» » Sinoptiklərdən xəbərdarlıq: "İyulun sonunadək hava isti olacaq"

Sinoptiklərdən xəbərdarlıq: "İyulun sonunadək hava isti olacaq"


"Ana və Uşaq" AZƏRTAC-a istinadən bildirir ki, sinoptiklər havanın temperaturunun yenidən yüksələcəyi barədə xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin AZƏRTAC-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 28-29-da havanın ən yüksək temperaturunun 34-39° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 28-dən ayın sonunadək hava şəraitinin isti olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40°, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42°, dağlıq rayonlarda isə 27-32° isti olacaq. Qərb küləyi əsəcək, iyulun 29-da gündüzdən iyulun 31-dək ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Sinoptiklərdən xəbərdarlıq: "İyulun sonunadək hava isti olacaq"

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz