» » Tarixdə bu gün - 13 oktyabr

Tarixdə bu gün - 13 oktyabr

Müəllif: Vüsal от 13-10-2017, 12:13

 

 

İlin 286- cı günü

İlin sonuna 79 gün qalır.

 

Mühüm hadisələr:

 

1792 – ABŞ-da Ağ Ev binasının təməli qoyulmuşdur.

1921 – ZSFSR ilə Türkiyə arasında Qars müqaviləsi imzalanmışdır.

1923 – Türkiyə Böyük Millət Məclisi Ankaranın Türkiyə paytaxtı olması ilə bağlı qərar qəbul etmişdir.

1734 – Rus qoşunu Gəncə qalasını mühasirəyə almışdır.

1880 –Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulmuşdur.

1997 – Moskvada Azərbaycan məktəbi açılmışdır.

 

Doğum günləri:

 

Tarixdə bu gün - 13 oktyabr1927 - Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özal Malatyada anadan olmuşdur.

1950-ci ildə İstanbul Texniki Universitetinin məzunu olan Turqut elektrik mühəndisi ixtisasına yiyələnib.

1952-ci ildə ABŞ-a yollanan Turqut orada iqtisadiyyat üzrə təhsilini tamamlayıb. Türkiyəyə geri qayıtdıqdan sonra Elektrik İşləri Etüd İradəsi baş direktorunun köməkçisi kimi Türkiyənin elektrifikasiyası ilə bağlı layihələrdə yaxından iştirak edib. 1961-1962-ci illərdə hərbi xidmətini Milli Müdafiə Nazirliyinin Elmi Məsləhət Qurumunun üzvü kimi yerinə yetirən Turqut Dövlət Planlaşdırma Təşkilatının yaradılmasına öz töhfəsini verib. Daha sonra Ortadoğu Texniki Universitetində pedaqoqluq fəaliyyəti ilə məşğul olub.

Bir müddət Nazirlər kabinetinin Texniki Mütəxəssislər şöbəsinin üzvü olan Turqut 1967-1971-ci illərdə Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini icra edib. Turqut Özal Bundan əlavə İqtisadi Koordinasiya təşkilatı, Maliyyə və Kredit təşkilatı, RCD koordinasiya qurumu və AET koordinasiya qurumunun rəhbəri vəzifələrini icra edib. 1972-1973-cü illərdə Dünya bankında məsləhətçi olaraq fəaliyyət göstərən Turqut Türkiyəyə qayıtdıqdan sonra müxtəlif sənaye qurumlarında çalışıb. 1979-cu ilin sonlarına doğru Baş nazirin müşaviri vəzifəsinə təyin olunan Turqut eyni zamanda Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini də vəkalətən icra edib.

1980-ci il 12 iyulda baş verən çevrilişdən sonra qurulan hökumətdə iqtisadi işlərdən məsul baş nazir köməkçisi təyin edilsə də 1982-ci ildə vəzifəsindən istefa verib. 1983-cü ildə Ana Vətən partiyasını quran Özal elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyə respublikasının 19-cu baş naziri kimi hökuməti qurmaqla vəzifələndirilib. 1987-ci ildə keçirilən seçkilərdən sonra yenidən hökumətə rəhbərlik edərək baş nazir kimi fəaliyyət göstərib. 1989-cu ilin 31 oktyabrında TBMM tərəfindən Türkiyə Cumhuriyyətinin 8-ci prezidenti seçilən Turqut Özal 1989-cu ilin 9 noyabrdan etibarən vəzifəsinin icrasına başlayıb.

Turqut Özal 1993-cü il aprelin 17-də Ankarada vəfat edib.


 Tarixdə bu gün - 13 oktyabr 1930— Azərbaycan Respublikasının  Xalq rəssamı və Əməkdar incəsənət xadimi Elmira Həbibulla qızı ŞahtaxtinskayaBakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir.

 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır.[1] XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958-1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.

 Məhəmməd və başqaları), 70–80–ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.

E.Şahtaxtinskaya "Şərəf ordeni" ilə təltif edilmiş, 1963–cü ildə əməkdar incəsənət xadimi, 1977–ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdür.


1943 - Nasir, dramaturq, tərcüməçi, Azərbaycan Respublikasının Əməkdar İncəsənər xadimi , "Qızıl qələm" mükafatı laureatı, 2013-cü ildən "Qobustan" Tarixdə bu gün - 13 oktyabrjurnalının  baş redaktoru Vaqif Ənvər oğlu Əlixanov (Vaqif Əlixanlı) anadan olmuşdur.

Mövlanə” Beynəlxalq müsabiqəsində "Dünyanın Mövlanəsi” pyesi II yeri tutub və əsər Türkiyənin "GÜAM” Beynəlxalq dərgisində çap olunub. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Erix Mariya Remark, Çingiz Aytmatov, Ernest Heminquey və başqa yazarların əsərləri əsasında televiziya və radio pyesləri mavi ekranda və efirdə verilmişdir. Onun bədii tərcüməsində V.Rasputinin "Axır zaman", T.Uilyamsın "İstək tramvayı", A.Kondratyevin "Saşka", Rüstəm İbrahimbəyovun "Biganələr oteli" və Alber Kamyunun "Qismət" pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. 2011-ci ilə Gənc Tamaşaçılar Teatrı Vaqif Əlixanlının "Əcəl atı” əsərini tamşaya qoyub. Əsər Azərbaycan televiziyasında da nümayiş etdirilib. 2000-ci illərdə Çingiz Aytmatovun "Qiyamət” ("Plaxa”) əsərini tərcümə və çap etdirən yazıçının, 2013-cü ildə "Əkmə qəm ağacı” kitabı işıq üzü görüb.

 

Vəfat etmişdir:

 

1930 - Azərbycanın Xalq Rəssamı, Əməkdar İncəsənət xadimi Elmira Şahtaxtinskaya Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

Tarixdə bu gün - 13 oktyabrRəssam xanım daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958-1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.

Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70–ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80–ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.

E.Şahtaxtinskaya "Şərəf ordeni" ilə təltif edilmişdir.


Tarixdə bu gün - 13 oktyabr

 

1937 - Maarif komissarı, partiya və dövlət xadimi Məmməd bəy İsmayıl bəy oğlu Cuvarlinski vəfat etmişdir. Tarixdə bu gün - 13 oktyabr

Məmməd bəy Cuvarlinski 1902-ci ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. Bir müddət kəndlərində təsərrüfatla məşğul olmuşdu. Sonra Bakı şəhərinə köçmüş, müxtəlif yerlərdə fəhlə işləmişdi. Azərbaycanda sovetləşmədən sonra qulluqçu olmuş, 14 il partiya işində çalışmışdı. II dərəcəli sovet partiya məktəbini, ÜİK(b)P MK yanında partiya işçiləri üçün kursu, qiyabi olaraq Pedoqoji texnikumunu bitirmişdi.

Məmməd Cuvarlinski Azərbaycan SSR-nin maarif komissarı olmuşdi. AZK(b)P Nuxa (Şəki) Komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. AZK(b)P MK-nin üzvü idi. M. Bağırov 1937-ci ildə Azərbaycan SSR Sovetlər qurultayında partiya qrupundan çıxış edərək Azərbaycan SSR Konstitutisiyasında düzəlişlər edən Cuvarlinskini millətçi adlandırmışdı. Martın 17-də MK-nin bürosu, 19-da isə plenumu Mir Cəfər Bağırovun təklifi ilə Məmməd Cuvarlinskini MK-nın bürosundan, 29-da isə partiya işindən xaric etdilər. M.Cuvarlinski Moskvaya şikayət üçün yollandı. M. Bağırov onu qabaqlayıb həbs etdi. Onu Bakıya, M. Bağırovun kabinetinə gətirdilər. Məmməd Cuvarlinski 13 oktyabr 1937-ci ildə güllələndi.

Məmməd Cuvarlinskinin Şura xanım adlı qızı vardı.

 

1937 - Hərbi xadim, diviziya komandiri, general-mayor Qambay Məmməd oğlu Vəzirov repressiya qurbanı olmuşdur.

Qambay Vəzirov 18 avqust 1998-ci ildə İrəvan quberniyasında doğulmuşdur. İlk təhsilini İrəvan gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur.

Tarixdə bu gün - 13 oktyabrVəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir.

1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.

Vəzirov nümunəvi döyüş komandiri kimi, 1930-1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandiri, eyni zamanda, Jizdra şəhər qarnizonunun rəisi vəzifələrində çalışmışdı. 1932-ci ildə o, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilmiş, bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr etmiş, "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu.

1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnmişdir. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 1956-cı il 28 iyul tarixli qərarı ilə Vəzirova ölümündən sonra bəraət verilmişdir

 

1937 - Gəncədə quberniya komissarı, sonra Qəza İcraiyyə Komitəsinin məsul katibi, Bakıda "Kommunist" qəzetinin redaktoru, "Azərnəşr"in direktoru, Konservatoriyanın rektoru olub. 1937-ci ildə Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarənin (Qlavlitin) rəisi idi. Azərbaycan K(b)P MK-nın üzvü İbrahim Abdulla oğlu Eminbəyli repressiya qurbanı olmuşdur.

İ.Eminbəylinin həyat yoldaşı Firuzə Eminbəyli isə 1937-ci ildə həbs edilmiş və xalq düşməninin ailə üzvü kimi sürgün edilmişdir. Sürgündən 1946-cı ildə qayıtmışdır.

1954-cü il iyulun 2-də İ.Eminbəylinin oğlu Yavuz Eminbəyli atasının işinə yenidən baxılması xahişi ilə SSRİ Nazirlər Sovetinin sədri Malenkovun adına ərizə ilə müraciət etmişdir.

1955-ci il dekabrın 10-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarına görə İ.Eminbəylinin işi ilə əlaqədar 1937-ci il oktyabrın 12-də Hərbi Kollegiyanın çıxardığı hökm ləğv edildi.

 

Tarixdə bu gün - 13 oktyabr1943 - Sovet İttifaqı Qəhrəmanı Mikayıl Məhəmməd oğlu Ələkbərov faşizmə qarşı müharibədə qəhrəmancasına həlak olmuşdur.

Mikayıl Ələkbərov Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir.

Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir.

Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak edərək, ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur.

Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir.

Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir.

Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir.


Bayramlar və xüsusi günlər :

 

 Hər il oktyabr ayının 13-də Dəmir yolu işçilərinin peşə bayramı günü  kimi qeyd olunur.   Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2005-ci ildən qeyd olunur.

Azərbaycanda ilk dəmir yolunun inşasına 1878-ci ildə başlanıb və 1880-cı ildə sonra rəsmi açılışı olub. Dünyada ilk dəfə neft bu yolla çən vaqonları ilə daşınıb. Hazırda ölkədə dəmir yollarının uzunluğu 2 944 km, istismar uzunluğu isə 2 122 km-dir. Dəmir yolu xəttinin 1 277,1 km-i (60%) elektrikləşdirilib.

 

Tarixdə bu gün - 13 oktyabr 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 89
  • Məqalələri: 1194
^
Əziz dəmiryolçular, bayramınızı ürəkdən təbrik edirik. Sizin bizim həyatımızdakı fəaliyyətiniz alqışlara layiqdir.
  • Нравится
  • 0