» » İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

Ağac  əkmək üçün ən yaxşı vaxt iyirmi il əvvəl idi. Növbəti ən yaxşı vaxt indidir.

 Bir nəsil nə ağac əkərsə, başqa nəsil onun kölgəsində əyləşər. 

  Çin atalar sözləri

"…Ata, oğul o gecə çay qırağında qaldılar. Sabah açıldı, yenə qalxıb yola düşdülər. Az getdilər, çox getdilər, axşam bir düzəngaha çatdılar. Alı oranın da nə cür olduğunu Rövşəndən soruşdu. Rövşən cavab verdi ki:
– Ata, bura ucu-bucağı görünməyən bir düzəngahdı.
Qoca Alı dedi:
– Burada da qalmaq olmaz. Orada atlanan burda düşər, karvanların ayaqları altında qalarıq.
Bu gecəni də burada gecələyib sabah yenə yola düşdülər. Getdilər, getdilər uca bir dağın belinə çatdılar. Qoca Alı dedi:
– Rövşən, bu necə yerdi?
Rövşən dedi:
– Ata, bura hər tərəfi sıldırım qayalıq, çənli, çiskinli bir dağ belidi.
Alı kişi soruşdu:
– Oğul, bax gör, bu bel ki, deyirsən, bunun hər tərəfində bir ucatəpə var, ya yoxdu?
Rövşən dedi:
– Ata, var. Biri sağında, biri də solunda. Özü də başları qarlıdı.
Alı dedi:
– Oğul, axtardığım yer elə buradı. Mən buranı çox yaxşı tanıyıram.
Cavan yaşlarımda bu yerlərdə çox at oynatmışam. Çox ceyranlara ox atmışam, çox cüyürlər ovlamışam. Köhnə oylağımdı, mən buranın hər daşına bələdəm. Buraya Çənlibel deyərlər. Əsl yurd salmalı bu Çənlibeldi..”
Yəqin ki, xatırladınız. Xatırladınız ki, bu nümunə "Koroğlu” dastanından "Alı kişi” qolundan seçmədir. İstər "Koroğlu” dastanı, istərsə də digər folklor nümunələri xalqımızın etnoqrafiyasını öyrənmək baxımından əvəzsiz mənbədir.
Çünki bizim bu gün malik olduğumuz həyat tərzi, adət-ənənələr birdən-birə, öz-özlüyünə mövcud olmayıb. Əcdadlarımız mağara dövründən onu formalaşdıra-formalaşdıra, cilalaya-cilaya mükəmməlləşdirmiş və sınaqlardan keçirərək gələcək nəsillərə ötürmüşdür.
Dastandan göründüyü kimi, burada xalqımızın yaşayış məskənlərinin salınması haqqında malik olduğu təsəvvür və qənaətlərin ilkin izləri var. Alı kişi oğlunun məskən salması üçün elə yer seçmək istəyirdi ki, bu yerin əlverişli təbii-coğrafi şəraiti olsun, həmçinin məskən salmağa, arıyıb-artmağa, yaşamağa etibarlı olsun, yəni, yadelli və düşmənlərdən müdafiə üçün təbii istehkam relyefli olsun. Məhsuldar torpaqları, şirin su qaynaqları olsun, meşələri, çayları, dağları , sıldırım qayaları və dərələri olsun, bitki və heyvanat aləmi ilə zəngin olsun və sair, və ilaxır. Əcdadlarımız , eləcə də Alı kişi bu qənaətə, sadəcə, təkcə viziual təəsvvürlərinə görə deyil, həm də həyati müşahidələrinə əsasən gəlmişdilər. Alı kişi də gəncliyindən tanıdığı, yaxından bələd olduğu Çənlibeli ona görə yaşayış yeri kimi seçmişdi ki, bura müəyyən müddət üçün yox, daimi, əbədi həyat üçün yurd yeri, ocaq olsun. Bu günün özündə də fərdi və ya ictimai yaşayış binaları tikmək istəyərkən 1-ci olaraq bu amilləri əsas götürürlər.
Sonrakı əsrlərdə sivilizasiyalar bir-birini əvəz etmiş, insan həyatının irəliyə doğru inkişafı ilə bağlı köklü dəyişikliklər baş vermişdir. Amma insan və təbiət amili hər zaman mövcud inkişafın özülündə olmuş, insanın təbiətə bağlı olması hər dövrdə özündən əvvəlki dövrlərdən daha əhəmiyyət kəsb etmişdir. Bu, bir tərəfdən həm də dünya əhalisinin, yaşayış məskənlərinin artması fonunda texnikanın, yeni texnologiyaların artması ilə müşahidə olunan texnogen vəziyyətin, təbii anomaliyaların artması ilə də bağlıdır. Bütün bunlar təbiətə və təbii ehtiyatlara düşünülmüş şəkildə yanaşmağı, flora və faunanı qorumağı, yeni yaşıllıqlar salınmasını, tullantısız texnologiyalar yaradılmasını, alternativ enerji mənbələrindən istifadə etməyi zəruri edir. Çünki insan onu əhatə edən aləmə, təbiətə ağılla yanaşmasa , həyatın davamlılığı və keyfiyyəti üçün vacib olan təbii sərvətlər, eləcə də qida mənbələri tükənər, insan özünü sağlamlığının təbii sipəri olan təbiətlə üz-üzə qoymuş olar.

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

Sovet dönəmində arxitektor, memar, mühəndis və inşaatçılar məhz bu səbəbdən yeni yaşayış məskənləri salarkən ərazinin insan sağlamlığı üçün tam yararlı olmasını təmin edən təbii coğrafi kompleksi yaratmağa ilk növbədə qiymət verirdilər.
Ümummilli lider Heydər Əiyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi illərdə - 1969-1982-ci illərdə Bakının landşaftı öz elmi və təbii həllini uğurla tapmışdı. Bu uğurun əsas səbəbi həmin illərdə Bakının simasını dəyişən yeni yaşayış kompleksləri ilə bağlı idisə, bir səbəbi də gündən-günə artan parkların, qazonların və dekorativ yaşıllıqların artan sayı ilə onlara bəslənən münasibətin üst-üstə düşməsində idi. Ümummilli lider özü təşəbbüslər irəli sürür, ağacəkmə, parksalma tədbirlərində iştirak edirdi. By, aşağıdan yuxarı bütün təşkilat və idarələr, eləcə də onların rəhbərləri üçün bir örnək idi, belə münasibət istisnasız olaraq yaşıllığa qayğı göstərmək, onu qorumaq məsuliyyəti də yaradırdı. Heydər Əliyevin məşhur "Hər bir ağacı kəsən, elə bil mənim qollarımı kəsir" fikri sitata , təbiəti qorumaq niyyətlərinin devizinə çevrilmişdi.
Mərkəzi Komitənin (indiki Nazirlər Kabineti) qarşısına sanki dağ çaylarının hüsnünü, şaqraqlığını gətirmişdilər. Yuxarıdan mərtəbəli sal daşlardan qıjıltı ilə aşağı doğru axan su eynilə təbiətdəki çayın füsunkarlığını əks etdirirdi. Yəni, ümumən Bakıda təbiətlə müasirliyin uzlaşmasını düşünülmüş, ölçülü-biçili şəkildə davam etdirirdilər.
İnternet mətbuatından oxuduğum məlumatlara əsasən, baş şəhərlərin, həmçinin digər böyük şəhərlərin üçdə bir hissəsi yaşıllıq zolaqları ilə əhatə olunmalıdır. Bu isə adambaşına, ən azı, 25 kv.m yaşıllıq zolağı deməkdir. Avropa ölkələrində bu göstərici bir qədər də çoxdur. Təəssüf ki, Abşeron yaramadası və Bakı şəhərində adambaşına düşən yaşıllıq sahəsinin miqdarı bu gün həmin göstəricilərə uyğun deyildir. Əgər dünyada 1 milyon insana 25 min hektar yaşıllıq zonası düşürsə və Bakıda qeydiyyatda olaraq yaşayan əhalinin sayı 3 milyona yaxındırsa, indi görək adambaşına düşən yaşıllıq sahəsinin qədəri mövcud normativlərə uyğundurmu?
"Aparılan araşdırmalara görə, son 15-20 ildə Bakı ərazisində yaşıllıqların sayı 3-4 dəfə azalıb. Ekspertlərin rəyinə görə, yaşıllıq zonalarının məhv edilməsinin və parkların ümumi sahələrinin azalmasının əsas səbəblərindən biri bu ərazilərdəki torpaq sahələrinin qeyri-qanuni özəlləşdirilməsi və tikinti sahələri kimi istifadə edilməsidir. Həmçinin yaşıllıq zonalarının, məhəllədaxili yaşıllıqların azalması nəticəsində şəhərin havası çirklənib, səs-küyün artması, xəstəliklərin çoxalmasına səbəb olub.
Telman Zeynalov: "Bakıda adambaşına cəmi 5-6 kvadratmetr yaşıllıq düşür”
Bakıda 1991-ci ildə adambaşına 21,1 kv.m yaşıllıq düşdüyü halda, 16 il sonra — 2007-ci ildə bu rəqəmin 6-7 kv.m-ə qədər endiyi aşkarlanıb. Bakıda 1920-ci ildən cəmi 3 hektar sahə ilə başlayan yaşıllıq 1991-ci ildə ən yüksək həddə çatıb. 1992-ci ildən isə yaşıllığın həcmi azalmağa başlayıb. Ekoloq Telman Zeynalovun virtualaz.org-a bildirdiyinə görə, hazırda Bakı ərazisində bu rəqəm adambaşına 5-6 kv.m təşkil edir (Mənbə: http://virtualaz.org/olke/76572).
Azərbaycan dövləti bunun fərqindədir. Azərbaycan Respublikası Prezidentinin fərmanla təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında dövlətin yaşıllaşdırma qayğısı əsas hədəflərdən biri kimi təqdim olunur. Qeyd olunur ki,
Konsepsiyanın əhatə etdiyi dövrdə xammala qənaət, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunması məqsədilə tullantıların zərərsizləşdirilməsi, onların təkrar email və təkrar istifadəsi, həmçinin az tullantılı və ya tullantısız texnologiyaların tətbiqi istiqamətində zəruri işlər görüləcəkdir.
Sənəddə qeyd olunur ki, biomüxtəlifliyin qorunması, yanacaq-enerji kompleksinin ətraf mühitə mənfi təsirinin neytrallaşdırılması, dənizin və dəniz akvatoriyasının çirklənməsinin aradan qaldırılması, yaşıl ərazilərin bərpası və mövcud resursların səmərəli mühafizəsi istiqamətində görüləcək zəruri tədbirlər ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa nail olmağa imkan verəcəkdir.
Yenə bizim kütləvi informasiya vasitələrindən bildiyimizə görə, Bakıda, eləcə də digər böyük şəhərlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi tərəfindən yaşıllaşdırma ilə bağlı çoxlu layihələr həyata keçirilir: parklar salınır, ağaclar əkilir, nümunəvi həyətlər salınır. Bunların bəzilərini gözlərimizlə görmüşük də.
Ölkə başçısının özünün yaşıllıq və ağacların məhv edilməsinə qarşı prinsipial mövqeyini də dəfələrlə televiziyada öz dilindən eşitmişik.
Fəqət, mətbuatda yaşıllıq zolaqlarının məhv edilməsi, çoxillik ağacların kəsilməsi ilə bağlı hər zaman haray çəkirlər. İnternetdə İstanbul şəhərinin ağacsız, yaşıllıqsız qalan bir görünüşünü əks etdirən təsvir paylaşılmışdı. Bakımızın analoji vəziyyətə düşməməsi üçün hər kəs məsuliuyyət daşımalıdır, özünü borclu bilməlidir.

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

"Dədə Qorqud ” filmi Oğuz elinin başbiləni Dədə Qorqudun bu mahalın cəngavər oğullarının qan axıtdıqları torpaqları bərəkətli əkin yerlərinə çevirmək tövsiyəsi ilə bitir : "Əgər torpaq qorunmursa, əkilməyinə dəyməz.” Bəli, torpaq qorunmursa əkilməyinə, əkimirsə, qorunmağına da dəyməz.
Bu nəzər-nöqtəsindən çıxış etsək, bizim yaşıllıq aksiyalarımızn ciddi bir problemi də ağacların bəzən necə gəldi əkilməsi, aqrotexniki tələblərin gözlənilməməsidir. Abşeron yarımadsı yarımsəhra zonaları qrupuna mənsubdur. Belə torpaqlarda su şoran olduğundan bitki, ağac yetişdirilməsi ancaq düzgün suvarılma ilə mümkündür.
Bakı həm də küləkli şəhərdir. Ayrı-ayrı yerlərdə rast gəldiyimiz əyri ağaclar məhz yaşıllıq salınarkən köklərinin dərinə işləməzi üçün yatğın dayaz qazılmasının, küləkdən, hər hansı fiziki təsirlərdən qorumaq üçün yanına dirək bərkidilməməməsinin nişanəsidir. Bu və ya digər bu kimi səbəblərdən belə ağacların ömrü qısa olur, əksər hallarda onları qoruyub böyüdə bilmirik.
Sanki biz ağacları kampaniya xatirinə əkirir. Əkirik və televiziyada, bir sıra kütləvi informasiya vasitələrində yayımlanırıq, tirajlanırıq və elə bilirik ki, daha problem yoxdur: ağaclar öz-özünə bitəcəkdir.
Təbii halda harasa düşən tum və ya torpağın özündən zoğ atmış pöhrə təbii olaraq yerdən baş qaldırıb böyüyə bilər, amma insan əlləri ilə əkilmiş tingə, qələməyə hökmən diqqət və qayğı lazımdır. Bu qayğı olmayacaqsa, onların ən yaxşı halda ualnız 10-u-20-si ömrünü davam edə biləcək.
Elə məni bu yazını qələmə almağa vadar edən də Xətai rayonunda şahidi olduğum bir layihədən müşahidələrim əsasında qələmə alınıb. Bu aksiya dekabrın 16 –da Gəncə prospekti ilə General Şıxlinski küçəsi arasındakı sürüşmə zonası adlanan yerdə keçirilib.

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

Mən kampaniya keçirilən əraziyə yaxınlaşanda ağacəkmə kampaniyası artıq başa çatmışdı. Ərazidə Xətai Rayon Bələdiyyəsinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin 30-35 əməkdaşı vardı. Onlar da ərazini tərk etmək üzrə idi. Rastıma çıxan ilk şəxsdən tədbir barədə soruşdum. O da bu arada yanımızdan keçən bələdiyyə sədrini nişan verdi və "məlumatları ondan öyrənin”,- dedi. Bələdiyyə sədri daha haradasa iməciliyə tələsdiyindən vaxt tapıb sabahda, birisigündə bələdiyyəyə gəlməyi məsləhət bildi.
Gəlmişkən əraziyə baxmaq istədim. Ağac əkilən sahə eniş olduğundan aşağını aydın görmək olurdu: MKTB-nin 3-4 nəfər fəhləsi bir qisim toplanmış kol-kosu maşına atırdı, bir nəfərdə yağıntı sularının axması üçün düzəldilmiş arxdan təmizlənmiş torpağı torpaq sahəyə yayırdılar .
Ərazi pilləli 3 sahədən ibarətdir. Yeni əkilən ağaclar, təbii ki, bilinirdi. Elə ilk baxışdan nizamsızlıq və səliqəsizlik hiss olunurdu: yalnız küknar ağacları əkilmişdi və ağaclar boy etibarı ilə fərqli idi.Yaxşı olardı ki, əkilən ağaclar boy etibarı ilə sıralanaydı. Ağacların əksəriyyəti dayaqsız basdırılmışdı. Sahədə böyük sal daşlar səpələnib, hər təərfdə qurumuş yöndəmsiz sıx kollar diqqəti cəlb edir və yaşıllıq məfhunun doğurduğu assosiativliyi heçə endirir. Bunları təmizləmək buranın mənzərəsini daha görüntülü edərdi. Çoxlu əkilməmiş çalalar vardı. Ərazidəki zibil yığan fəhlələrdən soruşdum, dedilər ki, guya sabah onları da əkəcəklər. Fikirləşdim ki, sabah gəlib həm iştirak edərəm, həm də fikirlərimi bildirərəm. 17-si- bazar günü yenidən əraziyə getdim. Onu da qeyd edim ki, ərazi mənim yaşadığım bina ilə çox yaxındır.

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

Ərazinin ağaclar əkilən sahəyə lap yaxın (Gəncə pr 65) binanın qarşısında ortayaşlı bir kişi bundan çox-çox əvvəl əkilmiş ağaclara su verirdi.Yaxınlaşıb salamlaşdım, ağacəkmənin bu gün davam etdirildiyini öyrəndim. Cavab verdi ki, hələki gəlməyiblər. Söhbətə tutdum. Dedi ki, yan-yana sıralanmış 63, 65 və 69 nömrəli binaların qarşısındakı ağacları da bir vaxt belə iməciliklə əkmişdilər və həm də necə gəldi. Hazırda su verdiyim ərazini (63 və 65 saylı binaların qarşısı) mən və bu binadan 5-6 nəfərin gücü ilə bu vəziyyətə gətirmişik. 69 nömrəli binanın qarşısındakı ağaclar isə baxımsızlıq ucbatından qurudu. Ağacları çox dayaz basdırıblar, inanmırsınız, qalxaq onlardan bir neçəsinə baxaq. Birlikdə qalxıb bir neçəsinə diqqət etdik.Sakin haqlı idi: elə bil ki, dəmir kürəklə bir təcək torpaq götürüb ağacı yuvaya qoyub üstünü torpaqlayıblar. Mətləbdən yayınmadan qeyd edim ki, Bakıda bir az bərk külək əsən kimi ağacların yıxılması məhz bu səbəbdəndir.

Belə dayaz basdırılmış ağacları özünə gəlib, yerində möhkəmlənənə kimi artıq əyilmiş halda bitir və böyüdükdən sonra şiddətli külək olanda küləyin təsirinə davam gətirməyib yıxılırlar. Digər bir məsələni də qeyd edim ki, ağacları əkib sahədən o çıxan da ayaq kəsilməməlidir axı. Əgər əkirsənsə, onu yalqız da qoymamalısan. Söhbət etdiyim sakin və onun 4-5 qonşusu bu yaşıllığın onların özləri üçün, ailələri üçün əhəmiyyətini bildiklərindən ağaclara qulluq edirlər. Yaxşı olmazmı bütün sakinlər bu qonşuları kimi düşünələr?! İndi onların binasının qarşısındakı yaşıllığı və ağacları balkondan, evlərinin pəncərələrindən seyr etmək necə rahatlıq, məmnunluq yaradır.

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar
Yanaşı 69 nömrəli binanın qarşısı isə şəkillərdən də göründüyü kimi, quru düzəngahdır, nə bir ot var, nə də əvvəlki iməciliklərdə guya əkilmiş ağaclar. Adda-budda qurumuş körpə ağaclar gözə dəyir. Sahədə qurumuş ağaclar ümumiyyətlə çox idi.Yaxşı olardı ki, belə iməcilikdə onlar yeniləri ilə əvəz ediləydilər.
Əkilmiş ağacları saydım: təxminən, 250-yə yaxın ağac əkilmişdi. Əgər bu ağacəkmə kampaniyalarının sistemli uçotu aparılsa idi və ərazı ətrafdakı 48, 98 və 191 nömrəli orta məktəblər, 251 və 271 nömrəli bağçalar, eləcə də Gəncə prospekti 63, 65 və 69 nömrəli binalarda yaşayan sakinlər, həmçinin əraziyə xidmət edən 85 nömrəli Mənzil İstismar Sahəsinin arasında qayğı və qulluğa cəlb edilsə idi, şübhəsi ki, indi buralar tamam yaşıllıq olmalı idi.
Məhəllə sakinləri, məktəblər və bağçalarda maarifləndirilmə işləri aparmaq çox əhəmiyyətli olardı. Elə həmin gün qabaqcadan MİS tərəfindən sakinlərə və məktəblərə xəbəbərdarlıq edilməklə bu cür iməciliklərə onları da dəvət etmək həm iməciliyin social məzmununu artırar, həm də sonrakı dövrdə bu insanlar əraziyə qulluq və mühafizə etmək baxımından daha həssaslıqlıq göstərərdilər. Hətta, ərazini məktəblər və binalar arasında sərhədləşdirmək, hər ayrılmış sahə üçün əraziyə təhkim olumuş binanın, məktəbin adını qeyd etmək olardı. Bu cür maarifləndirmə və təşkilatçılıq işləri istər sakinlərdə, istərsə də uşaqlar arasında bütövlükdə təbiətə cavabdehlik yaratmaqla bərabər, ağacların təkcə estetik gözəllik baxımından deyil, həm də digər faydaları haqqında da təfərrüat yaradardı. Uşaqlı-böyüklü, hamı həm də onu da bilərdi ki, ağaclar estetik fiqurlar olmaqla yanaşı, erroziyanın qarşısını alır və zəlzələdən qoruyur.
Təpə və dərə sahillərindəki ağaclar torpağın səth axınını azaldır və torpağı bir arada tutur.
Ağac kökləri metrlərlə torpağın dərinliyinə uzanır və torpağı, yuxarıda qeyd etdiyim kimi, bir arada saxlayır. Yaşayış yerlərinə yaxın əkilən ağaclar torpağı bu şəkildə saxlayaraq, zəlzələnin törədəcəyi təhlükəni azaldır.
Bu yerlərin həm də sürüşmə zonası olduğunu nəzərə alsaq, əkilən ağacların həmin ətrafda yaşayan insanları zəlzələ və torpaq sürüşmələri təhlükələrindən qorumağa xidmət edəcəyini anlamış olardılar. Xatırlayırsınızsa, 5 il bundan qabaq burada torpaq sürüşməsi baş vermiş, adlarını qeyd etdiyimiz binaların sakinləri həyacanlı anlar yaşamışdılar.
İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar
Ağacların bitib-tükənməz faydalarını hələ bir tərəfə qoyaq, məhz bu 2 əsas xüsusiyyəti onların həyati mənafeləri üçün çox vacibdir, zəruridir. Bir qədər yumoristik ovqatla da olsa, ağac yetişdirmək, onların qayğısına qalıb nazıynan oynamaq bu binalardakı əhalinin borcudur.
Təhlükə o vaxt, şükür ki, sovuşmuşdu. Fəqət, ərazi sürüşməyə meyilli olduğu üçün, həm də o vaxtdan yamacın yuxarısında bina və ev inşası hələ də davam etdirildiyindən, bu yerlərin həssaslığı heç vaxt unudulmamalııdr. Doğrudur, ərazidə yaşıllıq salınması istiqamətində müəyyən addımlar atılsa da, səmərəli və sistemli aparılmadığından görülmüş işləri heç də qənaətbəxş hesab etmək olmaz.
IDEA İctimai Birliyinin ekologiyamızın qorunması, yaxşılaşdırılması sahəsində həyata keçirdiyi layihələr artıq ümumrespublika sərhədlərini aşaraq BMT-nin Ətraf Mühit Proqramının (UNEP) tərkib hissəsinə çevrilmişdir. Elə İDEA abreviaturasının açılışı -Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi bu bəşəriyönümlü niyyətin sübutudur.
Leyla xanımın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Xoşməramlı səfiri seçilməsi İDEA-nın uğurlarından xəbər verir.
Bu uğura xidmət edən, bir qədər də obrazlı desək, əkdiyi ağaclarla imza atan hər kəs "imzalar arasında öz imzasını” qorumalıdır.
Bakı bizm baş şəhərimizdir, ölkəmizin paytaxtıdır. Onun günü-gündən müasirləşən simasına belə mənzərələr ekzotika nümunəsidir.

P.S. Bu gün yazını dərcə verməzdən əvvəl sahəyə yenidən baş çəkdim. Yeni əkilmiş bəzi ağaclarda kimsə budamışdır. Ağacların budanması yazağzı , yaxşı inkişaf etməsi üüçn səmərəli vasitədir, amma belə yox da. Budanan zoğlar səliqə ilə, həm də dibindən kəsilmədiyindən ağacın gövdəsi eybəcər görünürdü.Unutmaq olmaz ki, ağaclar həm də estetik gözəllik üçündür.

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

İməciliklərin formasına yeni məzmun gətirmək lazımdır və ya iməcilikdən sonra iməcilik haqqında təəssüratlar

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz