» » Tarixdə bu gün - 25 oktyabr

Tarixdə bu gün - 25 oktyabr

Müəllif: Vüsal от 25-10-2018, 01:00
25 oktyabr

İlin 298-ci günü
İlin sonuna 67 gün qalır.

Mühüm hadisələr:

1913 - Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının ilk tamaşası olub.
1923 - Bakı Rus "Tənqid-təbliğ" Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Bakı Rus Dram Teatrı adlandı.
1984 —Yolxucu xəstəliklər sırasına daha bir təhlükəlisi -Hepatit virusu daxi oldu.
1997 -Azərbaycan neftinin Şimal marşrutu - Bakı-Novorossiysk neft kəməri ilə ixracı başlanıb.
Sovet dövründə inşa edilən boru xətti Çeçenistandakı müharibə səbəbindən uzun müddət fəaliyyətsiz qalmışdı.
Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin nəqli haqda hökumətlərarası müqavilə 1996-cı ilin 18 yanvarında bağlanılıb. 1 ton neftin nəqlinə görə müəyyən edilən tarif 15,67 dollar təşkil edir.
Bakı-Novorossiysk neft kəmərinin uzunluğu 800 kilometrdir, gücü ildə 5 milyon tondur.
 

Tarixdə bu gün - 25  oktyabr

2001 - ABŞ Senatında gərgin müzakirələrdən sonra Azərbaycana qarşı diskriminasiya aktının - "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəlişin qüvvəsinin dayandırılması barədə qərar qəbul edilib.
Senat qərarı Azərbaycanın antiterror koalisiyasında ABŞ-la müttəfiq olmasını və Ağ ev administrasiyasının bununla bağlı müraciətini nəzərə alaraq qəbul etmişdi.
"907"-nin qüvvəsinin dayandırılması ilə bağlı prosedur 2002-ci ilin yanvarında tamamlandı.
2002 – "Gülüstan" sarayında "Azərbaycan Rüspublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nın təqdimatı keçirilib.
Prezident Heydər Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamı əsasında hazırlanan və Dövlət Proqramı 2003-2005-ci illəri əhatə edən Dövlət Proqramında makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, özəlləşdirmənin sürətləndirilməsi, ölkədə orta aylıq əməkhaqqının 1,8 dəfə artırılması və s. tədbirlər nəzərdə tutulmuşdu.
2005 - Prezident İlham Əliyev "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda ilk dəfə olaraq seçicilərin səsvermə zamanı barmaqlarının işarələnməsi (gözlə görünməyən mürəkkəblə) praktikası tətbiq olundu.

Doğum günləri:

 

Tarixdə bu gün - 25  oktyabr

 

1912 -Xalq rəssamı, ilk azərbaycanlı qadın teatr rəssamlarından biri Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) anadan olub. "Azərbaycanfilm"də geyim üzrə quruluşçu rəssam ("Məhəbbət dastanı", "Dəli Kür", "Dədə Qorqud" və s. filmlər) işləyib.
7 may 2002-ci ldə vəfat etmişdir.
 

Tarixdə bu gün - 25  oktyabr

1921 –Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova anadan olub. Müxtəlif teatrlarda çalışıb. "Ögey ana" (1959, Dilarə), "Aygün" (1961, Aygün), "Əhməd haradadır?" (1964, Nərgiz xala), "Arşın mal alan" (1965, Cahan xala) filmlərində yaddaqalan obrazlar yaradıb.
27 iyul 1992-ci ildə vəfat etmişdir.

[

Tarixdə bu gün - 25  oktyabr


1925 –Yazıçı, tarixçi və şərqşünas alim Əbdül Ənbiyə oğlu Hüseynov Bakının Əmircan kəndində doğulub. Aşqabad Universitetini bitirib, Türkmənistanda mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayır. ”Mustafaxanın xəzinəsi”, ”İslam dünyasının cəngavəri”, ”Taxta çıxan əkinçi”, ”Cənuba yürüş”, ”Bəhrəmgurun məhəbbəti və kədəri”, ”Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.

Tarixdə bu gün - 25  oktyabr

1930 - Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şaxtaxtinskaya anadan olub.
15 oktyabr 1996-cı ildə vəfat etmişdir.

1960 – Əməkdar artist Sənubər Sabir qızı İsgəndərli Bakıda doğulub. Dövlət Gənclər Teatrında çalışıb, 1997-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. "Kişi sözü" (Solmaz), "Şahid qız" (Rəna), "Fəryad" (Ana) və s. filmlərdə çəkilib.

Vəfat etmişdir:

1954 -Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev vəfat edib. Mirzəağa Əliyev 1883- cü ildə Bakıda Hğvsan kəndində anadan olmuşdur. Aktyor Hövsan"Nicat" cəmiyyətinin teatr truppasında çıxış edib, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, 1924-cü ildən Dövlət Dram Teatrında çalışıb. "Bismillah", "Hacı Qara", "Almaz", "Bakının ışıqları" və s. filmlərdə çəkilib.

Tarixdə bu gün - 25  oktyabr

2008 -Dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev vəfat edib. M.Maqomayev 17 avqust 1942 -ci ildə Bakıda doğulmuşdur. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. "Nizami” filmində (rejissor Eldar Quliyev) baş rola çəkilib. Azərbaycanın "Şöhrət”, "İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

Tarixdə bu gün - 25  oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz