» » Heyvanlara vəhşi deyirik, amma məsələnin mahiyyətinə getmək istəmirik

Heyvanlara vəhşi deyirik, amma məsələnin mahiyyətinə getmək istəmirik

 
Bu hadisə haqqında xəbər və süjeti  "Xəzər" Tv-də izlədim, artıq  xəbəri bir çox   saytlarda  paylaşmışlar da. Çox güman ki, bu süjeti izləyənlər, eləcə də saytlardan oxuyanlar    məlumatı  ancaq oxuduqları müddətdə xəbər kimi qəbul edəcəklər. Üstündən 5-10 dəqiqə keçəndən sonra isə tamam unudacaqlar. Şəhərdə yaşayıb kəndlə əlaqəsi olmayanlar şükür edəcəklər ki, onunçün qorxusu yoxdur: canavarın şəhərə təhlükəsi gözlənilmir. İşdir,əgər canavarın hücum etdiyi kənddə qohumu, yaxını varsa, 15-20 konturundan keçib zəngləşəcək, xatircəm olacaq, dodaqaltı güləcək ki, bizlik deyil.
Həyatda heç nə adi deyil. Bizə adi görünən ən kiçik nəsnə oila biləcək daha ciddi nəsnələrdən xəbər verir. Belə yazılar çox oxumuşuq, televiziyada süjetlər izləmişik. Nə xəbərçilər, nə Ekologiya və Təbiiu Sərvətlər Nazirliyi, baş verənlərlə əlaqədar əhalinin müraciətlərinə "faktlar əksini tapmadı" yazıb göndərən Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin başbilənləri bir münasibət bildirmirlər.
Heyvanlar həssas olurlar, onlar dünyasında özlərinə xəsarət yetirən, qənim kəsilən insanlara yaxın düşməz, ehtiyatlanarlar. Görünür, onlara məxsus səltənətdə təbii yaşamaq imkanları tükənib, onlar təbiətdə başlarını saxlaya bilmirlər.Yoxsa, onlara nə gəlib ki, azad təbiətin qoynundan  imkanlıların cəngində olan mühitə yaxınlaşsınlar.
İnsanlar təbiətə qəsd edir, gecə-gündüz onun sərvətlərini qanunsuz, özbaşına olaraq mənimsəyir, heyvanları seçim qarçısında qoyurlar. Heyvanlar da həyatları bahasına olsa da, insanların yaşadığı məskənlərə yaxınlaşmağa məcbur olurlar.
Heyvanlar  bununla həm də ictimai varlıq olan insanlara mesaj ötürürlər.

Heyvanlara vəhşi deyirik, amma  məsələnin  mahiyyətinə  getmək istəmirik

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz