» » Dünyanın ən böyük beş problemi

Dünyanın ən böyük beş problemi


Bu gün dünya beş böyük problemlə qarşı-qarşıyadır. Dünyanın insanlar və digər canlılar üçün yaşanan bir planet olmaqda davam etməsi üçün bu beş problemin təcili olaraq həll edilməsi lazımdır.

Dünyanın ən böyük beş problemi

1. Havanın çirkliliyi və iqlim dəyişikliyi
Bu problem atmosferin və okean sularının karbonla həddindən artıq yüklənməsi səbəbindən yaranıb. Atmosfer karbondioksid, infraqırmızı dalğaları uzunluğundakı radiasiyanı özünə çəkir, sonra da təkrar əks etdirərək havanı, torpağı və okean sularını isidir. Beləcə, planetimiz qatı bir buz yığını olmaqdan xilas olur.
Nə var ki havada kifayət qədər karbon yoxdur. Fosil (aədimlərdən torpaq altında qalmış və daşlaşmış vəziyyətdə olan bitki və heyvan qalıqları) yanacaqdan istifadəsi, meşələrin məhv edilməsi və sənayenin getdikcə canlanması atmosferdə karbon sıxlığını 200 il ərzində 280 ppm-ə (hər milyondakıhissəcik miqdarı) 400 ppm-ə yüksəltdi. Bu, həm ölçü, həm də sürət baxımından bənzəri görülməmiş bir artım idi və bu artımın nəticəsində iqlim dəyişikliyi meydana gəlməyə başladı.
Karbon sıxlığı kömürün, neftin, benzinin və odunun yandırılmasının yaratdığı hava çirkliliyinin növlərindən yalnız biridir. Dünya Sağlamlıq Təşkilatının məlumatlarına görə 2012-ci ildə reallaşan hər doqquz ölümdən birinin xərçəng və ya çirkli havadakı digər zəhərli maddələrdən qaynaqlanan xəstəliklərdən baş vermişdir.
Okeanlar üç zərbəni eyni anda qarşılamağa mənhkum olmuşdur: həddindən artıq balıq tutma, çirklilik və iqlim
dəyişikliyindən istiləşən sular
Problemin həlli fosil yanacaqların yerinə bərpa olunan enerjidən istifadə, yeni müşələrin salınması, əkinçilikdə emissiyaları azaltmaq, sənaye istehsal proseslərini dəyişdirməklə mümkün olacaqdır. Təbiətdə bol miqdarda təmiz enerji tapılması ümidvericidir. Edilməsi lazım olan tək şey bu qaynaqların şüurlu şəkildə həyata keçirmək , yenilənə bilər enerji üçün investisiyalar yatırılmasıdır. Bir çox mütəxəssislər bu an sahib olduğumuz texnologiya ilə 100 % yenilənə bilər enerjidən istifadə edilə bil bir gələcəyin mümkün olduğunu söyləyirlər.
Amma heç də yaxşı olmayan bir hal da var ki, günəş panelləri, külək turbinləri, enerji saxlanılması və paylama sistemləri kimi bərpa olunan enerji infrastrukturları hal-hazırda məşhur hala gəlməsinə, həm də olduqca ucuz və məhsuldar olmasına baxmayaraq, iqlim dəyişikliyini maneə törətməyə çatacaq qədər sürətli şəkildə tətbiqə edilmir. Bu problemin həlli üçün siyasi və maliyyə problemlərin a həlli lazımdır.
 

Dünyanın ən böyük beş problemi

2. Meşələrin məhv edilməsi
Problem budur ki, malik olduğu canlı növlər baxımından zəngin olan vəhşi meşələr yox edilir. Bu, xüsusilə də tropik qurşaqda, yəni, iribuynuzlu heyvan otlaqları, soya lobyası və palma yağı istehsalı üçün lazım olan bitkilərin olduğu bir məkanda baş verir. Meşələrin yox edilməsinin bioçeşidlilik və iqlimə ciddi təsirləri var.
İndiki vaxtda yer üzünün, təxmini olaraq, yüzdə 30-u meşələrlə örtülüdür. Halbuki, 11 min il əvvəl - qədim insanların əkinçilik etməyə başladığı tarixdə yer üzündə bunun iki qatı qədər meşə var idi. Xüsusilə tropik qurşaqda olmaqla hər il 7,3 milyon hektar meşə yox edilməkdədir. Tropik meşələr planetin təxminən olaraq yüzdə 15-ini əhatə edərkən bu gün bu nisbət yüzdə 6-7 ətrafındadır. Bu geri nisbət ağac kəsmə və yandırma səbəbləri ilə bağlıdır. Halbuki, təbii meşələr karbonu tutaraq atmosferə və okeanlara yayılmasını əngəlləyir və biomüxtəlifliyin davam etməsinə təkan verir.
Bunun qarşısını almaq üçün təbii meşələri qorumaq və yox edilmiş sahələri yerli ağac növləri ilə bərpa etmək lazımdır. Bu, əlbəttə, işgüzar və ədalətli bir rəhbərlik mədəniyyəti tələb edir.
 

Dünyanın ən böyük beş problemi

3. Növlərin soylarının tükənməsi
Bu gün bir çox vəhşi heyvanlar ətinə, dişlərinə görə, eləcə də müxtəlif tibbi məqsədlər üçün ovlandıqlarına görə nəsli tükənmiş və ya tükənmək üzrədir. Dənizlər böyük tor təchizatına malik sənaye balıqçı gəmiləri vasitəsilə balıq  nüfusu azaldılmış olur.

Təbii həyat sahəsinin yox edilməsi, nəsil tükənməsi dalğasına səbəb olan tək bir məsul var: İnsan. Dünya Təbiət və Təbii Resursları Qoruma Birliyinin (IUCN) "Qırmızı siyahısı”na təhdid altında olan yeni növlər əlavə olunur və siyahı uzanmaqda davam edir: məsələn, hər hansı bir tibbi faydası olmayan, amma buynuzları üçün ovlanan gərgədanlar.
Fərqli canlıların yaşamaq  haqları olduğu kimi, insanlara həyatda qalması üçün həyati məhsul və xidmətlər verirlər. Məsələn,  arılar yediyimiz qidalar baxımından çox əhəmiyyətlidir. Ona görə də biomüxtəlifliyin davam etməsi üçün siyasi, ictimai və digər sahələrdə əməkdaşlıq edilməlidir.

 

Dünyanın ən böyük beş problemi

4. Torpaq deqradasyası
Həddindən artıq otlaq, monokültür (monokültür -müəyyən bir bitki növünün bir bölgədə çox məşhur olaraq uzun illər ərzində yetişdirilməsinə dayanan bir əkinçilik üsuldur. Sənaye əkinçilikdə sıxlıqla istifadə edilən bu üsul, məhdud əmək imkanlarına sahib bölgələrdə yüksək məhsul nisbətlərinə çatmasına kömək edir.) əkinçilik, eroziya, əkin yerlərinin azalması, atmosferə ətraf mühitin çirklənməsinə səbəb olan maddələrin həddindən artıq buraxılması, cins dəyişikliyi və s. bu kimi hallar torpaq deqradasiyasının səbəbləridir. Birləşmiş Millətlər Təşkilatına (BMT) görə, yer üzündəki əkinlik ərazilərin təxminən 12 milyon hektarlıq qismi hər il ciddi şəkildə ziyan görür.
Torpağın qorunması və bərpası üçün torpaq işləməsi əkinçilikdən növbəli oktyabra, taraçalama yolu ilə su tutmağa qədər çox sayda texniki mövcud. Qida təhlükəsizliyinin torpağı yaxşı vəziyyətdə saxlamağa bağlı olduğu düşünüldüyündə, uzun vəd edə bu problemə həll gətirilməsi mümkün. Ancaq bunun planet üzərində yaşayan bütün insanların faydalanması adına ədalətli bir şəkildə edilib edilməyəcəyi, bu an üçün cavablandırılması çətin bir sual.
 

Dünyanın ən böyük beş problemi

5. Həddindən artıq əhali artımı
Dünya əhalisi sürətli şəkildə artmağa davam edir. XX əsrə 1.6 milyonla daxil olsn dünya əhalisi bu gün 6.5 milyardı keçməkdədir. Təxmini hüsablamalara görə, 2050-ci ildə bu rəqəm 10 milyarda çatılacağını gözlənilir. Dünya əhalisinin bu şəkildə davamlı artımı qlobal problemlə üz-üzədir: bu artım getdikcə, başda su olmaqla həyati əhəmiyyət daşıyan təbii qaynaqlar üzərinə daha da böyük bir təzyiqə yol açır. Ən böyük əhali artımı Afrika qitəsi, Cənub və Şərq Asiyada reallaşır.
Araşdırmalara görə, qadınların dünyaya uşaq gətirmə ehtiyacını öz arzularına buraxmaqla və onların təhsil, həmçinin ictimai fəallıqlarını yüksəltməklə bu artımı nizamlamaq mümkün olacaqdır.
Qeyd: Yazı türkcədən tərcümə edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz