» » Tarixdə bu gün - 24 oktyabr

Tarixdə bu gün - 24 oktyabr

Müəllif: Dəyanət от 24-10-2018, 00:23
 
24 oktyabr

İlin 297-ci günü
İlin sonuna 68 gün qalır.

Mühüm  hadisələr

1919 - ABŞ-ın Cənubi Qafqazdakı hərbi nümayəndəsi polkovnik Qaskel Ermənistanla Azərbaycanın Naxçıvan üstündə mübahisəsini çözmək üçün bölgənin neytral zona elan edilməsi və ABŞ general-qubernatorluğunun idarəçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib.
ABŞ rəsmisi bunun müqabilində Qarabağ və Zəngəzurun Azərbaycan ərazisi kimi tanınacağını vəd edib.
Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi ABŞ nümayəndəsinin bu təklifini rədd edib.

1992- ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna - "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəliş əlavə edilib.
Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edirdi.
Azərbaycan uzun müddət 907-nin ləğvi üçün səy göstərdi, yalnız 2001-ci ilin sonunda Konqres ABŞ administrasiyasının müraciət əsasında qadağanın qüvvəsini dayandırdı.

1993- Ermənistanın işğalçı qüvvələri Qarabağın cənubunda yeni hücuma keçiblər. Füzulinin Horadiz qəsəbəsi ətrafında və Arazboyu kəndlərində döyüşlər başlanıb.

2002- Bakıda Hüseyn Cavidin ev-muzeyi açılıb.

2008 — Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir.

Tarixdə bu gün - 24 oktyabr


2011 — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

Doğum günləri:

1882 - Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", "Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

Tarixdə bu gün - 24 oktyabr

Tarixdə bu gün - 24 oktyabr


1929 - Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Faxralı kəndində doğulub. Ədəbiyyat dərsliklərinin, bir çox tədqiqat əsərlərinin müəllifidir.

Xüsusi günlər:

1945- Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür. Birləşmiş Millətlər Təşkilatı, BMT (ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Hal-hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil. BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
1992-ci ildən Azərbaycan Respublikası BMT-nin üzvüdür.

Tarixdə bu gün - 24 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz