» » “Zəlzələ zamanı davranış qaydaları” layihəsi davam edir

“Zəlzələ zamanı davranış qaydaları” layihəsi davam edir

Müəllif: Anaveusaq.az от 8-04-2017, 12:12
“Zəlzələ zamanı davranış qaydaları” layihəsi davam edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Zəlzələ zamanı davranış qaydaları” layihəsi davam edir.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti tədbir Suraxanı rayonu 232 saylı tam orta məktəbin şagirdləri üçün keçirilib. Tədbirdə RSXM-in əməkdaşları - Afaq Ağazadə və Məhin Məmmədli məktəblilərə zəlzələ, onların baş vermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları haqqında ətraflı məlumat veriblər. Mərkəzin əməkdaşları, həmçinin məktəb şagirdlərinin suallarını da cavablandırıblar.
Silsilə tədbirlər davam etdiriləcək.

“Zəlzələ zamanı davranış qaydaları” layihəsi davam edir

Mənbə:http://azertag.az/xeber/Zelzele_zamani_davranis_qaydalari_layihesi_davam_edir-1049329

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz