» » Evkalipt meşəsinin havası

Evkalipt meşəsinin havası

Müəllif: Anaveusaq.az от 4-04-2017, 00:30

Son illərədək qrip dərmanlarının təbliği üçün belə bir reklamdan istifadə olunurdu:

"-Nəyə görə koala zökəm olmur?

-Ona görə ki, evkalipt meşəsində yaşayır”.

Əslində burada maraqlı bir hikmət var. Məsələ burasındadır ki, evkalipt meşəsinin havası qrip xəstəliyinin yaranmasına imkan vermir. Təsadüfi deyil ki, evkalipt yağı farmakologiyada qrip xəstəliyinə qarşı istifadə olunan "İnqolen” dərmanının əsas tərkib hissəsini təşkil edir.

AZƏRTAC xəbər verir ki, ağacın ən mühüm xüsusiyyətlərindən biri fitonsid xassəyə malik olmasıdır. Evkaliptin çox qiymətli bəzək və dərman bitkisi kimi qəbul olunması təkcə bununla bağlı deyil.

Dünyanın ən nəhəng ağaclarından biri hesab olunan evkaliptin hündürlüyü bəzi yerlərdə 100 metrə çatır. Buna baxmayaraq, onun yarpaqları yerə perpendikulyar dayandığına görə kölgəsi olmur. Bataqlıq və gölməçələri qurutmaq lazım gəldiyi yerlərə evkalipt ağacı əkirlər, çünki suyu tez buxarlandıraraq qurudur. Xüsusilə malyariya təhlükəsi olan yerlərdə onun əkilməsi daha səmərəlidir.

Evkaliptin efir yağından dermatologiya və kosmetikada geniş istifadə edilir. Səpgilərə qarşı, saç tökülməsi və başda kəpək olanda, dəridə yanıq və yara zamanı tez sağalmağa və dərinin sürətlə regenerasiyasına kömək edir. Onun yağı fizioterapiyada yuxarı nəfəs yollarının müalicəsində inhalyasiya vasitəsi kimi tətbiq edilir. Yağından alınan maz vasitəsi ilə bədən masaj olunanda oynaqlardakı duzlar yox olur. Yağının tərkibində geraniol, sitronellol və limonen olduğunu nəzərə alaraq ətriyyatda ondan yüksək keyfiyyətli ətirlər hazırlanır. Ağacın efir yağından hazırlanan emulsiya dizenteriya, difteriya, streptokok və stafilokok çöplərinə qarşı məhvedici təsir göstərir.

Evkalipt ağacının gövdəsindən gəmiqayırma sənayesində istifadə olunur, kökündən rəngləyici maddələr alınır. Qabığı aşı maddəsi kimi kağız emalında faydalı vasitədir.

Evkalipt meşəsinin havası

Mənbə:http://azertag.az/xeber/Evkalipt_mesesinin_havasi-1048033

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz