» » Tarixdə bu gün - 19 oktyabr

Tarixdə bu gün - 19 oktyabr

 

 

19 oktyabr


İlin 291- ci günü

İlin sonuna 74 gün qalır. 

 

Mühüm hadisələr:

 

1812 – Napoleon Moskvanı tərk etmişdir..

2004 – Moskvada ikinci ümumrusiya azərbaycanlıları konqresi keçirilmişdir.

2005 –Bağdadda Səddam Hüseynin məhkəmə prosesi başlanmışdır.

2006 –Pan Gi Mun BMT-nin Baş katibi seçilmişdir.

 

Doğum günləri:


 

1910 - Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifi, kinorejissor Hüseyn Əli oğlu Tarixdə bu gün - 19 oktyabrSeyidzadə İrəvanda anadan olmuşdur.

Hüseyn Seyidzadə 1928-ci ildə Bakı İşçi teatrında kütləvi səhnələrdə çıxış edir. 1929-cu ildən isə burada aktyor kimi fəaliyyətə başlayır. Elə həmin il teatr tərəfindən onu Leninqrada təhsilini davam etdirməyə göndərirlər. Orada Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçir, 1930-cu ildə Bakıya, kinostudiyaya qayıdır. Həmin il o, "İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilir. Bununla da ecazkar kino sahəsindən ömrünün sonuna qədər ayrıla bilmir.

Hüseyn Seyidzadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmişdir. Sergey Eyzenşteyn, Mixail Romm, Lev Kulicanov kimi sənət korifeylərindən dərs almışdır.

Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. Çoxları isə bunu sevmirdilər. "Qatır Məmməd" filmini ilk dəfə çəkməyə başlayanda açıqca demişdi ki, niyə ssenarini ruslar yazmalıdır. Sonra isə filmi yarımçıq qoymuşdu.

Hüseyn müəllim Bütün filmlərində milli xüsusiyyətləri qorumağa çalışırdı. İstəyirdi ki, filmlərimizdə xalqın mənəvi ruhu olsun, onun taleyinin ağrıları əks etdirilsin.

"Yenilməz batalyon"da da, "Koroğlu"da da, "Qayınana"da da bunlar çox aydın görünür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi. 

Hüseyn Əli oğlu Seyidzadə 1979-cu il iyunun 2-də dünyasını dəyişmişdir.
 

Tarixdə bu gün - 19 oktyabr1930 –   Məşhur  fleytaçı, Azərbaycan Respublikasının Xalq artisti Rəhim Sadıq   oğlu Babayev   Bakıda anadan olmuşdur.

1973-cü ildə Ə.İsgəndərovun sinfində Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

1952-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının simfonik orkestrinin, 1978-ci ildən həmçinin Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti olmuşdur.

Rəhim Babayev  Azərbaycanda  fleytaçılar nəslinin yetişməsində böyük zəhməti olmuşdur. Ömrünün  60 ilə yaxın bir   zamanını (1952-2010)

  bu sənətə həsr etmişdir.

17 sentyabr 2008-ci ildə Rəhim Babayevə  Azərbaycan Respublikasının Xalq artisti fəxri adı verilmişdir.

Rəhim Babayev 20 iyul 2010-cu ildə Bakıda vəfat etmişdir.


Vəfat etmişdir:


1972 - Azәrbaycanın Xalq artisti, Gürcüstanın Əməkdar artisti Fatma Sәttar qızı Muxtarova Bakıda vəfat etmişdir. Bu gün Fatma xanımın anım günüdür.

Müğənni 1893-cü il mart ayının 26-da Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuşdur.

1914-cü ildə Saratov konservatoriyasını bitirmiş, Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa vә s. şәһәrlәrin opera teatrlarında oxumuş, 1938—53 illәrdә AOBT-nın solisti olmuşdur.

Fitri istedada, güclü vә gözәl sәsә (mezzo-soprano), yüksәk aktyorluq mәһarәtinә malik olan Fatma Muxtarova bir çox mәşһur müğәnnilәrlә çıxış etmişdir.

Fatma Muxtarova 1938-1953 illərdə M.F.Axundov ad. Azərb. Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Əsas partiyaları: Marfa, Marina Mnişek ("Xovanşina", "Boris Qodunov", M.Musorqski), Lyubaşa ("Çar gəlini", N.Rimski-Korsakov), Amneris ("Aida", C.Verdi), Dalila ("Samson və Dalila", K.Sen-Sans), Aksinya ("Sakit Don", İ.Dzerjinski), Əzra ("Nizami", Ə.Bədəlbəyli) və s. Yaradıcılığının zirvəsi Karmen ("Karmen", J.Bize) partiyasıdır. Konsert proqramları ilə də çıxış etmişdir.

Üzeyir Hacıbəyov onun sәnәtkarlığını yüksәk qiymәtlәndirmişdir. 

Musiqi sahəsindəki xidmətlrinə görə Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.


Tarixdə bu gün - 19 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.