» » Tarixdə bu gün - 30 oktyabr

Tarixdə bu gün - 30 oktyabr

Müəllif: Vüsal от 30-10-2016, 09:00
30 oktyabr

İlin 303-cü günü
İlin sonuna 62 gün qalır.

Mühüm hadisələr:

1905 — İlk dəfə aspirin dərmanı satışa çıxarılmışdır.


Tarixdə bu gün - 30 oktyabr


 

1918 — Türkiyə ilə Antanta arasında Mudros sülh müqaviləsi imzalanıb. Müqaviləyə görə Türkiyə Qafqazdakı qoşunu geri çəkməli oldu.
 

Tarixdə bu gün - 30 oktyabr


1960 — İlk böyrək transplantasiyası Londonda həyata keçirilib.

1961 — SSRİ Yeni Torpaq adasında ilk hidrogen bombası sınağını (tarixdə ən güclü) keçirib.

1967 — Tarixdə ilk dəfə 2 kosmik gəmi ("Kosmos -186 və "Kosmos- 188") açıq fəzada birləşmişdir.

1974 — Məhəmməd Əli boks üzrə dünya çempionu olub.

1993 — "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti təsis edilib.
 
 Doğum günləri:
 
1907 - Unudulmaz  jurnalist, tərcüməçi, Azərbaycan Jurnalistlər İttifaqının ilk sədri Adil Ələddin oğlu Əfəndiyev ( Adil Nəcdət) anadan olmuşdur.
Adil Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-Tarixdə bu gün - 30 oktyabrcü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925-1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939-1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954-1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964-1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972-1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur.
Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur. A.S. Puşkin nəşrinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur. ("Belkinin hekayələri", 1929-cu il).
1920-1930-cu illərdə "Adil Nəcdət" təxəllüsü altında mətbuatda şeirlər dərc etdirmişdir. 1925-ci ildən "Qızıl gələmlər" İttifaqının katiblərindən biri, 1927-ci ildən isə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü olmuşdur. 1940-1946-cı illərdə nəşr edilən rusça – Azərbaycanca dörd illik və 1956-1959-cu illərdə nəşr edilən iki cildlik lüğətlərin tərtibçisi və redaktoru olmuşdur. 1930-cu ildə nəşr olunmuş "Azərbaycan türk xalq ləhçələri lüğətinin" yaranmasında iştirak etmişdir.
"Azərbaycan SSR xalq maarif əlaçısı" adlarına layiq görülmüşdür.
"Azərbaycan SSR Əməkdar mədəniyyət xadimi" fəxri adını ilk alanlardan biri olmuşdur.
1973-cü ildə Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn  olunmuşdur.


Bayramlar və xüsusi günlər:

 


Beynəlxalq Siyasi Məhbuslar Günü


Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz