» » Nəsimi rayonunda “Məktəb bağları” layihəsi çərçivəsində növbəti iməcilik keçirilib

Nəsimi rayonunda “Məktəb bağları” layihəsi çərçivəsində növbəti iməcilik keçirilib

Nəsimi rayonunda “Məktəb bağları” layihəsi çərçivəsində növbəti iməcilik keçirilib

Son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılır. Bu işlərin bariz nümunələrindən biri kimi Nəsimi rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməciliklərin keçirilməsini göstərmək olar. IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilmiş "Yaşıl marafon ” layihəsi çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da çoxlu sayda ağaclar əkilib, yeni-yeni yaşıllıq zolaqları salınıb.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılan "Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən növbəti iməcilik təşkil edilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən xəbərə görə, aprelin 22-də rayonun 5 saylı tam orta məktəbin həyətində "Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilib, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilib.
"Məktəb bağları” layihəsi ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühüm töhfələr verəcək. Layihə çərçivəsində aprel ayı ərzində ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulub. Layihənin keçirilməsində əsas məqsəd məktəblilər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasından ibarətdir.
İməcilik zamanı bir sıra yaşayış binalarının həyətlərində, binaların qarşısındakı, məhəllələr arasındakı ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş ümumi istifadə üçün olan torpaq sahələri, yollar və keçidlər, kortəbii çəpərlənmiş sahələr, yöndəmsiz dəmir konstruksiyadan quraşdırılmış qanunsuz tikililər sökülüb, ağaclar budanıb, ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılıb, mövcud yaşıllıqlara qulluq göstərilib.
Abadlıq, quruculuq və yaşıllaşdırma işləri digər ərazilərdə də davam etdirilib və ərazidən 100 maşından artıq məişət tullantısı daşınıb.
Məhəllələrdə aparılan abadlıq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar görülən işləri yüksək qiymətləndirərək davamlı olmasını xahiş ediblər.
Hazırda Nəsimi rayonunda yaşayış massivlərinin abadlaşdırılması, həyət və məhəllələrin ümumi istifadə üçün yararlı vəziyyətə salınması istiqamətində ardıcıl tədbirlər görülür, iməciliklər keçirilir, qanunsuz konstruksiyalar yığışdırılır, zəbt olunmuş sahələrdən zibillər daşınır, antisanitar vəziyyət aradan qaldırılır.
İməcilik zamanı 1000 dən artıq ağac əkilib, əvvəl əkilmiş 3000 ədəd ağaca qulluq göstərilib.

Nəsimi rayonunda “Məktəb bağları” layihəsi çərçivəsində növbəti iməcilik keçirilib

Nəsimi rayonunda “Məktəb bağları” layihəsi çərçivəsində növbəti iməcilik keçirilib

Nəsimi rayonunda “Məktəb bağları” layihəsi çərçivəsində növbəti iməcilik keçirilib

Mənbə:http://azertag.az/xeber/Nesimi_rayonunda_Mekteb_baglari_layihesi_cherchivesinde_novbeti_imecilik_kechirilib

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz