» » Xəbərdarlıq: Havanın temperaturu 7-10 dərəcə düşəcək

Xəbərdarlıq: Havanın temperaturu 7-10 dərəcə düşəcək

Müəllif: Dəyanət от 13-12-2016, 00:35
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə enəcək. Yollar buz bağlayacaq.

Xəbərdarlıq: Havanın temperaturu 7-10 dərəcə düşəcək

Mənbə: http://azertag.az/xeber/Xeberdarliq_Havanin_temperaturu_7_10_derece_dusecek-1018458 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz