» » Məhəmməd və onun sinif yoldaşları Gəncədə oxuduqları məktəbdə quşları qışın soyuğundan qorumaq üçün quş yuvaları düzəldiblər

Məhəmməd və onun sinif yoldaşları Gəncədə oxuduqları məktəbdə quşları qışın soyuğundan qorumaq üçün quş yuvaları düzəldiblər

Müəllif: Dəyanət от 15-01-2018, 19:00
 
Dava sevməz torpaq sevən, 
Könül qırmaz adicə bir yarpaq sevən.
M.Araz
Bu hikməti sübut etmirmi bu qəşəng balaların niyyəti? Düşünürəm ki, təbiəti elə uşaqlar üçün qorumalıyıq və bunu uşaqlara öyrədərək təbiəti uşaqların ixtiyarına vermək lazımdır. Belədirmi?Kənd yerlərində olmasa da , şəhərlərdə, ölkənin paytaxtında uşaqların təbiətlə təması sevindirici deyil.Yaşıllıq əraziləri günü-gündən seyrəlir, ağaclar kəsilir, bu ağac qətliamları min cürə bəhanələrlə ört-basdır edilir.
Təbiəti təbiətlə təmasda tanıyıb özününküləşdirməli olan balacalar belə yerlər olmadığından evlərdə, internet klublarda gün keçirir, canlı təbiəti, heyvanları internet görüntüləri ilə əvəzləyirlər.
IDEA-nın böyük layihələri böyük də ümid doğurur.Bu hərəkatı dəstəkləmək və ümumrespublika miqyasına təşviq etmək lazımdır. Bəli, busoyuqlu-qarlı, şaxtalı-küləkli havada insan yaşayan məskənlərdə çoxlu sayda it-pişik və quşlar var ki, təbiətin sınağına məruz qalıb. Onlara mərhəmət göstərən uşaqlar sabahın tolerantlarıdır, sülh elçiləridir.
Gəncə əktəblilərinə eşq olsun.
Bəli, uşaqlar ən azından yaşadıqları binaların ətrafında, məktəb həyətlərində heyvanlar və quşlar üçün belə sığınacaq düzəltsələr, bilirsinizmi nə qədər xeyirxah iş görmüş olacaqlar, nə qədər heyvanı soyuqdan, aclıqdan qorumuş olacaq. Onların insan mərhəmətinə ehtyacları var….
Bu, çox böyük humanizmdir.
"Ana və Uşaq” ictimai-siyası, pedaqoji onlayn jurnal bu layihəni, Gəncə məktəblilərinin humanist hərakatını ürəkdən bəyənir və təşəkkür edir.

Məhəmməd və onun sinif yoldaşları Gəncədə oxuduqları məktəbdə quşları qışın soyuğundan qorumaq üçün quş yuvaları düzəldiblər

Məhəmməd və onun sinif yoldaşları Gəncədə oxuduqları məktəbdə quşları qışın soyuğundan qorumaq üçün quş yuvaları düzəldiblər

Məhəmməd və onun sinif yoldaşları Gəncədə oxuduqları məktəbdə quşları qışın soyuğundan qorumaq üçün quş yuvaları düzəldiblər


Qeyd:Məlumat IDEA-vın rəsmi feysbuk səhifəsindən götürülmüşdür.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Ted

  • 31 yanvar 2018 19:49
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
order viagra from usa
viagra without doctor
buy viagra philippines
  • Нравится
  • 0