» » Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Bu gün bəşəriyyət, elcə də təbiətdə mövcud olan bütün heyvan və bitkilər insanların özləri tərəfindən çirkləndirilmiş ətraf mühitdə həyatla ölüm arasında çarpışır. Ətrafda sevinclə ötən quşlar deyil, neftə bulaşmış quşlar; saf suların ağuşunda üzən balıqlar deyil, zəhərlənmiş və dalğaların sahilə atdığı can verməkdə olan balıqları və ya onların şəkillərini görürük.
İnsan əlləriylə ətraf mühitin boyuna biçilən kədərli mənzərələər aid bir neçə nümunə:

 

Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

 

Hər il 60 milyard TL dəyərində 6 milyard kq zibil okeanlara tökülür. Bu maddələrin çoxu dəniz həyatı üçün zəhərli olan plastik məmulatlardır.
Bu şəkildəki edən Böyük Okeandakı zibil adası olaraq bilinir. Bu ada Böyük Okean üzərində üzən plastik zibillərdən meydana gəlir. Bəzi təxminlərə görə bu ada Amerikanın iki qatı böyüklüyündə ola bilər.
 
Zibil toplama sahələri torpaq çirklənməsi ən böyük səbəblərindən biridir. Halbuki, bu sahələrdə yerləşən zibillərin 80 %-i geri çevrilmə xüsusiyyətinə malik maddələrdən ibarətdir.
Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Hazırda dünyada 500 milyondan çox avtomobil var. 2030-ci ildə bu rəqəmin 1 milyardı keçməsi gözlənilir. Bu da ətraf mühitin çirkləndirilməsinin 2 qatına artması deməkdir.
Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Amerikalılar dünya əhalisinin 5 %- ni təşkil etmələrinə baxmayaraq, dünya üzrə istehsal olunan ümumi tullantılarının 30 %-ni istehsal edərkən mövcud təbii resursların, təqribən, dörddə birini istifadə edirlər.

Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Dənizlərdəki neft tankeri qəzalarının dəniz canlıları üçün ölümcül olduğunu bilirik. Bəs dənizlərdə daşınan hər bir milyon ton neftin bir tonunun mütləq dənizlərə qarışdığını bilirdinizmi?
Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Digər qitələrə nisbətən dünyanın ən təmiz yeri Arktika qitəsidir. İmzalanan Cənub Qütbü Müqaviləsinə əsasən bu qitədə hərbi fəaliyyət göstərmək, qızıl axtarması etmək, nüvə sınaq aparmaq və nüvə tullantı toplamaq qadağan edilmişdir.

Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Çin, ən yüksək hava çirklənməsi olan ölkələr arasında yer alır. Ölkənin paytaxtında 1 gün yaşamaq gündə 21 ədəd siqaret çəkməyə bədəl.

Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Həmçinin 700 milyon Çinli (ölkə əhalisinin təxminən yarısı) çirkli su içmək məcburiyyətindədir.

Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Hindistanda şəhərlə əlaqədar tullantıların 80 faizi Hindular tərəfindən müqəddəs sayılan Qanq Çayına qarışır. Bu çay indilərdə Hindistanlıların vəfat edən ailə üzvlərini basdırmaq üçün istifadə etdikləri bir yer halına gəlmiş.

Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Səs-küy çirklənməsi eşitmə itkisinə, təzyiq xəstəliklərinə, yuxu xırda və həddindən artıq stress kimi bir çox mənfi hala yol açmasına baxmayaraq, o, ən az əhəmiyyət verilən çirkinlik növüdür.
Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Sovet Rusiyadan qalma radioaktiv tullantıların olduğu Qaraçay gölü dünyanın ən çirkli yeri hesab olunur. Burada bir saat olmaq insanı ölümcül hala sala bilər, hətta öldürə bilər.
Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Kompüterlər, televizorlar, cib telefonları və digər elektron alətlər gün keçdikcə daha çox istifadə edilir. Bu vəziyyət son illərdə elektron tullantıların artmasına yol açıb. Təkcə 2012-ci ildə insanlar ətraf mühitə 50 milyon ton elektron tullantı atmışlar.

Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

İngiltərədəki çaylarda olan balıqların üçdə birində cinsiyyət dəyişikliyi görünür. Səbəbi kanalizasiya sularına atılan doğumu idarə edən həblər səbəbindən çox müxtəlif kimyəvi maddələr və hormonlarla əhatə olunmasıdır.

Ətraf mühitin çirklənməsi haqqında acı həqiqətlər

Amerika ciddi bir su çirklilik problemiylə mübarizə edir. Amerikadakı çayların 40 , göllərin isə 46 %-i həm balıq və digər canlılar, eləcə də insanların çimməsi üçün çox təhlükəlidir, yəni, olduqca çirklidir.
Qeyd: Yazı türkcədən tərcimə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz