» » Tarixdə bu gün - 29 oktyabr

Tarixdə bu gün - 29 oktyabr

Müəllif: Dəyanət от 29-10-2017, 00:00
 
29 oktyabr 

İlin 302-ci günü
İlin sonuna 63 gün qalır.

Mühüm hadisələr:

1863 - İsveçrəli Anri Dünan Qızıl Xaç təşkilatını qurmuşdur.
 

Tarixdə bu gün - 29 oktyabr


 1888 - İstanbulda Süveyş kanalı haqqında saziş imzalanmışdır.
 1923 - Türkiyə Cümhuriyyəti elan edilmiş və Mustafa Kamal paşa onun ilk prezidenti seçilmişdir.
1923 - Bibiheybətdə neftçıxarmada ilk dəfə olaraq dərinlik nasosu quyusu işə salınmışdır.
1924 - Fransa SSRİ-ni tanımışdır.
 1955 - Sevastopolda sovet "Novorossiysk" xətt gəmisinin batması nəticəsində 604 nəfər həlak olmuşdur.
 1961 - Suriya Birləşmiş Ərəb Respublikasının tərkibindən çıxmışdır.
1993 - Zəngilan rayonu Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.
 1998 - Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri haqqında Ankara Bəyannaməsini imzalamışlar.

 

Tarixdə bu gün - 29 oktyabr 

 

 2002 - Mozilla Firefox-un ilk versiyası təqdim edilmişdir.

Doğumlar:

Tarixdə bu gün - 29 oktyabr1937 -  Azərbaycanın Xalq artisti,  dirijor Rauf Abdullayev  Qubadlı rayonunda  anadan olmuşdur
 1959-cu ildə Ü. Hacıbəyov adına Аzərbаycаn Dövlət Kоnservаtоriyаsını və 1965-ci ildə Leninqrаd Dövlət Kоnservаtоriyаsını dirijоrluq ixtiusası üzrə bitirmişdir.
1965-1984 illərdə M.F.Ахundоv аdına Аzərbаycаn Dövlət Оperа və Bаlet Teаtrının bаş dirijоru, 70-ci illərdə Müаsir Musiqi Kаmerа Оrkestrinin və "BаKаRа" аnsаmblının yаrаdıcılаrındаn biri, 1984-cü ildən Ü. Hаcıbəyоv аdına Аzərbаycаn Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və bаş dirijоru, 1991-1994 illərdə Аnkаrа Dövlət Оperа və Bаlet Teаtrının bədii rəhbəri və bаş dirijоru, beynəlхаlq əhəmiyyətli musiqi festivаllаrının və layihələrin iştirаkçısı оlmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çох ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kоllektivlərə dirijоrluq etmişdir. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.

 

Tarixdə bu gün - 29 oktyabr 1941 —  Görkəmli  teatr və kino aktyoru,  Xalq artisti, "Qızıl dərviş" mükafatı laureatı   Ağaxan Əli oğlu Salmanlı ildə Suraxanıda anadan olub.

1949-1959-cu illərdə orta məktəbdə təhsil alıb. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), Xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə  və 6 may 2015-ci ildə  Prezident Mükafatına layiq görülmüşdür.

10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.

6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

 

Tarixdə bu gün - 29 oktyabr1947 – Dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 Yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist Mirzə Xəzər (Mirzə Mikayılov Kərim oğlu) Göyçay şəhərində anadan olmuşdur.
Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.
Mirzə Xəzər 1976-1985-ci illərdə "Azadlıq" radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür. 1985-1987 Vaşinqtonda "Amerikanın Səsi" radiostansiyasının Azərbaycan bölməsinin müdiri işləmişdir. 1987-ci ilin fevral ayında Almaniyanın Münxen şəhərinə qayıtmış və 1987-2003-cü illər ərzində "Azadlıq" radiosunun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləmişdir.
Mirzə Xəzər İsveçin paytaxtı Stokholmdakı Bibliya Tərcümə İnstitutunun sifarişi ilə "Bibliya"nı – 1975-1984-ci illərdə "Əhdi-Ətiq” (Tövrat) və "Əhdi-Cədid”i (İncil) Azərbaycan dilinə tərcümə etmişdir . "Əhd-i Cədid” (İncil) Mirzə Xəzərin tərcüməsində ilk dəfə 1982-ci ildə Zaqrebdə nəşr edilmişdir.
"Bibliya"nın Azərbaycan dilində ilk tərcüməsi 1842-ci ilə aiddir. 1842-ci ildə İsveçrənin Bazel şəhərindəki missioner cəmiyyəti Mirzə Fərrux və Feliks Zarembanın tərcüməsində İncilin (Əhdi Cədid) bir kitabı olan Mattanın İncilini Londonda çap etmişdir. 1878-ci ildə İncil (Əhdi-Cədid) tam şəkildə tərcümə edilmiş və Londonda nəşr olunmuşdur. 1975-ci ildə İsveçin paytaxtı Stokholmda yerləşən Bibliyanı Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərə müraciət edib, "Bibliya"nın müasir Azərbaycan dilinə yeni tərcüməsini hazırlamaq işini ona tapşırmışdır. 1982-ci ildə Bibliyanı Tərcümə İnstitutu (The İnstitute for Bible Translation) Mirzə Xəzərin tərcüməsində İncilin yeni tam mətnini Zaqreb şəhərində çap etdirib. Bu tərcümə sonrakı illərdə beş dəfə yenidən nəşr edilib. Mirzə Xəzərin tərcüməsi bu gün də Azərbaycanda istifadə olunur. Mirzə Xəzər "Əhdi-Ətiq"in ("Tövrat"ın) tərcüməsini 1984-cü ildə bitirib, lakin onun tərcüməsi indiyədək çap olunmadan qalır. İncilin yeni tərcüməsi 1998-ci ildə, "Tövrat"ın yeni tərcüməsi isə 2004-cü ildə çap edilib. Yeni tərcümələr Mirzə Xəzərin tərcüməsindən əhəmiyyətli dərəcədə fərqlənir.
Qurban Səidin alman dilində yazılmış "Əli və Nino” romanı ilk dəfə 1970-ci illərin əvvəlində Almaniyanın Münhen şəhərində M.Xəzər tərəfindən "Azadlıq” radiosunda qismən tərcümə olunub radio proqramı şəklində efirdə səsləndirilmişdir. O zaman əsər almancadan ingiliscəyə, ingiliscədən türkcəyə tərcümə olunmuşdu. Radiodakı tərcümə əsas etibarilə Türkiyə türkcəsindən dilimizə keçirilmişdir. 1989-cu ildə Azərbaycan Yazıçılar İttifaqının sədr müavini, "Azərbaycan” ədəbi-bədiii jurnalının baş redaktoru, yazıçı, mərhum Yusif Səmədoğlunun şəxsi xahişi əsasında "Əli və Nino” romanı tanınmış jurnalist və yazıçı Mirzə Xəzər tərəfindən almancadan tam olaraq tərcümə edilmişdir. Mirzə Xəzər əsərin Azərbaycan dilində olan mətnini 1989-cu ilin sentyabrında Hollandiyanın paytaxtı Amsterdamda Yusif Səmədoğluna təhvil vermişdir. Azərbaycanda siyasi vəziyyət gərginləşdiyi və sonradan Qara Yanvar faciəsi baş verdiyi üçün romanın çapı ləngidi. Nəhayət, 1990-cı ilin mart-aprel-may aylarında əsərin Mirzə Xəzərin tərcüməsində mətni "Azərbaycan” jurnalının 3 nömrəsində tam olaraq çap edildi. Mirzə Xəzərin tərcüməsində "Əli və Nino” romanı dəfələrlə nəşr edilmiş və indiyədək nəşr edilir, böyük maraqla Azərbaycanda oxunur. Romanın Azərbaycan dilinə tərcüməsi üçün Yusif Səmədoğlunun rəhbərlik etdiyi "Azərbaycan” jurnalının Mirzə Xəzərə qonorar olaraq verdiyi 5 000 sovet manatı Mirzə Xəzərin istəyi və verdiyi vəkalətnamə əsasında 1990-cı il Qara Yanvar günlərində həlak olan şəhidlərdən birinin ailəsinə verilmişdir.
2007-ci ilin mart ayında Mirzə Xəzərin tərcümə etdiyi "Əli və Nino” romanı əsasında ilk dəfə olaraq Bakıda virtual dekorasiyalı ritual faciənin premyerası oldu. Tamaşa həmin ilin ən yaxşı tamaşası kimi böyük anşlaqlarla keçmişdir.
SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı, mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq" radiosunun səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: "Yaxşı yadımdadır 20 Yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər -Yerə girmək üçün! Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 Yanvar gecəsi – Mirzə Xəzərin səsi – möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər – 20 Yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi". "Azadlıq"ın 20 yanvardakı ilk verilişi faciə haqqında həm Azərbaycan, həm də dünya ictimaiyyətini məlumatlandırdı. Etirazlar başladı, Qorbaçov Bakıda öz xəlvəti qanlı "sərgüzəştini" "uğurla" sona çatdıra bilmədi, Kreml ifşa olundu. Bu zərbədən sarsılan qəzəbli Kreml rəhbərliyi "Azadlıq" radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi.Yanvar verilişlərinə görə Mirzə Xəzər işlədiyi radioda güclü təzyiqlərə məruz qaldı. Onun 1990-cı ilin yanvarındakı fəaliyyətini araşdırmaq üçün Vaşinqtonda xüsusi komissiya yaradıldı. Təzyiqlər 2003-cü ilədək, Mirzə Xəzər "Azadlıq" radiosundan ayrılmağa məcbur olan günədək davam etdi.
Mirzə Xəzər 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib.
 
Vəfat etmişdir:
 

 Tarixdə bu gün - 29 oktyabr 1937 –  Rzaqulu Məşədi Ələkbər oğlu  Nəcəfоv repressiyanın qurbanı olub.

Rzaqulu Məşədi Ələkbər oğlu  Nəcəfоv  1884-cü ildə Naxçıvanda anadan olmuşdur.

Maarifçi ailəsində dоğulmuş, mükəmməl təhsil almış, ərəb, fars, rus və gürcü dillərini dərindən bilmişdir.

Öncə ruhani təhsili almış, sonralar Məhəmməd Tağı Sidqinin Naxçıvanda açdığı və o zamankı Naxçıvanın mədəni həyatında mühüm rol oynamış məşhur "Məktəbi-tərbiyə"də oxumuşdur. Culfa gömrükxanasında işləmiş, İran inqilabına (1905–1911) kömək etmişdir. 1912-ci ildə Tiflisə köçmüş, "Molla Nəsrəddin" jurnalına ikinci redaktor təyin edilmiş, Əliqulu Qəmküsarın köməkçisi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gürcüstanda Azərbaycan hökumətinin konsulu vəzifəsində çalışmışdır.

Sovet hakimiyyəti illərində "Yeni fikir" qəzetinin redaktor müavini, "Dan ulduzu" jurnalının redaktoru, "Molla Nəsrəddin" jurnalının müxbiri, Zaqafqaziya Yeni Əlifba Komitəsinin sədr müavini, Tiflis Türk (Azərbaycan) Dövlət Dram Teatrının direktoru olmuşdur.

20-ci əsrin 30-cu illərində Bakıya köçmüş, nəşriyyatda işləmişdir. Dövri mətbuatda müntəzəm olaraq, aktual problemlərə dair elmi, ciddi və satirik üslubda məqalələr, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir haqqında xatirələr dərc etdirmişdir.

Gürcüstanda yaşayıb yaratmış (XIX-XX əsrlər), jurnalistlik fəaliyyəti göstərmişdir. 1917-1922-ci illərdə Tiflisdə azəricə nəşr edilmiş həftəlik "Yeni fikir" qəzetinin təsisçilərindən və redaktоrlarından biri оlmuşdur.

İmzaları

Rzaqulu Nəcəfov "Mozalan", "Bir müsəlman", "Lağlağı", "N.R.", "R. Nəcəfzadə" və s. gizli imzaları ilə "Bürhani-tərəqqi" (1909), "Həqiqət" (1910), "Molla Nəsrəddin" (1913), "Maarif işçisi" (1927), "Dan yıldızı", "Yeni fikir" (1926), "Yeni Gəncə" (1925) nəşrlərində dərc olunmuşdur.

Azərbaycanın tanınmış maarifçi ziyalı soylarından biri olan Nəcəfovlardandır. Şair Əliqulu Qəmküsarın kiçik qardaşı, diplomat Nəcəfqulu Nəcəfovun əmisi oğludur.

Həyat yoldaşı Bilqeyis xanım Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm xanım Mehmandarovanın qızı, Azərbaycanın əməkdar artisti müğənni Cahan xanım Talışinskayanın böyük bacısı idi.

Akif və Ülxan adında iki oğlu olmuşdur. Nəvələri Sankt-Peterburqda (Rusiya) və Nyu-Yorkda (ABŞ) yaşayır.


Tarixdə bu gün - 29 oktyabr1991  — Azərbaycanın Milli Qəhrəmanı  Əsəd Soltan oğlu Əsədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

22 mart 1956-ci ildə Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur.

29 oktyabr 1991-ci il AN-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxdı. Xocalı aeroportunda ermənilərdən ibarət işçi qrupunu aeroportun texniki istismarından uzaqlaşdiran AZAL-ın əməkdaşları şərəfli missiyanı yerinə yetirib geriyə uçarkən təyyarə düşmən tərəfindən ALAZAN raketi ilə vuruldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.

Ailəli idi. Dörd övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Əsəd Soltan oğlu Əsədov ölümündən sonra   Azərbaycanın Milli Qəhrəmanı   adına layiq görülmüşdür.

Zəngilan rayonunda dəfn edilmişdir.

Zəngilan rayonu Turabad kənd orta məktəbi və Mincivan qəsəbəsindəki mərkəzi küçələrdən biri onun adını daşıyır.


Bayramlar və xüsusi günlər:

Bu gün Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir.

Tarixdən məlumdur ki, I Dünya savaşından sonra Antanta dövlətləri tərəfindən İstanbul, İzmir və digər Osmanlı torpaqlarının işğalı Türk Milli Hərəkatının ortaya çıxmasını şərtləndirib.

Çanaqqala savaşının qəhrəmanlarından olmuş Mustafa Kamal Atatürkün rəhbərliyi altında 19 may 1919-cu ildə Samsun hərəkatı ilə Qurtuluş Savaşı başlayıb. 18 sentyabr 1922-ci ildə bütün düşmən hərbi qüvvələri ölkədən qovulub.  24 iyul 1923-cü ildə imzalanan Lozanna sülh müqaviləsi ilə Türkiyə Cümhuriyyəti beynəlxalq səviyyədə tanınıb. 29 oktyabr 1923-cü ildə rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan edilib. Bununla əlaqədar hər il oktyabrın 29-u Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir. Mustafa Kamal Atatürk bu günü ən böyük bayram olaraq dəyərləndirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, dövlət və hökumət üzvləri, millət vəkilləri bayramla əlaqədar Atatürkün dəfn olunduğu Anıtqəbir Kompleksini ziyarət ediblər. Rəcəb Tayyib Ərdoğan xatirə dəftərinə yazıb ki, bu gün 94 il əvvəl bütün imkansızlıqlara baxmayaraq, böyük bir zəfərin meyvəsi olan Türkiyə Cümhuriyyətinin 94-cü ildönümü böyük qürur və coşqu ilə qeyd edilir: "Azadlığından, qürurundan vaz keçməyərək 94 il əvvəl Türkiyə Cümhuriyyətini elan edən millətimiz eyni iradəsini bu gün də davam etdirir. 15 iyul hərbi çevrilişinə qarşı ölkəmizin dörd bir yanında qəhrəmancasına göstərilən müqavimət 94 il əvvəl Qurtuluş Savaşının təcəssüm etmiş halı idi. Ölkə demokratiyasını, suverenliyini və müstəqilliyini hədəf alan xarici və daxili dairələr millətimizin cəsarəti və müqaviməti sahəsində bir daha məğlubiyyət uğrayıb. Ölkəmizi müasir mədəniyyətlər səviyyəsinə qaldıracağıq. Əziz şəhidlərimizi, başda Mustafa Kamal Atatürk olmaqla, bütün qazilərimizi rəhmət və şükranla yad edirik”.

 

Tarixdə bu gün - 29 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.