» » Zooparklar bağlanılmalımı, qorunmalımı?

Zooparklar bağlanılmalımı, qorunmalımı?

Təbiət və ətraf şüuru inkişaf etdikcə, bundan 30 -40 il əvvəl heç gündəmdə olmayan təbiətə bağlı bəzi məsələlər, artıq ciddi bir şəkildə müzakirə olmağa başladı. Bunlardan biri də zooparklar ilə bağlıdır.
Bu gün zooparklar haqqında cəmiyyətdə mövcud olan fikirlər birmənalı deyildir ; bir qrup insan zooparkların zooparkların heyvan həbsxanası olduğu fikrini irəli sürür və onların qapadılmasına çağırır. Digər bir qrup sə əksinə, nəsli kəsilməkdə olan növlərin qorunması məqsədilə zooparkların qalmasını məqsədəuyğun hesab edir.
1978-ci ildə UNESCO tərəfindən elan edilən " Heyvan Haqları Universal Bəyannaməsi ''nə görə bütün heyvanlar həyat haqqına sahibdirlər. Zərurət olmadan bir heyvanın öldürülməsi həyata qarşı cinayətdir. Heç bir heyvana pis davranılamaz, mərhəmətsiz və qəddar hərəkət edilə bilməz. Bir heyvanın öldürülməsi zəruri olsa, belə halda da, heyvanı qorxutmaq, işgəncə vermək olmaz. Heyvanlar üzərində acı çəkdirən təcrübələr etmək də heyvan hüquqlarına ziddir.
"Heyvan Haqqları Universal Bəyannaməsi" çərçivəsində zooparkları dəyərləndirək.
1. Heyvanlar üçün olan bu bağlar(zooparklar) qalmalı deyənlərin əsas arqumenti "növlərin qorunması" dır . Bundan 65 milyon il əvvəl meteor çarpması dinozavrların yox olması ilə nəticələnmişdir. Ondan əvvəl də təxminən növlərin çox böyük sayının yox olmasını şərtləndirən təbii anomaliyalar baş verdi.
Amma bu gün dünyada nə meteor çarpır, nə yeni bir buz dövrü başlayıb, nə də "Yellowstone” super vulkanı partladı. İndiki vaxtda növlər insanlarla bağlı səbəblərdən yox olur.

A) Həyat sahələrinin yox olması ...
İnsan, əhalisi və istehlakı artdıqca digər növlərin həyat sahələrinə doğru irəliləməsi genişlənir. Şəhərlər, yollar, tarlalar, fabriklər, anbarlar heyvanların həyat sahəsini davamlı daraldır. Bəslənmək üçün kafi qaynaq tapa bilməyən canlıların əhalisi da sürətlə azalır.
B) Ovlanma ...
Ovlanma bəzən qida təmini üçün, bəzən zərər görən tarlaları və heyvan sürülərini qorumaq üçün, bəzən də kürk, fil dişi və s. fantastik insan zövqlərini qarşılamaq üçün edilmiş və hələ də edilməkdədir. Üstəlik elə böyük ölçülərdə ovlanılmaqda ki, sırf bu səbəblə soyu tükənmə mərhələsinə gələn bir çox heyvan növü var. Ancaq heyvanların ovlanmalarının daha bir səbəbi daha var: zooparkların özünü heyvan əti ilə təmin etmək ...
C) Ətraf mühitin çirkliliyi ...
Dənizlər, çaylar, atmosfer ağılınıza hara gəlirsə insanlar tərəfindən sürətlə çirkləndirilir. Ya atmosferə atılan istixana qazlarla, ya çaylara, dənizlərə buraxılan kimyəvi tullantılar səbəbiylə ... Məsələn, Qara dənizin 30 metr altında oksigen və bu səbəbdən həyat qalmamış. Sırf sənayenin dənizə saldığı tullantılar səbəbiylə

2. Zooparklar bağlanılmalı deyənlərin arqumentləri isə özündə bir çox elmi, fəlsəfi və əxlaqi iddia saxlayır. Məsələn, onların arqumentlərunə baxaq:
A) Heyvanlar azad deyil ...
İnsanlar, ümumiyyətlə, heyvanların ağıllı və duyğulu olmadığını düşünür. Bu baxış və düşüncə ilə onları qəfəsə salanda bədbəxt olacaqlarını ağıllarına belə gətirmirlər. Əksinə, hətta tam tərsinə, guya onları vəhşi həyatın çətinliklərindən, bəlkə də ölməkdən xilas etdik və sanki bir lütf olduğumuzu düşünürük. Halbuki bu, gerçək deyil. Heyvanlar ağıllıdır və duyğuları vardır. Sevirlər, hirslənirlər, xoşbəxt , bədbəxt ola bilərlər. Zooparklarda onları qəfəslərə məhkum etmək əxlaqi deyil. Niyə onlar azad təbiət üçün doğulubsa, məhbuslar kimi yaşamalıdır, qəfəslərdə yaşamalıdır, onları təbiətdən ayırıb azadlıqlarını məhdudlaşdırırlar? Cinayətləri nə?
B) Heyvanlar üçün kafi bir həyat sahəsi yoxdur ...
Yabanı heyvanlar davamlı hərəkət halındadırlar və həyatlarını davam etdirə bilmələri üçün, növlərinə görə müəyyən bir coğrafi sahəyə ehtiyac duyarlar. Məsələn, zooparklarda həyat sahələri ortalama olaraq bir aslan üçün 18.000 qat, bir qütb ayısı üçünsə 1.000.000 qat daha kiçikdir.


C) Heyvanlar zooparklarda öldürülür ...

PETA-nın (Heyvanlara Etik müalicə üçün mübarizə edən Təşkilatı) məlumatlarına görə yalnız Avropadakı heyvan bağçalarında hər il 5 min- 7 min 500 heyvan, çoxluq və ya maliyyə imkansızlıqları səbəbiylə öldürülür. Məsələn, Danimarkada iki zürafənin eyni qəfəsdə yaşamasının mümkün olmadığı səbəbiylə uşaqların gözü qarşısında öməhv edərək aslanlara yedirilmişidir. Danimarkada, yenə başqa bir heyvanat bağçasında, eyni səbəblə başqa bir zürafə daha qətl edildi. Çox açıq bir şəkildə görünür ki, bu cür öldürmələr zooparklar üçün artıq tipik haldır ...
Danimarka heyvanat bağçaları dünya standartlarına görə olduqca yaxşı vəziyyətdədir ... Onda Asiyada, Afrikada olanları düşünün.

D. Heyvanlara pis rəftar edilir ...
Zooparklarda heyvanların döyülmə halları var, cəzalandırılma olaraq aç da saxlayırlar. Minimal baxım xərcləri yüksək olduğu üçün onlara minimal olaraq da baxılmır. Məsələn, İndoneziyadakı Surabaya zooparkı konkret bir nümunədir. Digər heyvanat bağçaları də bu qədər önə çıxmasa belə, Surabaya zooparkında məhum olan heyvanlardan daha günahsız deyil. Budur, Surabaya zooparkında heyvanların həyatı:

F)Heyvan bağçalarında heyvanlar daha az yaşayır ...
Ümumiyyətlə, bəzi insanlar heyvanların zooparklarda, heyvan parklarında xəstəliklərdən və təbiətin şiddətindən uzaqda, daha uzun müddət yaşadıqlarını düşünülər. Ancaq bu, doğru deyil. Həyat sahələrinin darlığı, pis qidalanma, pis rəftar heyvanların həyat müddətini getdikcə qısaltmaqdadır. Məsələn, vəhşi Afrika filləri zooparkda yaşayan fillərdən 3 qat daha uzun yaşayır.
E) Heyvanlar təbii mühitlərində qorunmalıdırlar ....
Heyvanat bağçaları bağlanılmalı deyənlərin ən əhəmiyyətli arqumentlərindən biri də budur. Çünki heyvanat bağçalarında heyvanların baxımı çox maliyyə tələb edir. Halbuki, onları təbii mühitlərində qorumaq mümkündür. Ovlanma qadağan edilməsi / məhdudlaşdırılması və müəyyən coğrafi sahələrin qorumanması belə qoruma üçün kafi olacaqdır


Qeyd: Türkcədən tərcümə edilmişdir, müəyyən ixtisarla verili (bax:https://dogayakacis.com/2014/12/24/hayvanat-bahceleri-kapatilmali-mi-korunmali-mi/ )

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz