İnsan - Təbiət (Sitatlar)
Müəllif: Akif Əhmədov от 11-08-2017, 10:00
Təbiətin nəticəsi olaraq ortaya çıxan qüsurlara heç bir kimsə səhv tapa bilməz.
~ Aristotel

Təbiət insanları meydana gətirdi, onları özünə itaət etdirdi də. Ancaq insanların dünyada yaşaya bilmələri üçün, onların təbiətə hakimiyyətini də şərtləndirdi. Təbiətə hakim ola bilməyənlər, varlıqlarını qoruya bilməmişlər. Təbiət onları, öz ünsürləri içində əzməkdən, boğmaqdan, yox etməkdən və etdirməkdən çəkinməmişdir. Təbiətdə hər hansı bir şey bizə gülünc və mənasız gələrsə, bunun səbəbi əşya haqqında məhdud məlumat sahibi olmamızdır, təbiətin bir bütün olaraq nizamı və uyğunluğunu bilmədiyimizdəndir.
~ Spinoza

Təbiət yox etməyə nifrət edir.
~ Siseron

~ Siseron

Təbiət tərəfindən mükəmməlləşdirilən şeylər sənət tərəfindən həyata keçirilənlərdən daha yaxşıdır.
~ Siseron

Carlo Rubbia

İnsan tərəfindən yaradılan bir şeyi məhv edəndə adına "vandalizm” deyilir. Təbiətin yaratdığı şeyləri yox edəndə isə bunun adı "inkişaf, nailiyyət, qazanc” olur.

Uşaqların qaranlıqda titrəməsi və hər şeydən qorxması kimi biz də bəzən işıqda uşaqların qaranlıqda dəhşətə gəldikləri və xəyallarında reallaşmasını gözlədikləri şeylərdən daha çox qorxuruq. Bu qorxu və ondan doğan zülməti Günəşin şüaları və günün işığının işıqlanması ilə deyil, təbiət aktının görünüşü ilə dəf etmək olar.
Modern cəmiyyətləri qurmaq üçün insanlar çaylara bəndlər qurdu, yağış yağmasın deyə buludları qovdu, bataqlıqları qurutdu, milyarlarca heyvanı məhv etdi. İnsanlar ekologiyaya hörmət etməyən geniş şüşə, polad və beton istehsalı şirkətləri qurdular.”İnkişaf” kimi düşünülərək modernlik, biomüxtəliflik zoopark qəfəslərində və donmuş DNA balonlarında həyatda qalmağa çalışarkən yaban otlaqlar tükəndi, bir neçə qoruqlara sığışdırıldı. Təbiəti hakimiyyəti altına alma macəramız – "inkişaf” – şosselərlə, hündürmərtəbə binalarda, hazır yemək məkanları ilə, böyük alış-veriş mərkəzləri ilə, avtomobil qalereyeları ilə ölçülür. İnsanlar böyüməmənin inkişaf etməmək anlamına gəldiyini düşünür, halbuki, tam əksidir.
Tolerantlıq nədir? Tolerantlıq insanlığın bir hissəsidir. Hamımızın səhvləri və çatışmazlıqları var: qarşılıqlı olaraq bir-birimizin xəta və əskiklərini bağışlayaq, çünki tolerantlıq təbiətin ilk qanunudur.
Təbiət " xoş gəldin” deyən qollarıyla bizə uzanır və bizi onun qadına xas gözəlliyindən həzz almağa çağırır. Biz isə onun sükunətindən ürkür, izdihamlı şəhərlərə axın edirik . Orada eynilə vəhşi bir qurdun qarşısından qaçan qoyunlar kimi, bir-birimizi sıxışdıra-sıxışdıra yaşayarıq.
Biz təbiəti anlaya bilmirik. İnsan da heç bir şey deyil, bunu anlya bilmədiyi üçün qəzəbdən ətrafdakı hər şeyi dağıdıb tökür. Biz yalnız təbiətlə "birlikdə" var ola bilərik. Ondan fərqli, ya da onun kənarında deyilik.
Təbiətdən ayrı qalan insan, qürurlanıb bütün həqiqəti unutmağa başladı və özünü təbiətin hökmdarı hesab etdi. İnsan nə zaman ki, özünü kökündən, mahiyyətində olan "təbiət”dən uzaqlaşdırdı: bədənini dərmanlarla, torpağı isə kimyəvi gübrə və herbisitlərlə doldurdu. Nəticədə,bütün bədənini xəstəliklər bürüdü və ona görə də indi dərman və kimyəvi birləşmələrlə qurtulmağa çalışır.
~ E. Begley

Təbiətdən nə üçün şikayətlənirik? Təbiət bizə yaxşı davrandı.
İstifadə etməsini bilən üçün həyat uzundur.
~ Gənc Seneca

Bütün sənətlər təbiəti təqlid edir.
~ Gənc Seneka

"Uyğunlaş, ya da ortadan çəkil” ! İndi və həmişə olduğu kimi, bu, təbiətin əbədi göstərişidir.
~ H. Uells

Təbiəti kərənti ilə(dəryaz) qovarsan, o, yenə də tələm-tələsik geri gələcək.
~ Höte

~ Lukretius

~ Stiv Best

~ Volter

~ Halil Cibran

Təbiət bizi əsla aldatmaz: özümüzü aldadan elə bizik.
~ Jean-Jacques Rousseau

~ Masanobu Fukuoka

~ Masanobu Fukuo
Oxşar postlar:
- Oxunub: 6 246
- Şərhlər: 0
- Bölmə: Təbiət
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar