» » Tarixdə bu gün - 3 noyabr

Tarixdə bu gün - 3 noyabr

Müəllif: Vüsal от 3-11-2016, 00:05
 
3 noyabr

İlin 307-ci günü
İlin sonuna 58 gün qalır.

Mühüm hadisələr:

1928 — Türkiyə ərəb qrafikli əlifbadan latın qrafikli əlifbaya keçmişdir.

1996 — Türkiyənin tarixində dərin iz buraxan "Susurluq qəzası" baş vermişdir.

Vəfat etmişdir:

Tarixdə bu gün - 3 noyabr2003 Tanınmış avar şairi, yazıçısı, publisist, siyasi xadim Rəsul Həmzət oğlu Həmzətov 80 yaşında vəfat etmişdir.

 

Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində  şair Sadasa Həmzətin ailəsində dünyaya göz açmışdır. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olmuşdur. Rəsul Həmzətov özünün ilk şerini 10 yaşında yazmışdır. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmuşdur.

1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunur. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxumuşdur.

 İlk şeirlər kitabı 1947-ci  ildə işıq üzü görmüşdür.

Rəsul Həmzətovun bir çox şeirlərinə mahnılar bəstələnib. Onun şeirləri bir çox Dağıstan, Qafqaz və Rusiya bəstəkarlarının diqqətini cəlb etmişdir. Yan Frenkel, Oskar Felsman, Polad Bülbüloğlu, Raymond Pauls, Yuri Antonov, Qotfrid Hasanov, Sergey Ağababov, Murad Kajlayev, Şirvani Çalayev və başqa bəstəkarlar Həmzətovla sıx əməkdaşlıq etmişdilər. Həmin mahnılardan Anna Herman, Qalina Vışnevskaya, Müslüm Maqomayev, Mark Bernes, İosif Kabzon, Valeri Leontyev, Sergey Zaxarov, Sofiya Rotaru, Rəşid Behbudov, Vaxtanq Kikabidze, Sergey Ağababov, Maqomad Ömərov kimi bir çox məşhur müğənnilər və artistlər istifadə etmişdilər.

Rəsul Həmzətov Dağıstan Xalq Şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına, eləcə də Lenin mükafatı, Rusiya və SSRİ Dövlət Mükafatı, "XX əsrin ən yaxşı şairi" beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos mükafatına layiq görülüb. O həmçinin Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev, Şoloxov, Lermontov, Fadeyev, Süleyman Stalski və Sadasa Həmzət adına mükafların laureatıdır.

60 illik bayramını təzəcə böyük təntənə ilə qeyd etmiş Dağıstanın məğrur oğlu Rəsul Həmzətov da həmin məclisə dəvət olunmuşdu.

O, özü ilə buraya doğma avar xalqının məhəbbətini, səxavətini, nəcabətini gətirmişdi. Şairlər bir-bir çıxış etdilər. Söz Rəsul Həmzətova veriləndə o, bir an susur. Elə bil nə oxuyacağı yadından çıxmışdı. Sonra o, əllərini göyə qaldırıb məğrur səslə şerini oxuyur. Böyük sovet şairi bütün dünyanı düşündürən ən vacib, ən humanist bir məsələyə – sülh, əmin amanlıq, səadət məsələlərinə həsr edilmiş şeirini inamla, qəzəblə, ümidlə oxuyur. O, Amerika taleyində qara bir ləkə olan, Xerosima faciəsi üçün qəzəblə od tutub yanan misralarını atəşli toxumlar kimi salonda oturanların ürəyinə səpələyir. Atəşli toxumlardan hər ürəkdə müharibəyə qarşı alovlu qəzəb cücərdi, boy atdı, sülhə, əmin-amanlığa inam yaratdı. Rəsul şeirini bitirib yerinə oturanda bütün salon alqışlar içində ayağa durmuşdu. Hamı onu ürəkdən alqışlayırdı. O, bura toplaşanların hamısının ümid və arzusunu ifadə etmişdi.

Dünya poeziya yarışının[münsiflər heyəti birinci yeri Rəsul Həmzətova verəndə və qələbə çələngini onun başına qoyanda salondakılar yenə də ayağa durub onu salamladılar. Sovet şairləri arasında yer kürəsinin birinci şairi seçilmək ilk dəfə ona qismət oldu.

Rəsul Həmzətov Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub. O, özünün nə qədər müdrik şeirlərini Azərbaycana həsr etmişdir. Bakıya, neftçilərə, dəniz şəhərimizə və özü "böyük ustadım" deyə çağırdığı Səməd Vurğuna. Rəsul Həmzətov hər dəfə Bakıya gələndə elə vağzaldan, yaxud hava limanından maşınını birbaşa Fəxri xiyabana sürdürərdi, əlində tər çiçəklər böyük ustadın məzarına yaxınlaşardı. Sirli sükut içində onunla danışıb söhbət edər, ondan sonra – oğulluq borcunu yerinə yetirmiş sənətkar asta, yorğun addımlarla mehmanxanaya yollanardı. Rəsulun şeirlərinin bir hissəsini Azərbaycan dilinə Tofiq Bayram tərcümə edib.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz