaraq 8 min başa çatmışdır. Adı "Qırmızı kitab”a düşən bir çox bitki və heyvanlar isə ciddi surətdə
qorunur. Dünyada 20 minə kimi bitki növünün yığılması qadağan olunmuşdur. 600 heyvan növünün qırılmaq təhlükəsi var.
 
"Qırmızı kitab"a düşmüş bitkilər:
 
Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

Hirkan şümşadı Dəmirağac Şabalıdyarpaq palıd, Hirkan ənciri Hirkan armudu, Xəzər lələyi, İkək akasiyası, Qafqaz xurması, Ürəkyarpaqlı qızılağac, Budaqlı danaya, Hirkan bigəvəri, Eldar şamı, Qafqaz rododendron Çoban sarmaşığı,Laqodex acıçiçəyi, Təmiz kladoxeta, Qaraçöhrə, Şərg çinarı,Qafqaz xədicəgülü, Məxməri gərməşov, Naxçıvan gəvəni,Araz palıdı,  Xəzər zəfəranı, Su zanbağı, Qafqaz dəmirağacı
 
Qırmızı kitaba düşmüş heyvanlar:

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

Talış qırqovulu, Hirkan arıquşu, Qara leylək, Qıvrımlələk qutan, Mərmər cürə Ağquyruq, Dəniz qartalı, Məzar qartalı, Berkut Laçın, turac, Forel balığı, təkə,
Köpgər (qaranaca), Muflon Qafqaz tetrası, Qafqaz uları, bəbir,  çöl qartalı, Ardıc ağıriyli, şahin, Toğlugötürən, çəhrayı qutan, bəzgək, dovdaq, Sultan toyuğu, Ərsindimdik, Qızılqaz, Qırmızıdöş qaz, Fısıldayan qu, Kiçik qu, ceyran, Çökəkburun cüllüt, Ağquyruq çökəkburun, Çöl haçaquyruq cüllütü, Turan pələngi,  Göl pişiyi, Ön Asiya bəbiri, Zaqafqaziya dağ qoyunu, Zaqafqaziya bezoar keçisi, Zaqafqaziya qonur ayısı, Zolaqlı kaftar, Vaşaq, Manul pişiyi, Adi uzunqanad , Cənub nalburnu, Enliqulaq bükükdodaq, Sarıqlı safsar, Suriya sarımsaq qurbağası, Adi triton, Daraqlı triton,  Adi (boz) quru qurbağası, Kiçik Asiya gürzəsi,  Eskilon ilan,  Zaqafqaziya təlxəsi, Aralıq dənizi tısbağası,  Xarabalıq kələzi,  Qızılı mabuya, Zolaqlı çılpaqgöz,  Ox-ilan,  Zaqafqaziya takır girdəbaşı, Ağ durna,  Baloban, Toğlugötürən, Şahin, Cek, Çay qaraquşu, İlanyeyən, Xəzər uları, Tetraçalan, Türküstan tüviki, Qaraqarın bağrıqara,  Ağboğaz bülbül,Səhra qar quşu,  Dağ keçis, i İncədimdik kronşnep və s.
Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

 

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı

 

Mənbə:http://gsaz.az/ci/Kitabxana/umumi%20ekologiya.pdf (səhifə 104-105)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz