» » Kenquru - Təbiətin nadir və maraqlı heyvanı

Kenquru - Təbiətin nadir və maraqlı heyvanı

 

Kenquru - Təbiətin nadir və  maraqlı heyvanı

Kenquru (lat. Macropus) —" kenqurular” fəsiləsindən bir heyvan cinsidir.
Təzə doğulmuş kenquru balası yemək qaşığına sığışacaq qədər çox kiçik olur: cəmi 2 santimetr. O, anasının kisəsində sakitcə yaşayıb böyüyür. Bala kenquru anasının kisəsinə özü çıxır, onun döşlərindən süd əmməyə başlayır. Çəkisi 9 kiloqrama çatana qədər o, kisədə qalır. Kisələr vacib rol oynadığına görə belə heyvanları "kisəlilər” də adlandırırlar.
Balalar doğulduqda kor olurlar. Çünki kenquru balaları ana bətnində inkişafını tamamlamadan dünyaya gəlirlər. Buna görə də ananın bədənində hazırlanmış tüklü kisə balalar üçün mühüm qorunma yeridir. Bala böyüdükcə bu kisə də genişlənir. Kisənin girişində balanın düşməyinin qarşısını alan xüsusi əzələlər vardır. Ana kenquru suya girdiyi zaman da bu əzələlər vasitəsilə suyun içəriyə dolmasının qarşısı alınır. Kenquruların südü balaların tələbatına uyğun xüsusiyyətdə olur. Südün tərkibindəki yağ və digər birləşmələr balanın böyüməsinə və ehtiyaclarına uyğun olaraq dəyişir. İlk bala süd əmərkən yeni doğulan ikinci bala üçün də asan həzm olunan süd verilməyə başlayır. Üçüncü bala dünyaya gəldikdə isə fərqli tərkibə malik üç süd növü istehsal edilir. Hər bala onun üçün hazırlanan südü asanlıqla tapır.Bu qidalanma sisteminin xüsusi bir yaradılış nümunəsi olduğu açıqdır. Ana kenqurunun bu prosesləri şüurlu şəkildə tənzimləməsi qeyri-mümkündür. Bədənində üç müxtəlif növdə süd olduğundan heç xəbəri də yoxdur. Bu qeyri-adi proses kenqurunun yaradılışındakı bir möcüzə də hesab oluna bilər.
Kenqurular arxaya yeriyə bilmirlər.

Kenquru - Təbiətin nadir və  maraqlı heyvanı

Kenqurunun 60-a qədər növü məlumdur. Avstraliyada və Yeni Zelandiyada onların hamısına rast gəlmək olar. Kenquru növlərinin ən böyüyü kürən (sarı) kenqurudur. Onun kütləsi 90 kiloqrama yaxındır. Ən balacası isə muskus kenqurusudur, çəkisi cəmi yarım kiloqramdır.
Kenqurular
Maral və ceyranlar kimi, kenqurular da otla və qısaboylu bitkilərin yarpaqları ilə qidalanırlar.

Kenquru - Təbiətin nadir və  maraqlı heyvanı

Kenquru - Təbiətin nadir və  maraqlı heyvanı

Kenquru - Təbiətin nadir və  maraqlı heyvanı

Kenquru - Təbiətin nadir və  maraqlı heyvanı

Kenquru - Təbiətin nadir və  maraqlı heyvanı

Kenquru - Təbiətin nadir və  maraqlı heyvanı

Kenquru - Təbiətin nadir və  maraqlı heyvanı

 

Mənbə: Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz