Tarixdə bu gün - 1 dekabr
1 dekabr
İlin 335-ci günü(uzun illərdə 336-cı gün).
İlin sonuna 30 gün qalır.
Mühüm hadisələr:
Toponimin sonundakı "zur” türk dilində "dərə”, "yarğan”
mənasında işlənən car (>zar>zur -İ.B) sözünün fonetik variantıdır.
Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat
bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda
Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin
kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi.
Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv.
versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə
Ermənistana verilmişdir.
1943 —Üç müttəfiq dövlət başçılarının - SSRİ (İosif Stalin), ABŞ
(Franklin Ruzvelt) və Böyük Britaniya (Uinston Çerçil), Tehran konfransı
başlayır.
1959 — İmzalanan Antarktika haqqında müqavilyə əsasən Antarktikadan hər
hansı hərbi məqsəd üçün istifadə qadağan edilir.
2009 — Avropa Birliyində Lissobon müqaviləsi qüvvəyə minmişdir.
Doğum günləri:
1946 — Bəstəkar Azər İsmayıl oğlu Dadaşov anadan olmuşdur.
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən olan Azər Dadaşov görkəmli bəstəkar Qara Qarayevin tələbəsi olub. O, zəngin yaradıcılıq axtarışları ilə musiqimizin
inkişafına, təbliğinə mühüm töhfələr verib. Bəstəkar 10 simfoniyanın, neçə-neçə digər janrlarda yazılmış musiqi əsərinin, o cümlədən 20-dən çox filmə yazılmış bəstənin müəllifidir.
Bəstəkjarın kinofilmlərə bəstələdiyi musiqilərdən əsasən "Şahid qız" (1990), "Yuxu" (1994), "Özgə vaxt" (1996). "Yanmış evin nağılı" dram tamaşasına musiqi /müəllif – A.Həsənoğlu/ (1992) adlarının qeyd edə bilərik
2001-ci ildə "Humay" mükafatı almışdır.
27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.
1957 — Şair, nasir, jurnalist, 1998-ci ildən Azarbaycan Yazıçılar
Birliyinin üzvü Şükürov Kəramət Rza oğlu Masallı rayonunun Göyçöl kəndində
anadan olmuşdur.
Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır.
1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışmış, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olmuşdur. Bir müddət "Novruz", "Oğuz eli" qəzetlərində əməkdaşlıq etmişdir. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olmuşdur.
Hazırda "Ədəbiyyat naminə" qəzetinin baş redaktorudur.
Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunmuşdur.
Vəfat etmişdir:
1940 — Azərbaycan aktyoru, pedaqoq, dramaturq, bir sıra birpərdəli
pyeslərin, vodevillərin və musiqili komediyaların müəllifi, rejissor, Azərbaycan SSR-nin Əməkdar artisti Mirmahmud Kazımovski vəfat etmişdir.
Mirmahmud Kazımovski 1906-cı ildə yaradılmış Bakı Müsəlman teatrının ilk üzvlərindən biri və təşkilatçısı olmuşdur.
Mirmahmur Kazımovski 1882-ci ildə Bakıda anadan olmuşdur.
Professional teatr xadimilərinin ilk nəslinə mənsub olan bu fədakar ziyalı zəngin və şərəfli yaradıcılıq yolu keçmiş, 1938-ci ildə respublikanın Əməkdar artisti adına layiq görülmüşdür. 1897-ci ildən səhnəyə qədəm qoymuş, 58 illik ömrünün 42 ilini milli teatrımızın inkişafına həsr etmiş Mirmahmud Kazımovski 1906-cı ildə yaradılmış Bakı Müsəlman Teatrının ilk üzvlərindən biri və təşkilatçısı olmuşdur.
XX əsrin əvvəllərindən Mirmahmud Kazımovski peşəkar artist kimi tanınmağa başlamış, Qoqolun "Müfəttiş”ində Filippoviç, Nəcəf bəy Vəzirovun "Pəhləvani Zəmanə” əsərində Cahangir bəy, Şəmsəddin Saminin "Gavə” əsərində zabit və kəndli rollarında, "Müsibəti-Fəxrəddin” əsərində Əhməd rolunda, eyni zamanda, bir sıra Qərbi Avropa dramaturqlarının tamaşalarında uğurla çıxış etmişdir. Şekspirin "Otello” faciəsi onun yaradıcılığında xüsusi yer tutmuşdur. Mirmahmud Kazımovskinin milli teatr tariximizdə xidmətlərindən biri də Azərbaycan qadınlarının səhnəyə gələ bilmədikləri bir dövrdə onları məharətlə əvəz etməsi olmuşdur.
Mirmahmud Kazımovski sovet dövründə aktyorluqla yanaşı, pedaqoqluq da etmiş, dramaturgiya ilə də məşğul olmuşdur. O, teatr sahəsində Ə.Haqverdiyev, H.Cavid, S.S.Axundov, C.Məmmədquluzadə, Cəfər Cabbarlı kimi görkəmli simalarla əməkdaşlıq etmişdir. Azərbaycan kinosu sahəsində də rejissor kimi fədakarlıqla çalışan Mirmahmud Kazımovski adını "Neft və milyonlar səltənətində”, "Bismillah”, "Bakılılar”, "Kəndlilər”, "Sovqat” filmlərinin tarixçəsinə yazmışdır.
Atasının sənət yolunu, həmin nəslin professisonallıq ənənəsini ləyaqətlə davam etdirən oğul Rauf Kazımovskinin adı isə Azərbaycan milli efir və ekran yaradıcılığı tarixinə görkəmli radio və ilk televiziya rejissoru kimi yazılmışdır. Onun radio üçün hazırladığı "O olmasın, bu olsun” tamaşası "Qızıl fond”a daxil olmuş, televiziyada quruluş verdiyi "Leyli və Məcnun” tamaşası ilə bu şöhrətli əsər ilk dəfə kütləvi auditoriyaya çıxarılmışdır. Rauf Kazımovskinin çəkdiyi 7 film Azərbaycan kino sənətində yeni bir yön açmışdır. Onun yaradıcılığının çiçəklənən vaxtında – 48 yaşında dünyasını dəyişməsi formalaşmaqda olan milli televiziya rejissorluğu sahəsində ciddi itki sayılmışdır.
Mirmahmud Kazımovski üzdəniraq adamların günahı üzündən bir müddət teatrdan
uzaqlaşdırılmışdı. Həmin dövrdə hər gün səhərlər onu teatr binasının ətrafına
üç dəfə dolanan görənlər sənət ocağını hədsiz məhəbbətlə sevən bu fədakar
insanın qarşısında baş əyirdilər.
Görkəmli sənətşünas Cəfər Cəfərov Mirmahmud Kazımovski haqqında yazır:
"Teatrda əsasən o adamlar qalır ki, onların adı hər bir zaman teatr
aləmində çəkilir. Mirmahmud Kazımovski məhz belə insanlardandır".
2001 — Məşhur azərbaycanlı heykəltəraş, Xalq rəssamı Cəlal Məhərrəm oğlu Qaryağdı 86 yaşında vəfat etmişdir.
Cəlal Qaryağdı 1915-ci ildə Şuşa şəhərində anadan olmuşdur.
Azərbaycan Rəssamlıq
Texnikumunda (1928-1932) və Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935)
oxumuşdur. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi
karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində
işləmişdir. Heykəltəraşlığın müxtəlif janrlarında əsərləri var.
Monumental-dekorativ heykəltəraşlıq onun yaradıcılığında əsas yer tutur. Əsərləri
üçün obrazların yığcamlığı və milli kolorit səciyyəvidir.
Cəlal Qaryağdı Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə, həmçinin medallarla təltif edilmişdir.
Əsərləri:
Moskvada Ümumittifaq kənd təsərrüfatı sərgisinin Azərbaycan pavilyonu üçün kənd təsərrüfatı mövzusunda yaratdığı barelyeflər (1939)
Samur-Dəvəçi kanalının kənarında qoyulmuş "Kolxozçu" fiquru (1939)
Bakıda Nizami muzeyinin qərb fasadının lojasında M. P. Vaqifin heykəli (1939-1940)
Sovet İttifaqı Qəhrəmanları A. Quliyevin büstü (1945) və İ. Məmmədovun barelyefi (1944)
Nizaminin "Xosrov və Şirin" poemasının motivləri əsasında "Fərhad Bisütun dağını yararkən" barelyefi (1947)
Sovet İttifaqı Qəhrəmanları H. Aslanov (1948-1949; ikinçi variantı 1961) büstportreti
Ö. Qəniyeva (1948) büstportreti
X. B. Natəvan (1949) və başqalarının büstportretləri
Bakıda N. Nərimanovun heykəli (tunç, qranit, 1966-1968; 1972-ci ildə açılışı olmuşdur)
M. Ə. Sabirin heykəli (tunç, qranit, 1958)
M. Ə. Sabirin (1962), Q. Qarayevin (1963), F. Əmirovun (1964) büstləri
S. Vurğunun qəbirüstü abidəsi (1966), heykəli (1966, Qazax)
Akademik Y. H. Məmmədəliyevin abidəsi (1977, Ordubad)
"Tarzən", "Kamançaçı","Xanəndə" (hamısı 1967) fiqurları və s.
2004 — Azərbaycan teatr və kino aktyoru, Xalq artisti Muxtar Avşarov vəfat etmişdir.
Muxtar Həsən oğlu Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olmuşdur. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən

Bir müddətdən sonra onu Gəncə Dövlət Dram Teatrına dəvət etmişlər. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M. Avşarov sonralar Səməd Vurğunun "Vaqif" pyesində Zülfüqar, Cəfər Cabbarlının "Nəsrəddin şah", "Yaşar", "1905-ci ildə", "Almaz" əsərləri ilə səhnəyə çıxmışdır.
1960-cı ildə M. Avşarov respublikanın əməkdar artisti fəxri adına layiq görülür.
1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışmış, yüzlərlə tamaşada müхtəlif хarakterli obrazlar yaratmışdır.
M. Avşarov 1989-cu ildə "yenidənqurma" dövrünün qərarlarına uyğun olaraq "60 yaşından yuхarı olan adamlar işdən azad olmalıdır" qərarı ilə işdən azad oulnur. 1992-ci ildə хalq artisti Amaliya Pənahova özünün Bakı Bələdiyyə Teatrını yaradır və qocaman aktyor Muxtar Avşarovu həmin teatra dəvət edir. Teatrda işlədiyi müddətdə "Nadir şah" (Nəriman Nərimanov), "Dönüş" (Cəfər Cabbarlı) və bir çox tamaşalarda maraqlı, rəngarəng obrazlar qalereyası yaradır. 1996-cı ildə Mədəniyyət Fondu nəzdində "Sönməyən ulduzlar" teatrı fəaliyyətə başlayır və bu teatrda rejissor işləyən Məmmədkamal Kazımov M. Avşarovu həmin teatra dəvət edir. "Solğun çiçəklər" (Cəfər Cabbarlı) pyesindəki Əbdül əmi rolu ona həvalə olunur.
2002-ci ildə Muxtar Avşarov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, daha sonra Xalq artisti fəxri adına layiq görülmüşdür.
2004-cü ilin dekabr ayında sənət dünyasının korifeyi, xalq artisti Muxtar Həsən oğlu Avşarov əbədi olaraq dünyasını dəyişir. Sevindirici haldır ki, qanlı tariхin keşməkeşlərini, ölkə və millətimizin başına gətirilən əzab, əziyyət, işgəncələrini qan yaddaşına həkk edərək böyük bir zaman kəsiyində müstəqil ölkəmizin azad vətəndaşlarına çatdıran aktyor bu gün də tamaşaçıların qəlbində əbədi yaşamaqdadır.
2004 — Böyük şair, tərcüməçi, publisist, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi, Azərbaycan Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycanın Xalq şairi Məmməd Araz (İbrahimov Məmməd İnfil oğlu)haqq dünyasına qovuşmuşdur.
Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyiinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatındabaş redaktorun müavini olmuşdur.
1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş
redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə
rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının "İstiqlal”
ordeni bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri
Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli
mükafatın laureatıdır.
1993-cü ildən onun .adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur
Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası
Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının Teymur Əliyev küçəsi Məmməd
Arazın adını daşıyır.
Oxşar postlar:
- Oxunub: 2 124
- Şərhlər: 0
- Bölmə: Tarixdə Bu Gün
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( I yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
Mənim Tanrım gözəllikdir, sevgidir
Yağışın yaratdığı əsrarəngiz lövhələr
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Həqiqi demokrat olmayanlar demokratiya adından danışa bilməzlər
İnsanlığa qarşı həqarət işlətmiş ölkə - Belçika
Yazarlar