Heyvanlara vəhşi deyirik, amma məsələnin mahiyyətinə getmək istəmirik
Müəllif: Akif Əhmədov от 30-10-2017, 00:30
Bu hadisə haqqında xəbər və süjeti "Xəzər" Tv-də izlədim, artıq xəbəri bir çox saytlarda paylaşmışlar da. Çox güman ki, bu süjeti izləyənlər, eləcə də saytlardan oxuyanlar məlumatı ancaq oxuduqları müddətdə xəbər kimi qəbul edəcəklər. Üstündən 5-10 dəqiqə keçəndən sonra isə tamam unudacaqlar. Şəhərdə yaşayıb kəndlə əlaqəsi olmayanlar şükür edəcəklər ki, onunçün qorxusu yoxdur: canavarın şəhərə təhlükəsi gözlənilmir. İşdir,əgər canavarın hücum etdiyi kənddə qohumu, yaxını varsa, 15-20 konturundan keçib zəngləşəcək, xatircəm olacaq, dodaqaltı güləcək ki, bizlik deyil.
Həyatda heç nə adi deyil. Bizə adi görünən ən kiçik nəsnə oila biləcək daha ciddi nəsnələrdən xəbər verir. Belə yazılar çox oxumuşuq, televiziyada süjetlər izləmişik. Nə xəbərçilər, nə Ekologiya və Təbiiu Sərvətlər Nazirliyi, baş verənlərlə əlaqədar əhalinin müraciətlərinə "faktlar əksini tapmadı" yazıb göndərən Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin başbilənləri bir münasibət bildirmirlər.Heyvanlar həssas olurlar, onlar dünyasında özlərinə xəsarət yetirən, qənim kəsilən insanlara yaxın düşməz, ehtiyatlanarlar. Görünür, onlara məxsus səltənətdə təbii yaşamaq imkanları tükənib, onlar təbiətdə başlarını saxlaya bilmirlər.Yoxsa, onlara nə gəlib ki, azad təbiətin qoynundan imkanlıların cəngində olan mühitə yaxınlaşsınlar.
İnsanlar təbiətə qəsd edir, gecə-gündüz onun sərvətlərini qanunsuz, özbaşına olaraq mənimsəyir, heyvanları seçim qarçısında qoyurlar. Heyvanlar da həyatları bahasına olsa da, insanların yaşadığı məskənlərə yaxınlaşmağa məcbur olurlar.
Heyvanlar bununla həm də ictimai varlıq olan insanlara mesaj ötürürlər.
Oxşar postlar:
- Oxunub: 462
- Şərhlər: 0
- Bölmə: Təbiət
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Meşədə, dağda bir ovuc zoğala, 1 kq itburnuna görə cərimə edəcəklərsə, meşələr, dağlar getdikcə insansızlaşacaq...
İki məntiqi çalışma
Bərdədə küçəyə atılan uşaqların taleyinə münasibət sıradan bir münasibətə oxşayır
Soyuq havada məşq edənlər üçün 10 vacib tövsiyə
Küçələrə atılmış körpələr çoxalır
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (I yazı)
Konstantin Simonov -“Gözlə məni” (Azərbaycan dilinə 6 tərcümə variantı)
Sosial verilişlərdə və şou proqramlarında “Baden-Badenin mavi gecələri” (II yazı)
Hərə qucaqlaşmağı, bir-birlərinə sarılmağı öz arzuladığı kimi düşünsə də...
Dövlət İmtahan Mərkəzi Şəki şəhərində hazırlıq kursları və elmi-metodiki seminarlar təşkil edib
Yazarlar