» » Təbiətin gizli simmetriyası

Təbiətin gizli simmetriyası


Təbiətin o qədər sirlərlə dolu ki, insan bütün ömrü boyu öyrənsə, mövcud olanlar bu sirlərin yalnız bir hissəsi olacaq. Nədir bu sirlər və ya onlardan ancaq bu yazıda haqqında danışmaq istədiklərimiz? Kortəbii heç nə ola bilməz, əlbəttə. Yaradanın sənəti bənzərsiz və intəhasızdır.
Heç ağaclarda, onların yarpaqlarında, çiçəklərində olan simmetriya diqqətinizi cəlb edibmi? İnsan bəzən bunları etmək üçün almaq üçün xüsusi mexanizmlər və texnologiyalar hazırlamalıdır. Amma təbiətdə belə bənzərsiz nümunələr saysız-hesabsızdır.
Yarpaqların hamısının düzülüşündə gizli bir simmetriya var, biz heç vaxt bunlara fikir vermirik, budaqlarda yarpaqların düzümünü də, yarpaqların özlərinin quruluşunu da kortəbii bir nizam kimi qəbul edirik. Halbuki bütün bitki və ağaclardakı budaqlar və onlarda acan yarpaqlar gizli bir simmetiyaya malikdirlər və sanki hardan başlayıb hardan keçəcəkləri, harda tamamlanacaqları özlərinin həndəsəsinə əsasən müəyyənləşmişdir.
Beləcə, təbiətdə mövcud olan hər bitkinin özünəməxsus budaq və yarpaq düzümü vardır. Elmi və alimləri heyrətə salan isə ən əsası budur ki, dünyanın ayrı-ayrı çox müxtəlif tərəflərində becərilən eyni bir ağacın ölçü və düzülüşləri sanki aralarında razılaşdırılıb və yaxırd bunlar eyni nizama tabedirlər.
Bəzi ağaclardakı yarpaq dizilim dərəcələrini belə sıralaya bilərik:
Yarpaqlar qaraağaç və cökə kimi ağaclarda 1/2, qayın, qoz-fındıq və böyürtkən kimi ağaclarda 1/3, albalı və alma kimi meyvə ağaclarında 2/5, gül, qovaq, söyüd və armud kimi ağaclarda 3/8, badam ağacında isə 5 / 13 nisbətinə görə düzülməkdədir. Şübhəsiz ki, burada çox təsiredici bir həndəsi plan və riyazi bir hesab mövcuddur. Dünya üzərində hər hara gedirsinizsə- gedin, nümunə verdiyimiz ağaclardakı bu nisbət, heç bir şəkildə dəyişməyəcək.
Yarpaqlar "Fibonaççi ədədləri”nə (Fibanoççi ədədləri arasında nisbət 1,618- dir. O, qədim misirlilər tərəfindən tapılmış və Pifaqor ondan riyaziyyatda istifadə etmişdir. Bu, tamın iki qeyri-bərabər, lakin proporsional hissələrə bölmənin nəticəsidir. Vaxtı ilə bunu "ilahə proporsiya", "qızıl bölgü", adlandırmışlar, sonra isə Leonardo da Vinçi proporsiyanı ifadə etmək üçün ümumi qəbul edilmiş termin – "qızıl kəsik"dən istifadə etmişdir. O vaxtdan bu proporsiya bir çox təbii hadisələrdə tapılmışdır: bədənimizin quruluşunda, botanikada, kvant mexanikası proseslərində və s. bizim zəmanədə qızıl kesik olmaz praktiki fəaliyyətdə istifadə olunur, riyaziyyatda, texnikada, musiqidə, estetikada və s. geniş elmi tətbiqini tapmışdır. İnsanın inkişafı da həmçinin bu proporsiyaya müvafiq baş verir, həyatımızı yaradıcılıq mexanizminin bu və ya digər dominantaları ilə mərhələlərə bölərək onun ədədlərinin qanununa tabe olur. Fibonaççi ədədləri bizim həyatımızı yaşadığımız illərin sayı üzrə mərhələlərə bölür:
• 0 – sayın başlanğıcı – uşaq doğulur. Hələ onun nəinki psixomotorikası, düşüncəsi, hissləri, təsəvvürü, həm də operativ enerji potensialı da yoxdur.
O – yeni həyatın, yeni harmoniyanın başlanğıcıdır;
• 1 – uşaq gəzməyə başlayır və yaxın ətrafı mənimsəyir;
• 2 – nitqi başa düşür və söz göstərişlərindən istifadə edərək hərəkət edir;
• 3 – söz vasitəsilə hərəkət edir, suallar verir;
• 5 – "zəriflik yaşı" - psixomotorikanın, yaddaşın, təsəvvürün və hisslərin ahəngi. Bunlar uşağa aləmi bütövlükdə əhatə etməyə imkan verir;
• 8 – hisslər ön plana keçir. Bu, təsəvvürdür, təqdiqi qüvvə ilə düşünmə isə həyatın daxili və xarici ahənglərinin saxlanması yönəlmişdir;
• 13 – Öz istedadını inkişaf etdirməklə varislik prosesində əldə edilmiş materiala yönəldilmiş istedad mexanizmi işə düşür;
• 21 – yaradıcılıq mexanizmi ahəngdarlıq vəziyyətinə yaxınlaşmışdır və istedadlı iş görməyə cəhdlər edilir;
• 34 – düşüncə, hisslər, təsəvvür və psixomotorikanın ahəngi: dahi iş qabiliyyəti yaranır;
• 55 – bu yaşda ruhun və bədənin ahəngi saxlanmaq şərtilə insan yaratmağa hazırdır.
Heç bir yarpaq digərini gölgələmədiyindən, bütün yarpaqlar günəş işığından və havadan bərabər olaraq faydalana bilir.
Hər yarpaq maksimum nisbətdə yağış suyunu tuta və bu səbəblə də yarpaqlardan gələn su gövdədən aşağı doğru axaraq kökə qədər gələ bilməkdədir.
Eyni növə aid hər ağacın qızıl nisbətdən xəbərdar olub, öz cinsi üçün müəyyənləşdirilmiş nisbətə uyğun gəlməsi böyük bir möcüzədir. Məsələn, bir banan ağacı bu nisbəti haradan bilir və bu nisbətə necə uya bilər? Bu hesaba görə, hər banan ağacının ətrafında bir yarpaqdan başlayıb 8 dəfə dövr etdiyinizdə, eyni xəttdəki digər yarpağa rast gələcəksiniz. Və bu dövrələr arasında 3 yarpaqla qarşılaşacaqsınız. Cənubi Afrikadan Latın Amerikaya qədər hara gedirsinizsə- gedin, bu nisbət heç pozulmayacaqdır. Yalnız belə bir yarpaq düzülüş nisbətinin olması belə canlıların təsadüfən meydana gəlmədiklərini, qüsursuz və son dərəcə kompleks bir nisbət, hesab və sistemlə yaradıldıqlarını göstərən əhəmiyyətli dəlillərdən biridir. Təkamülçülər bunu bildikləri üçün bu qədər mükəmməl simmetriyanı əsla mənasız mutasiyalarla açıqlayamayacaqlarını bilirlər.
Qeyd: Yazı vikepediyadan tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz