» » Tarixdə bu gün - 3 dekabr

Tarixdə bu gün - 3 dekabr

Müəllif: Vüsal от 3-12-2016, 00:01
 
3 dekabr

İlin 337-ci günü (uzun illərdə 338-ci)
 İlin sonuna 28 gün qalır.

Mühüm hadisələr:

1966 — "Naməlum əsgər"in cənazəsinin qalıqları Moskvada Kreml divarları yanında dəfn edilmişdir.
1967 — Keyptaunda tibb tarixində ilk dəfə olaraq ürək köçürülməsi əməliyyatı aparılmışdır. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı gənc xanımın ürəyini 55 yaşlı xəstəyə köçürmüşdür.
1984 — Hindistanda kimya zavodunda qəza nəticəsində 18.000 nəfər həlak olmuşdur.
1988 — Azadlıq meydanına 17 noyabrdan yığılmış mitinqçilərə meydanı boşaltmaq əmri vermişdir. Dekabrın 4-nə keçən gecə hərbçilər zorla meydanı boşaltmış, mitinq iştirakçılarını həbs etmişlər.
1994 — "Gürcüstan və Azərbaycan Dostluq evi" İctimai İttifaqı təsis olunmuşdur.
1996-cı il- ATƏT-in Lissabon (Portuqaliya) sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə bəyanat qəbul olunub. Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Nəticədə kritik vəziyyətdən çıxış yolu kimi həmin müddəalar ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi bəyanatı şəklində qəbul edildi.
Tarixdə bu gün - 3 dekabr
2008  - Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında "Bakı bəyannaməsi” qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında Avropa ilə yanaşı, müsəlman ölkələri də iştirak edib.

Doğum günləri:

Tarixdə bu gün - 3 dekabr1995 - Azərbaycan Silahlı Qüvvələrinin giziri Nirlan Bayram oğlu Əsgərov Masallı rayonunun Kalinovka kəndində anadan olub.
Gizir Nurlan Əsgərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.
Aprelin 5-i isə Nurlan Əsgərov doğulduğu Masallı rayonunun Kalinovka kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı.
Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Əsgərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Nurlan Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Tarixdə bu gün - 3 dekabr1953 — Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı şəhərindəki 46 saylı orta məktəbi bitirmişdir. Elə həmin il SSRİ Müdafiə Nazirliyinun Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1975-ci ildə təhsilini başa vuraraq, təyinatla Primorsk vilayətindəki hərbi hissələrin birində rota komandiri kimi fəaliyyətə başlamışdır.
1986-cı ildə SSRİ Müdafiə Nazirliyinin Frunze adına Hərbi Akademiyasına daxil olmuş, 1989-cu ildə oranı bitirdikdən sonra podpolkovnik rütbəsində Ukraynanın Luqansk şəhərində yerləşən hərbi hissələrdən birinə qərargah rəisi təyin edilmişdir.
1990-cı il 20 yanvar hadisələrindən sonra Vətənə qayıtmışdır. Əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat şöbəsinin rəisi, 1992-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini təyin edilmişdir. 1992-ci ildə Goranboy rayonunda əməliyyatlara bilavasitə rəhbərlik etmiş, uğurlu əməliyyatlar keçirmişdir.
1992-ci il iyunun 13-də Ağdərə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Qobustan rayonundakı Sündü kənd orta məktəbi onun adını daşıyır : qəhrəmanımız əslən həmin kənddəndir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 3 dekabr1953- İlk azərbaycanlı musiqişünas qadın, Azərbaycanın Əməkdar incəsənət xadimi Xurşid Həsən bəy qızı Ağayeva 47 yaşında Bakıda vəfat etmişdir.
Xurşid Həsən bəy qızı Ağayeva 20 aprel 1906-cı ildə anadan olmuşdur.
Xurşid Ağayeva 1918-1920-ci illərdə Azərbaycan Respublikası Parlamentinin ilk sədrinin birinci müavini olmuş Həsən bəy Ağayevin qızıdır. O, 1930-cu ildə isə musiqiçi müəllimlərin Moskva ixtisasartırma İnstitutuna oxumağa göndərilmişdir. Xurşid xanım musiqi nəzəriyyəsi və tarixi üzrə tədris kitablarının Azərbaycan dilinə tərcüməsi üzərində işləmişdir.
1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir.
O, 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru vəzifəsində çalışmışdır.
Xurşid Ağayeva eyni zamanda "XIX əsrdə Azərbaycan musiqi mədəniyyəti ocaqları" (ölümü ilə əlaqədar tamamlanmamışdır) əsərinin müəllifidir.
Görkəmli göz həkimi Bahadur Eyvazovun həyat yoldaşı idi.
Musiqişünas Xurşid Abdullayevanın nənəsi, Xarici Dillər universitetinin müəllimi Sevda Pepinovanın anasıdır.

1990 - Azərbaycan uzunömürlüsü Mahmud Bağır oğlu Eyvazov Lerik rayonunun Pirəsora kəndində anadan olub.
Tarixdə bu gün - 3 dekabrMahmud Eyvazova 1956-cı ildə SSRİ poçt markası həsr olunmuşdur. Həmin il Mahmud babanın qızının 120 yaşı tamam olmuşdur.
Mahmud Eyvazov 1960-cı il 3 dekabrda 152 yaşında Lerik rayonunun Pirəsora kəndində vəfat edib[2].
1996 - Görkəmli Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR Xalq artisti 72 yaşında Bakıda vəfat etmuşdir.
Həyatda da yaratdığı obrazlar kimi çılğın və səmimi insan idi. Bəlkə, ona görə də çox vaxt deyirdilər ki, Məlik müəllim ekranda, səhnədə elə öz obrazını yaradır.
Məlik Dadaşov Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub idi. Teatrda onlarla obraza səhnə həyatı vermişdi, elə kinoda da yaddaqalan, maraqlı rollar yaratmışdı. Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda anadan olmnmuşdur.
1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt səhnəmizdə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi olaraq yaşayacaqdır.

Bayramlar və xüsusi günlər:

3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.
Beynəlxalq Əlillər Günü 1992-ci ildə  təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində davamlı addımlar atılır. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş "Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.
Tarixdə bu gün - 3 dekabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz