» » Tarixdə bu gün - 23 oktyabr

Tarixdə bu gün - 23 oktyabr

Müəllif: Vüsal от 23-10-2017, 01:00
23 oktyabr

İlin 296-cı günü
İlin sonuna 69 gün qalır.

Əhəmiyyətli hadisələr

1814 - İngiltərədə tibb tarixində ilk plastik əməliyyat keçirildi.
1940 - Azərbaycan Rəssamlar İttifaqının birinci (təsis) qurultayı keçirilib.
2002 - ARDNŞ-in 1-ci vitse-prezidenti, millət vəkili İlham Əliyev Vaşinqtona səfərə gedişində ABŞ-ın vitse-prezident Riçard Çeyni ilə, konqresmenlərlə, siyasi dairələrlə görüşlər keçirib.
İlham Əlıyev Vaşinqtonda Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunda məruzə ilə çıxış edib.
İnstitutun direktoru Fred Star İlham Əliyevi auditoriyaya Azərbaycanın gələcək lideri kimi təqdim etmişdi.
 

Tarixdə bu gün - 23 oktyabr

Doğum günləri:

1812 - Seyid Əbülqasim Nəbati - şair, XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazıb- yaratmışdır. O, həm klassik şərq, həm də aşıq şeri tərzində orijinal əsərlər yaratmışdır. Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrlara yer vermişdir.

Tarixdə bu gün - 23 oktyabr

 

1953 - Xanəndə Səxavət Əmirxan oğlu Məmmədov Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Onun səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay bəri bax", "Uca dağlar", "Yar bizə qonaq gələcək", "Ay çiçək", "Sarı bülbül", "Külək" və s. Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişmişdir.

 

Tarixdə bu gün - 23 oktyabr


Tarixdə bu gün - 23 oktyabr1985 — İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı, "Hərbi şücaətinə görə" gümüş medalı laureatı Əli Baba oğlu Babayev vəfat etmişdir.

Əli Baba oğlu Babayev 1914-cü ildə Naxçıvanda anadan olmuşdur (Bəzi sənədlərdə səhvən doğum tarixi 1910-cu il kimi qeyd edilmişdir). 1938-ci ildən Kommunist Partiyasının üzvü olmuşdur.

 1940-cı ildə Sovet Ordusuna çağrılmışdır. 1942-ci ildə faşistlər tərəfindən əsir götürülmüşdür.

 

Əli Babayev faşistlərin İtaliyanın Udine şəhərindəki hərbi düşərgəsindən əsirlərin qaçmasında fəal iştirak etmişdir.  1944-cü ilində  İtaliyan partizanlarına qoşulub, "Pyetto” (Piotto) əxəllüsü ilə tanınmışdır. Sovet Ordusunun hərbi əsirlərindən ibarət Çapay batalyonunu yaratmış və  onun  komandiri olmuşdur.

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz