» » "Sən elə bir zirvəsən"

"Sən elə bir zirvəsən"

 

"Sən elə bir zirvəsən"

 

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olduğu gündür. Bir insanın doğum gününü çox yaxınları bilər, bir də kimsə bununla bağlı bir rəsmi sənəd, yazılı məlumatla qarşılaşarsa. Burada heç bir borc vəzifə, öhdəlik yoxdur. Amma xalqların, dövlətlərin, torpaqların tarixində elə şəxsiyyətlər olur ki, onların həyatı özü bir tarix olur: hər zaman, hər yerdə xatırlanmağa layiqdir. Heydər Əliyev də belə şəxsiyyətlərdən biridir.

 Heydər Əliyevin məşhur kəlamları:

Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərlə bağlamaq olmaz.
Xalq dövlət üçün, dövlət xalq üçün olmalıdır.
Tarix həmişə hər şeyi öz yerinə qoyur.
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.
Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyətli hər bir adama lazımdır.
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır.
Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünəməxsus yerini tapmalıdır.
Gərək nəbzin, Vətənin nəbzi ilə vursun.
Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə tədricən gedir.

"Sən elə bir zirvəsən"

Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa insan mənəviyyatsızdır.
Heç kim əbədi qalib ola bilməz.
Kim ki biliyindən, bacarığından artıq iddialar edir, o həmişə məğlub olur.
Ədalətsizliklə ədalətliyi bərpa etmək olmaz.
İqtisadiyyatı güclü olan dövlət, hər şeyə qadirdir.
Öz ana dilini bilməyən adamlar şikəst adamlardır.
Ağıl olan yerdə zora ehtiyac yoxdur.
Rüşvətxorluq bizi içimizdən yeyir.
Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir.
Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır.
Tarix heç nəyi silmir.
Müstəqillik yolu qədər çətin yol yoxdur.
Dövlət – xalqın işi olmalıdır.
Mədəniyyət – bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir.
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək.
Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.
Xalq gərək daim öz kökünü xatırlasın.
Mən həmişə fəxr etmişəm, elə indidə fəxr edirəm ki, MƏN AZƏRBAYCANLIYAM!

"Sən elə bir zirvəsən"

 

Gözlərində açılır bu millətin səhəri,
Sənin adınla bağlı bu xalqın hər zəfəri.
Qədəmin dəyən yerdə səhralar da gül açır,
Gülüstana çevrilir yurdun kəndi, şəhəri.

Günəş doğur elə bil, harda çəkilir adın,
Dosta fəxarət gəlir, gözü kor olur yadın.
Azərbaycan deyəndə səni düşünürük biz,
Azadlığa inamı xalqa sən bağışladın.

Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Dünənim, bu günümsən, səninlədir gələcək.
Nə qədər Azərbaycan, nə qədər bu millət var,
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!
Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək!

Sən bu çətin zamanda gücümüz, qüvvətimiz,
Sən bizim bu dünyada ən böyük sərvətimiz.
Millətin imzası var imzaların içində,
Sənə halaldır- halal, ülvi məhəbbətimiz....
 

"Sən elə bir zirvəsən"

 

"Sən elə bir zirvəsən" 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz