» » Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 111 akt və protokol tərtib olunub

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 111 akt və protokol tərtib olunub


Oktyabrın 1-dən 15-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Departamentdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli "məcburi göstəriş” verilib.
Ümumilikdə, 35 iş üzrə 23307 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 13 iş üzrə 4440,6 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 137 iş üzrə 23198,18 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 11, icra qurumlarına 24, məhkəmələrə isə 1 iş göndərilib.

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 111 akt və protokol tərtib olunub

Mənbə:https://azertag.az/xeber/Ekoloji_qanunvericiliyin_teleblerinin_pozulmasina_gore_111_akt_ve_protokol_tertib_olunub

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz