» » 12 İyun - Uşaq Əməyinin İstismarına Qarşı Ümumdünya Mübarizə Günüdür

12 İyun - Uşaq Əməyinin İstismarına Qarşı Ümumdünya Mübarizə Günüdür


12 İyun -  Uşaq Əməyinin  İstismarına  Qarşı  Ümumdünya Mübarizə Günüdür


Beynəlxalq Əmək Təşkilatı tərəfindən 12 iyun  Uşaq Əməyinin İstismarına  Qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd edilir.
"Ana və Uşaq.az" Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi səhifəsinə əstinadən xəbər verir ki, ilk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır.

Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsasən hazırda dünyada 152 milyon uşaq əməyə cəlb edilib və onların təxminən yarısı (73 milyon uşaq) təhlükəli şəraitdə çalışır. Bu gün dünyada uşaqlardan bir çoxu məktəbə getməkdən, lazımi qidalanma və qulluqdan məhrumdurlar.

BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilədək qədər uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.

Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının "İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya etmişdir. Bundan başqa milli qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.

Uşaq əməyinin istismarı uşaqların təhsildən yayınması, onların fiziki və mənəvi inkişafına mənfi təsir edir. Bu sahədə məlumatlılığın artırılması, ictimaiyyətin diqqətinin bu məsələyə yönləndirilməsi, həmçinin aidiyyəti orqanların bu işdə birgə fəaliyyəti vacib amillərdəndir.
 

Bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilən "2020–2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyası”nda xüsusilə uşaqların əməyə cəlb edilməsi hallarının aşkarlanması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsinin zəruriliyi qeyd edilib. İnanırıq ki, Strategiya bu istiqamətdə ölkədə fəaliyyətlərin gücləndirilməsi və işlək mexanizmin qurulmasına təkan verəcəkdir.

"Uşaq Səfirlər Məclisi” olaraq bir daha vurğulayırıq ki, uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilməsinə yol verilməməlidir.

12 İyun -  Uşaq Əməyinin  İstismarına  Qarşı  Ümumdünya Mübarizə Günüdür

 

12 İyun -  Uşaq Əməyinin  İstismarına  Qarşı  Ümumdünya Mübarizə Günüdür

 

Dünyanın hər yerində uşaqlar öz enerjilərini fərdi bilik və bacarıqlarının artırılmasına yönəltməli, uşaq inkişafının bütün istiqamətləri üzrə qayğı ilə əhatə olunmalı və uşaq əməyinin istismarına qarşı birgə mübarizənin ən fəal iştirakçısı olmalıdırlar. Çünki əməyi istismar edilən uşaq gələcək arzu və istəklərindən məhrum olur.

Bununla yanaşı bizə həyati bacarıqları öyrədən ən kiçik işlərdə ailəmizə kömək etməkdən də çəkinməməli və unutmamalıyıq ki, bizlər kiçik əllərimizlə tutduğumuz qələmlə həm ailəmizə, həm də dövlətimizə daha çox fayda verə bilər, bəşəriyyətin gələcəyi olmaq missiyasını ləyaqətlə daşıya bilərik!
Qeyd: Üzqabığındakı şəkil Supertoys.az-a məxsusdur.

 

12 İyun -  Uşaq Əməyinin  İstismarına  Qarşı  Ümumdünya Mübarizə Günüdür

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.