» » Tarixdə bu gün - 17 oktyabr

Tarixdə bu gün - 17 oktyabr

Müəllif: Vüsal от 17-10-2017, 06:00
 
17 oktyabr


İlin 290- cı günü

İlin sonuna 75 gün qalır. 


Mühüm hadisələr:

1961 –Sov.İKP nın XXII qurultayı keçirildi. Qurultayda 20 il müddətinə ölkədə kommunizmi qurmaq qərara alındı.

1968 – İttifaq qoşunlarının Çexslovakiyadan mərhələ ilə çıxarılması başladı.

2003 –İordaniyada körpələrə Səddam Hüseyn adı verilməsi qadağan edildi.

 

Doğum günləri:

 

1907 - Görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi, AMEA-nın akademiki Əlisöhbət Sumbat oğlu Sumbatzadə Bakı şəhərində anadan olmuşdur.

Respublikada iqtisad elminin bir sıra istiqamətlərinin inkişafına əlverişli şəraitin yaradılması, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur.

XlX əsrdə Azərbaycanın ictimai-iqtisadi tarixinin bütün mənzərəsinin elmi təhlilini vermək üçün onun sənaye həyatının öyrənilib tədqiq edilməsi də xüsusi əhəmiyyət kəsb edirdi. Bu vacib, ümdə problemin elmi həlli də tarixşünaslığımızda yenə böyük alimin adı ilə bağlıdır. 1964-cü ildə "Elm" nəşriyyatı tərəfindən buraxılan "XIX əsrdə Azərbaycan sənayesi" adlı əsəri ilə müəllif tarixşünaslığımızda yeni bir elmi istiqamətin – iqtisadi tarixin əsasını qoydu.

28 yanvar 1992-ci ildə Bakıda vəfat etmişdir.

 

1924 - Şair, dramaturq, tərcüməçi Rzayev Hüseyn Məmməd oğlu (Hüseyn Razi) Ordubad rayonunda anadan olmuşdur.

Dramaturq kimi onun "Odlu diyar" (1963), "Tarla gözəli" (1964), "Günəş" (1968), "Arxalı dağlar" (1974), "Haray səsi" (1978), "Şirinliyin acısı" (1981) pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. "Buludlar arasında", "Həyəcanlı gecə" nəsr əsərlərinin, yüzlərlə publisistik məqalə və oçerklərin, teatr resenziyalarının, "İrəvan ədəbi mühiti" adlı irihəcmli tədqiqat işinin müəllifidir.

M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev, O.Şestinski, R.Həmzatov, R.Babacan, A.Bartonun şeirlərini dilimizə tərcümə etmişdir.

Şeirləri türk, tatar, fars, fransız və rus dillərinə tərcümə olunmuşdur.

Naxçıvan MR və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi idi.

Xidmətlərinə görə bir neçə medalla, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanlarına layiq görülmüşdür.

1998-ci ildə fevral ayının 27-də vəfat etmiş və doğulduğu Dəstə kəndində dəfn edilmişdir.

 

1936 - Azərbaycanın Milli Qəhrəmanı Soltanağa Nəhmət oğlu Bayramov Astara rayonunda anadan olmuşdur.

1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizio-terapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir.

Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində "Səhiyyə əlaçısı” adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.

 Soltanağa Bayramov dövlətçiliyimiz uğrunda şəhid olmuşdur.

Azərbaycan Respubliksaı Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.


Vəfat etmişdir:

 

Tarixdə bu gün - 17 oktyabr2011 - Görkəmli Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Nurəddin Məmmədbağır oğlu Rzayev Bakı şəhərində vəfat etmişdir.

Nurəddin Rzayev 26 iyun 1929-cu ildə Gədəbəydə ziyalı ailəsində anadan olmuşdur.

1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik, 1965-ci ildə "Ağ ciyər arteriyalarının emboliya və trombozları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, professor rütbəsi almışdır. 1966-cı ildə professor N.M.Rzayevin təşəbbüsü ilə "Qanın laxtalanma sistemi məsələləri" üzrə II Ümumittifaq konfrans keçirilmişdir. 1964-1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı Üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir. 1966-cı ildən Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin elmi şura üzvü, 1973-1983-cü illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildən Beynəlxalq Cərrahlar Cəmiyyətinin, 1993-cü ildən Avropa Təxirəsalınmaz Cərrahlıq və Travma Cəmiyyətinin, 1994-cü ildən Nyu York Elmlər Akademiyasının üzvüdür. 1961-ci ildən Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Kliniki və Eksperimental Cərrahlıq İnstitutunun elmi katibi, az sonra elmi işlər üzrə direktor müavini, 1963-cü ildə direktor əvəzi və 1964-cü ildən 1994-cü ilədək institutun direktoru vəzifəsində işləmişdir. 


Bayramlar və xüsusi günlər: 


Ümumdünya Yoxsulluqla Mübarizə Günüdür.

 

Tarixdə bu gün - 17 oktyabr  


Dünya Zabitlər Günüdür.


Tarixdə bu gün - 17 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz