» » 9-10 may tarixləri Dünya Köçəri Quşlar Günü

9-10 may tarixləri Dünya Köçəri Quşlar Günü

Müəllif: Vüsal от 9-05-2017, 00:25
9-10 may tarixləri   Dünya Köçəri Quşlar Günü

2006-ci ildən bütün dünyadakı həyat sahələrinin qorunmasına diqqət çəkmək üçün 9-10 may tarixləri Dünya Köçəri Quşlar Günü kimi qeyd olunur. Bu gün hər il müəyyən devizlə keçirilir. Məsələn, 2015-ci ildə Dünya Köçəri Quşlar Gününün devizi "Quşlar üçün zərər verməyən enerji istehsalı" olmuşdur. araq təyin olundu. Proqram çərçivəsində ekologiya və təbiətsevərlərin könüllü birlikləri məktəblərdə bərpa olunan enerji istehsalı, "Quşlar üçün zərər verməyən enerji istehsalı", "Təbiət və Ətraf mühitin qorunması” kimi mövzularda seminarlar, söhbətlər aprılır. Dünya əhalisinin getdikcə artması və rifahın yüksəlməsi səbəbi ilə insanların enerji istifadəsi də sürətlə artır. Qaz, neft, kömür kimi tükənə enerjilərin bərpası problemdir və bəzi hallarda mümkünsüzdür.

9-10 may tarixləri   Dünya Köçəri Quşlar Günü

Odur ki, bu məqsədlə dünyada alternativ enerji mənbələri kəşfi, istfadəyə verilməsi günün mövzususdur. Təbii enerji yataqlarının olduqca məhdud miqdarda olduğu üçün insanlar alternativ enerji qaynaqlarına yiyələnməyə səy edirlər. Bərpa olunan enerji qaynağı təbiətin öz təkamülü içində bir sonrakı gün eyni ilə mövcud ola bilən enerji qaynağı olaraq təyin olunmaqdadır. Bərpa olunan enerji qaynaqlarının ən böyük xüsusiyyətləri, karbon emissiyasının(çıxarmaq, yaymaq, ixrac etmək, dövriyyəyə salmaq) azaldılması yolu ilə ətraf mühitin qorunmasına köməkçi olmaları, yerli qaynaqlar olduqları üçün enerjidə xaricə asılılığın azalmasına və məşğulluğun artmasına iştirak etmələridir. İnsan sağlamlığı, təbiət və ətraf hər şeydən üstün tutulmalıdır. Təbiətə qurulan enerji stansiyaları, ətrafındakı bütün canlıları təsir edir, o cümlədən quşları köçməyə məcbur etməkdədir. Bu isə köç edilən sahədə ətraf mühitin tarazlığını pozmaqdadır. Xüsusilə külək enerjisi quşlar üçün böyük təhlükədir. Bu enerji hər gün minlərlə quşun ölümünə, yaralanmasına səbəb olmaqdadır. Külək stansiyaları qurularkən heyvanlar üçün böyük bir təhlükə meydana gətirər. Hər gün minlərlə quş və yarasa stansiyadakı mühərriklərin qanadlarına çırpılaraq ölürlər. Quş ölümlərinin olmaması üçün bu stansiyalar qurularkən köç yolları üzərində qurulmaması diqqətdən, məramdan yayınmamalıdır.

9-10 may tarixləri   Dünya Köçəri Quşlar Günü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz