» » Ekoloji təsəvvürlər ekoloji mədəniyyətimizi formalaşdırmalıdır

Ekoloji təsəvvürlər ekoloji mədəniyyətimizi formalaşdırmalıdır

Ekoloji  təsəvvürlər ekoloji mədəniyyətimizi  formalaşdırmalıdır

Gözəllik əxlaqi-etik kateqoriyadır. Bu anlayışı ehtiva edən gözəllik nümunələrini harda görsək, nə vaxt eşitsək, o dəqiqə varlığımıza bir rahatlıq bürüyür, hislərimizdə, duyğularımızda bir təlatüm yaradır. Lap gözlə görünməyən, təfəkkürlə qəbul etdiyimiz gözəlliklər belə, insanın qəlbini rahatlayır.
Başımız üstündəki sonsuz səma, Ay, Günəş, ulduzlar, üzərində məskən saldığımız torpaq gül-çiçəkləri, dənizi, bulaqları, çayları, meşələri, hər cürə nemətləri ilə gözəl deyilmi?
Eybəcərlik halı sonradan yaranıb. İnsan yaradıb. Əgər gözəlliklər arasında yaşamaq ömrü uzadırsa, insanı sağlam edirsə,  eybəcərliklər arasında yaşamaq da ömrü qısaldlr, əsəb, ürək xəstəlikləri yaradır.  Adam var ki,  ömründə bir ağac əkməyib, amma şəxsi maraqları üçün 5-10 ağaçı kəsib. Yaşadığı binanın əhatəsindəki yaşıllığa bir vedrə su səpməyib, amma balkonundan dəfələrlə zibil dolu torbanı aşağı atıb və s.

Ekoloji  təsəvvürlər ekoloji mədəniyyətimizi  formalaşdırmalıdır

"Zibildir də" deyib  əhəmiyyət vermədiyimiz bu  məişət tullantıları, kəsilən, quruyan ağaclar  sağlamlığımız üçün ciddi fəsadlar yaradır, təbiətin özü üçün problem yaradır.
Türkiyə mətbuatında bununla bağlı aparılan maraqlı bir müqayisəni diqqətinizə çatdırım. Düşünürəm ki, bu problemlər hər yerdə eynidir, o cümlədən Azərbaycanda da.
Məişət tullantıları insanlar istər hər gün qida və ərzaqlardan istifadə edərkən, istərsə də müxtəlif fəaliyyətləri zamanı meydana çıxır. Hər kəs ən yaxşı halda, öz evində toplanan tullantını selofan paketlərdə qablaşdırıb yaxınlıqdakı zibil qabına atır və fikirləşmir ki, atdığı tullantıdolu paketin içində meyvə-tərəvəz tullantıları ilə yanaşı, yemək artığı, şüşə, kağız,karton, istifadəsi keçmiş dərman, dərman qabları, məişət cihazları qırığı, qoxulamış bitki yağı, polietilen və s. əşyalar da var. İnsanlar bu tullantılardan tez uzaq olsun deyə, tələm-tələsik bir torbaya, paketə doldururb heç bir fərq qoymadan zibil qablarına atır. İnsanlar zibilləri çeşidləyib atmağın nə üçün lazım olduğunu bilmirlər, tullantıların müəyyən qisminin təkrar istifadəyə qayıda biləcəyini lazımınca dərk etmirlər. İnsanlar bilmir ki, bu tullantıların yenidən istifadəyə qaytarılması özü dolayısı ilə təbiəti, sağlamlığı qorumaq deməkdir.
Türkiyədə 2010-ci ildə 762,2 milyon ton tullantı toplanılmışdır. Bu qədər zibillə 122 min olimpiya üzmə hovuzunu doldurmaq olar. Bu hovuzları uc- uca calasalar, Ədirnədən Qarsa qədər olan yolu iki dəfə döşəmək olar. Hər il bu ölkədə evlərdən atılan tullantıların miqdarı təxminən 25,28 milyon tona yaxındır. Həmin tullantılar 3,5 milyon ədəd ikimərtəbəli avtobusu doldurmağa yetər.
Türkiyədə hər insan ildə malik olduğu bədən çəkisinin 7 qatı ağırlığında tullantı yaradır.
 
Şüşə
Orta hesabla götürsək, bir ailə illik 330 şüşə qabdan istifadə edir. Şüşə öz halını itirmədən 3000 ildən daha uzun müddət ərzində qala bilir. İki şüşənin təkrar istifadəyə qaytarılması hesabına əldə edilən enerji qənaəti ilə 5 fincan şayı qaynatmaq olar.

Plastik 
Hər il marketlər tərəfindən ərzaqlarla bərabər, təxminən, 17,5 milyard plastik torba bölüşdürülür. Bu, adambaşına illik 240 ədəd torba deməkdir. Bu gün 50 il əvvəl istehsal etdiyimiz qədərdən 20 qat daha çox plastik materiallardan istifadə etməkdəyik.
 
Yağ
1 litr yağ 1 milyon litr suyu içilməz hala gətirir. 3 milyon ədəd vasitədən tullantı kimi atılmış yağ toplayaraq yenidən istifadə halına gətirməklə əldə edilən qənaət enerji ilə 1,5 milyon insanın illik enerji ehtiyacı aradan qaldıra bilər.
 
Kağız 
1 ton kağız istehsalı üçün 17-24 ədəd ağac lazımdır. Tullantı kağızları təkrar istehsal yolu ilə yenidən istifadəyə qaytaran zaman ağacdan ilk olaraq istehsal edilən kağızlara nisbətən 70% daha az enerji lazım gəlir. Hər 1 ton kağızın yenidən kağız kimi istifadəyə qaytarılması 17 ağacı qorumaq deməkdir, ən azından 298 litr neftə, 26 500 litr suya, 41 000 kilovat enerjiyə qənaət deməkdir.
 
Ekoloji  təsəvvürlər ekoloji mədəniyyətimizi  formalaşdırmalıdır
 
Qeyd: Yazı türkcədən istifadə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz