» » Tarixdə bu gün - 27 oktyabr

Tarixdə bu gün - 27 oktyabr

Müəllif: Vüsal от 27-10-2016, 00:11
27 oktyabr

İlin 300-cü günü
İlin sonuna 65 gün qalır.

Mühüm hadisələr:
1929 – Gürcüstanın azərbaycanlılar yaşayan Qarayazı bölgəsinin Dəmirçi Həsənli kəndində kolxoz quruculuğu və sovet hakimiyyəti əleyhinə üsyan başlanıb.
İsaxan Hacıbayramoğlunun başçılıq etdiyi üsyan tədricən bütün Borçalı mahalını əhatə edib. Nəticədə hökumət üsyanın yatırılması üçün bölgəyə çoxlu sayda hərbi qüvvələr yeridib.
Üsyançılara qarşı hərbi əməliyyata həmin vaxt Zaqafqaziya (ZSFSR -Zaqfederasiya) təhlükəsizlik orqanlarının rəhbərlərindən olan Lavreti Beriya şəxsən komandanlıq edib. Üsyan qəddarlıqla yatırılıb və bütün fəalları güllələnib.


1993– Prezident Heydər Əliyev BMT-nin Təhlükəsizlik Şurasına müraciət edərək qurumu Ermənistanın təcavüzünü dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.

Doğum günləri:

1937 – Tanınmış ictimai xadim, Azərbaycan mədəniyyətinin dünyada tanlınmasında mühüm xidmətlər göstərmiş Ramiz Abutalıb oğlu Abutalıbov Ordubad şəhərində doğulub. 1971-1979, 1985-1993-cü illərdə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə təşkilatında - UNESCO-da çalışıb. 1992-2004-cü illərdə Azərbaycanın UNESCO-da daimi nümayəndəsi olub.

Tarixdə bu gün - 27 oktyabr

 

1939- Ssenarist, Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada doğulub. "Şərikli çörək”, "Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.

Tarixdə bu gün - 27 oktyabr

Vəfat etmişdir:

1932 - Bəstəkar, Azərbaycan musiqisi tarixində ilk romansların müəllifi Asəf Zeynallı (5.4.1909 - 1932) vəfat edib.  Gənc və istedadlı bəstəkar qısa ömründə bir çox teatr tamaşalarına musiqi bəstələyib, "Uşaq süitası" ilə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.

Tarixdə bu gün - 27 oktyabr


Tarixdə bu gün - 27 oktyabr1938Xədicə Qayıbova ilk azərbaycanlı pianoçulardan biri, Bakıda Şərq konservatoriyasının yaradıcılarından biri olmuş Xədicə Qayıbova qətlə yetrilmişdir, daha dəqiq, güllələnmişdir. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvü kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib Azərbaycan SSR CM-nin 68 maddəsinə əsasən istintaqa cəlb edilməlidir". Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17 – də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 №-li orderinə əsasən həbs edilib. 1938-ci il aprelin 28-ə kimi Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilmişdi. 1938-ci il mayın 7-də Xədicə Qayıbovanın işi üzrə istintaqın başa çatması barədə protokol tərtib edlib. Bu ittihamnaməyə əsasən Xədicə xanım Qayıbova Azərbaycan SSR CM-nin 68 maddəsi ilə müqəssir hesab edilmişdir. Azərbaycan SSR XDİK-in Xüsusi Üçlüyünün 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqəsinə və cəsuzluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edilmişdir.
Xədicə Qayıbova 24 may 1893 —cü ildə Gürcüstanda anadan olmuşdur.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz