» » Tarixdə bu gün - 12 dekabr

Tarixdə bu gün - 12 dekabr

Müəllif: Dəyanət от 12-12-2016, 00:00
12 dekabr

İlin 346-cı günü (uzun illərdə 347-ci)
İlin sonuna 19 gün qalır.

Mühün hadisələr:

1915 — Almaniya konstruktoru Hüqo Yunkers metaldan olan ilk təyyarəni havaya qaldırmağa müvəffəq olmuşdur.
1945 — Cənubi Azərbaycanda Milli Hökumət elan olunmuşdur.
1991 — Pakistan Azərbaycanın müstəqilliyini tanımışdır.
1992 — Azərbaycanın ilk səfiri etimadnaməsini İranın xarici işlər naziri Əli Əkbər Vilayətiyə təqdim etmişdir.
1999 — Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirilmişdir.
2002 — Metronun "Həzi Aslanov" stansiyası istismara verilmişdir.

Tarixdə bu gün - 12 dekabr

Doğumlar:

 

Tarixdə bu gün - 12 dekabr1926 – Məşhur aşıq-şair, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Əlipənah Ələsgər oğlu Pənahov Salyanda doğulmuşdur.
26 avqust 1978-ci ildə 52 yaşında vəfat etmişdir.
Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir.
2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında haqqında film çəkilmişdir.
1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir. "Qəhrəman şah Nəcəf", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. dastanları məclislərdə məharətlə ifa edirdi. Aşıq Pənah 2 dastanının ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifidir.
Aşıq Pənahın yaradıcılığında gəraylılar və qoşmalar əsas yer tutur. Onun gəraylı və qoşmaları özündə vətənpərvərlik, əməksevərlik, təbiətə, yurda bağlılıq, yüksək insani keyfiyyətlər, şair-aşığa layiq olan mühüm keyfiyyətlər ifadə olunur. Onun gəraylılarından «Dilbər», «İnciyər», "Vurulmuşam", "Bizim qızlar", "Ana Kürüm", qoşmalarından isə "Desin", "Uşaqlar", "De danış", "Aşiqin", "Bu yanda dur", "Gördüm" və s. adlarını çəkmək olar. Onun "Dilbər" gəraylısında məhəbbət hissləri, aşiqin öz yarından imdad istəməsi və təbiət təsviri mühüm yer tutur. "Ana Kürüm" gəraylısında isə Kür çayının gözəlliyi əks olunur. Aşıq Pənah bu çayın vurğunudur. Onu öz anası ilə eyni tutub "Ana Kürüm" deyə adlandırır. Bu çayın Abşerondan keçdiyini, Bakıya gəlib çatdığını əks etdirir. "Bu yanda dur" qoşmasında müəllif uzaqda duran yarını bu yana səsləməsi, yarının çatma qaşlarından, baxışlarının, gülüşlərinin tərənnümü, nazını az etməsini xahişi, saç və tellərinin saz simləri ilə müqayisəsi, sevgilisinə heç kəsin tay ola bilməməsi haqqında danışır. "Gördüm" qoşmasında isə əsasən vətənin tərənnümü verilir. Qəhrəman oğul, qızların əməksevərliyi, Naxçıvan, Qarabağ, Mil, Muğan ümumiyyətlə Azərbaycana heç yerdə tay görməməsini, onu cənnətə bənzətməsi, vətən torpağının üstündə onun tarixinin olması, Koroğlu ilə müqayisəsi əks olunur.

1928 — Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov anadan olub (1928-2008). Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Böyük yazıçının "Gün var əsrə bərabər” romanı, "Əlvida, Gülsarı!”, "Dəniz kənarı ilə qaçan Alabaş”, "Ağ gəmi” və "Cəmilə” povestləri indi də oxucular tərəfindən sevə-sevə oxunur. 1990-1994-cü illərdə Ç.Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub. 2008-ci il iyunun 10-da Almaniyanın Nürnberq şəhərində müalicə olunduğu klinikada vəfat edib.

Tarixdə bu gün - 12 dekabr

1939 – Azərbaycanın Əməkdar incəsənət xadimi kinorejissor Fikrət Əliyev 1939-cu ildə Bakı şəhərində anadan olub.1966-cı ildə M.A.Əliyev adına ADİİ-nun aktyorluq fakültəsini, 1972-ci ildə Moskvada ÜDKİ-nun iki illik ali ssenari və rejissorluq kurslarını bitirib. 1966-cı ildən ömrünün sonunadək "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. O, "Yuxu”, "Axırıncı dayanacaq”, "Ölüm növbəsi” və s. filmlərdə rejissorluq etmişdir. Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Fikrət Əliyev 8 mart 2016-cı ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir. Rejissor Əmircan qəbiristanlığında oğlunun məzarı yanında torpağa tapşırılmışdır.
Rejissorun 1 qız və 3 oğlan övladı olmuşdur.
Oğlu, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışan 1973-cü il təvəllüdlü Rəşad Əliyev 2016-cı ildə 42 yaşında vəfat etmişdir.

Tarixdə bu gün - 12 dekabr
 
1979 — Məşhur bəstəkar, müğənni, biznesmen Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var. . Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır.

Vəfat etmişdir:

2003Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti (1993-2003), xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyev vəfat edib.
Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir.
1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır.
 
Tarixdə bu gün - 12 dekabr
Zəngin bir həyat yolu keçən H.Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğına etiraz əlaməti olaraq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı Mixail Qorbaçovun ikiüzlü siyasətinə etiraz olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olub. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqın böyük sevgisini qazanan Ulu Öndər 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə ikinci dəfə Prezident seçilib.
 
2002 — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruz 70 yaşında Bakıda vəfat etmişdir.
Tarixdə bu gün - 12 dekabrCabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya -Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.
1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. 
Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
 

2007 — Azərbaycanın Xalq yazıçısı Hüseyn Abbaszadə  85 yaşında vəfat etmişdir. 

Tarixdə bu gün - 12 dekabrHüseyn Abbaszadə 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir.

Əmək fəaliyyətinə "Pioner” jurnalında şöbə müdiri, məsul katib kimi başlayan Hüseyn Abbaszadə 1958-1964-cü illərdə "Göyərçin” jurnalı redaksiyasında məsul katib, 1964-1966-cı illərdə baş redaktor, 1966-1971-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin, 1972-1975-ci illərdə isə yenidən "Göyərçin” jurnalının baş redaktoru olmuşdur. O, 1975-1991-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır.

Yazıçının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş "General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.

Hüseyn Abbaszadənin dövrümüzün müxtəlif mərhələlərinin bədii mənzərəsini canlandıran və insanlarımızın zəngin mənəviyyatını tərənnüm edən hekayələri, povest və romanları oxucular tərəfindən daim rəğbətlə qarşılanmış, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması işində mühüm rol oynamışdır.

 

Tarixdə bu gün - 12 dekabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz