» » Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay Dövlət Təbiət Qoruğu

Müəllif: Esmira m от 29-10-2014, 18:00
Saçın yolan, xan çinarlar,
Boynun bükmə, can çinarlar.
Səni ağlar qoyan düşmən
 Tökəcəkdi qan, çinarlar!

 

Bəsitçay Dövlət Təbiət Qoruğu


Avropada ən böyük çinar meşəliyi Zəngilan rayonunun ərazisində yerləşirdi. Zəngilan rayonunun Mincivan qəsəbəsində Araz çayının sol sahilində "Ocaq çinar” deyilən, müqəddəs tutulan bir çinar ağacı var. Deyilənə görə, tarixən yadelli düşmənlərə qarşı döyüşdə, bu ağacın yaxınlığında min nəfərə qədər gənc şəhid olmuşdur. Mincivan adı da şəhid olmuş "min cavan” sözü ilə bağlıdır.
Zəngilanlıların hər zaman fəxr etdikləri, bu gün isə həsrəti ilə yaşadıqları Çinar meşəsindən danışmazdan əvvəl qeyd etmək lazımdır ki, tarixi çox qədim olan bu meşələr Kaynazoy erasının 3-cü dövrünün yadigarı sayılır. Çinar ağacı 800-1000 ilədək yaşayır. Respublikamızda çinar təbii meşəlik halında Bəsitçay boyu geniş sahədə bitir. Bəsitçay qoruğunda çinar ağaclarının boyu 35-10 metr, diametri 80-100 santimetrə çatır. Burada diametri 300 santimetr olan çinarlara da təsadüf olunur.

Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay Dövlət Təbiət Qoruğu


Bəsitçay hövzəsində böyük bir ərazidə təbii çinar mеşəsi mövcuddur. Akadеmik Həsən Əliyеvin təşəbbüsü ilə nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə 1974-cü ilin iyulundan Bəsitçay Dövlət Təbiət qoruğuna çevrilən meşə 107 hektardan artıq ərazini əhatə edir, sahəsinin böyüklüyünə görə Avropada birinci, dünyada ikinci yeri tuturdu. Ümumiyyətlə, dünyada çinarların 8 növü var. Azərbaycanda yabanı və ya yabanılaşmış halda onların bir növü – Şərq çinarı və ya barmaqyarpaqlı çinar növü yayılmışdır. Ümumiyyətlə, bu növ çinarlara təbii meşə halında Yer kürəsinin üç yerində - Türkiyədə (Anadoluda), Azərbaycanda (Zəngilanda) və Aralıq dənizi sahillərində rast gəlinir. . Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı "Qırmızı Kitabı"a yazılmışdır.
Qoruq Zəngilan rayonunda Kiçik Qafqaz dağlarının cənubi-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edir.
Qoruğun ərazisi ilkin mərhələdə 117 hektar təsdiq olunmuşdu. Lakin sonralar, 1980-ci ildə heç bir əsaslı səbəb olmadan qoruq ərazisi 10 hektar azaldılmış, 107 hektara endirilmişdir. Qoruğa məxsus olan 107 hektardan 100 hektarını meşə, 7 hektarını isə qumluqlar, daş yığınları təşkil edir. Hazırda Bəsitçay Dövlət Təbiət qoruğu ərazisinə görə respublikamızın qoruqlarının ən kiçiyidir.
Bəsitçay Dövlət Təbiət qoruğunun uzunluğu 15 kilometrə, eni isə bəzi yerlərdə 150-200 metrə çatır. Qoruq Ermənistanın Qafan və Azərbaycanın Zəngilan rayonunun dövlət meşə fondu torpaqları ilə həmsərhəd idi. Qoruq dəniz səviyyəsindən 600-800 metr hündürlükdə, əsasən dağlıq ərazidə yerləşir.
 

Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay Dövlət Təbiət Qoruğu

[img]http://anaveusaq.az/uploads/posts/2016-10/1477681071_5.jpg[img]


Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağaclar, yemişan, itburnu, murdarça, qaratikan, və s. kollar inkişaf edir.Çinar ağaclarının orta yaşı 170 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir. Lakin, əsl nəhəng - yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 m qədər olan ağaclara da rast gəlmək olar.
Qоruqda bitən çinarlar həm еninə, həm də dərininə yaхşı kök atdığı üçün çох güclü küləyə, dağ sеlinə davamlıdır. Bu çinar ağacları yaхşı tikinti və mеbеl matеrialı kimi çох qiymətlidir. Оnun оduncağı möhkəm və yüngül оlub qоnur rənglidir.
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanmışdır.
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət qoruğu çinarlarının yaratdığı iqlim şəraiti vərəm viruslarını 19 saniyə ərzində məhv edir. Bəlkə də bunun nəticəsidir ki, 1980-ci ildən 1990-cı ilədək bu regionda vərəmə tutulanların sayı cəmi 34 nəfər olub.
Bəsitçay dövlət təbiət qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir.
Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.
 

Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay Dövlət Təbiət Qoruğu


Bəsitçay dövlət təbiət qoruğu Ermənistan ordusunun işğalı altındadır və qoruq məhv edilməkdədir. Bəsitçayın əsas təbiət kompleksi sayılan 200 illik tarixə malik çinar ağacları qəddarcasına kökündən çıxarılaraq məişətdə istifadə edilir. Hazırda 42 hektar Çinar meşəsi ermənilər tərəfindən vəhşicəsinə qırılıb. Amma azğın, mənfur düşmənlər bilməlidir ki, nə qədər ağacları qırsalar belə, onların kökləri çox dərin qatlara gedir və həmin kökləri yox edə bilməyəcəklər. Ümidvarıq və inanırıq ki, tezliklə torpaqlarımızı qaytara biləcəyik.

Bəsitçay Dövlət Təbiət Qoruğu

Bəsitçay Dövlət Təbiət Qoruğu


  Mənbə: Vikipediya
Hazırladı: Esmira

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz