» » Modern təhlükəsizlik tədbirləri

Modern təhlükəsizlik tədbirləri

Modern təhlükəsizlik tədbirləri
Yadınızdadırsa, mayın 19-da "49 nömrəli binanın sakinləri bu məhəllədə asudə nəfəs ala bilmirlər” (http://anaveusaq.az/tebiet/1643-49-nomreli-binanin-sakinleri-bu-mehellede-asude-nefes-ala-bilmirler.html) adlı yazı vermişdik.
Və bu yazını 4 mötəbər təşkilata ünvanlamışdıq. Az qala, 1 aya yaxın vaxt keçir, amma heç bir tədbir görülmür. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə yazdığımız məktubu tədbir görülmək üçün Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndəriblər. Məktub bir neçə gün orada qalandan sonra 2 əməkdaş əraziyə baxış keçirdi və akt tərtib etdi. Hiss olunurdu ki, aktı maksimum dərəcədə təmsil olunduqları idarənin mənafeyinə zərər gətirməyəcək səviyyədə tərtib etməyə çalışırlar. Mərkəzin əməkdaşları bildirdilər ki, idarədə akta uyğun qərar qəbul olunub, sizə də məlumat veriləcək. 96 nömrəli MİS-nin rəisi isə çox əminliklə Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimlərinə dedi ki, siz rəsmi qaydada bizə məktub yazarsınız, biz də cavablandırarıq. Əslində, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ünvanlanan müraciət Xətai Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilməməli idi. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu 7.13-cü bəndinə əsasən, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
Hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən təşkilat və ya vəzifəli şəxs yuxarı təşkilata cavab verərmi ki, müraciətdə yazılanlar doğrudur, axı onda cavabdeh şəxs kimi hərəkətsizliyinə görə cavab verməli olacaq.
Ölkə başçısının mövqeyi hamıya bəllidir. Cənab Prezident istənilən çıxışında insanların sosial qayğılarını önə çəkib: idarə və təşkilatlara, vəzifəli şəxslərə insanlara maksimum həssas yanaşmağı, onların firavan və rahat yaşaması üçün məsul olduqlarını tövsiyə edir.
30 yanvar 2017-ci ildə Prezident İlham Əliyev Heydər Əliyev adına Mərkəzdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş müşavirədəki məşhur nitqini xatırlamağa zərurət hiss edirəm:
-Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.
Amma bizim əksər məmurlarımız elə düşünürlər ki, əgər vətəndaş problemlə yaşayırsa, çoxlu qayğıları varsa, deməli, o, intellektual cəhətdən də geridədir, qanunu, sosial qayğıları insanlara öz bildikləri formatda qəbul etdirə biləcəklər.
Əgər vətəndaşlar ölkə başçısına müraciət edirlərsə, deməli, insanlar ümidsiz deyillər, onlar rəhbərinə ümid edirlər, qanunlarımıza ümid edirlər. Əgər bunun əksi kimi düşünsə idilər, kim idi harasa üz tutan, müraciət edən?
Bu ümidi sarsıtmayın, məmurlar. Xalq içərisində olmaq lazımdır, insanların rəyinə hörmətlə yanaşmaq lazımdır. Xalqı ölkəmizdə gedən böyük quruculuq işlərinə təşviq etmək lazımdır.
May ayının 19-dan etdiyimiz müraciətdən sonra gözləmək olardı ki, ərazidə müəyyən işlər görüləcək, problemlər həll ediləcəkdir, amma əksi baş verir.
İyunun 12-də şəhərə getdiyim üçün evdə olmamışam. Evə qayıdanda otağa girən kimi yanıq iyi hiss etdim və dərhal pəncərəyə yaxınlaşdım ki, yenə haranısa yandırıblar. Yanılmamışdım: bizim bina (Şıxlinski 49), 35 nömrəli seçki məntəqəsi və 35-ci polis bölməsinin inzibati binalarının arasındakı ərazi tamam yandırılmışdı. Qayıdıb həyətə düşdüm və qonşulardan soruşdum. Dedilər ki, MİS işçiləri idi, Xətai Rayon Mənzil Kommunal idarəsindən , eləcə də İcra hakimiyyətindən nümayəndələr də (insanların dediklərinə əsasən)vardı. Camaat irad bildirib.Onlar da deyib ki, bəlkə kimsə siqaret kötüyü atardı, buralar yana bilərdi, onda nə deyəcəkdiniz? Biz də yandırırıq ki, daha böyük təhlükələrin qarşısını alaq...
M.F.Axundovun "Aldanmış kəvakib” povestindən bir epizod yadıma düşdü. Həmin povestlə tanışlığı olanlar bilirlər: münəccimlər göydə ulduzların toqquşacağından və bundan İran şahına, onun səltənətinə zərər toxunacağı haqqında məlumat verirlər. Şah Abbas da vəzir-vəkillərini, digər saray xadimlərini dəvət edib gözlənilən bəlanı dəf etmək üçün məsləhətləşmələr aparır. Hərbiyə vəziri sərdar Zaman xan deyir ki, on il bundan əvvəl osmalı Bəkir paşanın 70 minlik qoşunu sərhədlərimizə yaxınlaşanda qibleyi-aləmin fərmanı ilə ordumuzun sərdarlığını mənə həvalə etdilər. Biz körpüləri, yolları dağıtdıq ki, düşmən qoşunları ölkənin içərilərinə doğru hərəkət edə bilməsinlər.Bütün heyvanları, toyuqları məhv etdik. Bəkir paşa sərhədlərimizi keçəndə hər yer dağınıq olduğundan bir top qurğusu gətirə bilməmişdi. Ancaq atla və piyada keşə bilən əsgərlərin əlinə bir qoyun və ya toyuq keçmədi. Əlacsızlıqdan Bəkir paşa 3 gündən sonra geri döndü.
İndi Xətai rayonunun bəzi xidmət qurumlarının guya daha böyük yanğınların qarşısını almaq üçün özləri əraziyə od vurması müəyən qədər həmin təşəbbüslərə bənzəyir.
Müasir dünyamız ekoloji fəlakətlərlə baş-başa qaldığı bir vaxtda bu cür yanğınlarla atmosferə, torpağa fiziki təsir göstərən belə hərəkətlərə necə haqq qazandırmaq olar? Axı bu ərazilərdə az-maz qalan əraziərə, ağaclara heç vaxt qulluq göstərilməyib, ağaclara, otlr heç vaxt çalınmayıb, sahəyə  su verilməyib. Nəticədə, nəzarətsiz qalan sahələri kol-kos basıb  və hər zaman   yanğın təhlükəsi yaradır. Ən başlıcası isə insanlar yaşıllıq ərazilərindən məhrum edilir.
Ərazilərin bu şəkildə yandırılması nə dərəcədə doğrudur? 96 nömrəli Mənzil istismar sahəsi, ərazi yaşıllaşdırma idarəsi fəaliyyətsizliklərini bu şəkildə ört-basdır etməsi həm təbiətə, həm də  insanlara  laqeydlikdir. Daha yuxarı instansiyalar, yəqin ki, məsələyə münasibət bildirəcəklər.
Olsun ki, bu yanğını "ehtiyat tədbiri” kimi həyata keçirənlər indi də bundan xəbərsiz olduqlarını iddia edəcəklər: yanğının səbəbini kiminsə siqaret atması və yaxud uşaq nəzarətsizliyinin nəticəsi kimi göstərməyə səy edəcəklər. Amma əbəs yerə. Yandırılan ərazi Seçki dairəsi və 35-ci polis bölməsinin 2-3 addımlığında baş verib. Ola bilməz ki, belə halda həmin qurumlar əraziyə dərhal yanğın xidməti əməkdaşlarını çağırmasınlar. Həm də küçənin o biri tərəfində də belə "təhlükəsizlik addımları” atıblar. Mümkün deyil ki, çox yaxın, amma ayrı-ayrı bir neçə ərazidə eyni vaxtda kimsə siqaret atmış olsun və yaxud da yandırsınlar. Kameralarla müşayiət olunan polis bölməsinin 2-3 metrliyində kimsə belə addım atmağa cürət etməz.
Digər tərəfdən, ərazidə baxımsızlıq ucbatından daha bir neçə yerdə istənilən vaxt yanğın mənbəyi ola bilən yerlər var.
Bu cür addımlar atmaqdansa, ərazinin tullantılardan vaxtlı-vaxtında təmizlənməsini, ərazilərə qulluq edilməsini, ağacların, torpağın suvarılmasını təmin etmək lazımdır. Ticarət və iaşə obyektlərindən tullantı kimi atılan karton, kağız, plastik qablar və s. hər zaman yanma və yaxud yandırılma vasitəsinə çevrilə bilər. Bu işlərin nümunəvi təşkilinə nail olmaq lazımdır. Binalarda sakinlərlə, məktəb və bağça uşaqları ilə maarifləndirilmə və izahat işləri aparılmalıdır.

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

 

Modern təhlükəsizlik tədbirləri

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz