» » Tarixdə bu gün - 12 oktyabr

Tarixdə bu gün - 12 oktyabr

Müəllif: Vüsal от 12-10-2016, 00:39
 
12 oktyabr

İlin 285- ci günü
İlin sonuna 80 gün qalır.

Mühüm hadisələr:

1492 - Kolumb Amerikanı kəşf etmişdir.
1813 - "Gülüstan" müqaviləsi imzalanıb. Bu müqavilə 1812-ci ilin mayında Osmanlı imperatorluğu ilə Buxarest sülh müqaviləsini imzalayan Rusiya hökumətinin Cənubi Qafqazda əl-qolu daha da açıldı. Rusiya əsas diqqəti cənub sərhədinə yönəldərək İrana ciddi zərbələr endirdi. Bu zərbələr, o cümlədən Lənkəran məğlubiyyəti İranı sülh danışıqlarına başlamağa məcbur etdi. Mənbələrdə deyildiyi kimi, "İran dövləti ruslar tərəfindən tutulmuş torpaqların geri qaytarlımasına ümidini itirdi”.
1813-cü il yanvarın axırlarında Fətəli şahın nümayəndəsi Mirzə Səfi Qacarların sülh danışığına hazır olduğunu bəyan etdi. Sentyabrın 27-də Qarabağda-Zeyvə çayı sahilindəki Gülüstan kəndində Rusiya ilə İran arasında sülh danışıqları başlandı. Danışıqlarda İranı diplomat Mirzə Əbülhəsən xan Şirazlı, Rusiyanı isə baş komandan Nikolay Rtişşev təmsil edirdi.
Sülh danışıqlarında bu torpağın əsil sahibəlrinin nümayəndələri iştirak etmirdilər. Onun taleyini başqa dövlətlər həll edirdilər. Gülüstan danışıqları sentyabrın 22-də 11 maddəlik müqaviəl layihəsinin hazırlanması ilə başa çatdı. 1813-cü il oktyabrın 12-də tərəflər təntənəli surətdə Gülüstan sülh müqaviləsini imzaladılar. Müqavilənin 2-ci maddəsinə görə, "tərəflər hal-ahzırda hakimiyyətləri altında olan ərazilərə yiyələndilər”. İran bu müqavilənin 3-cü maddəsinə əsasən "Qarabağ, Gəncə, Şamaxı, Dərbənd, Quba, Bakı və Lənkərn xanlıqları”nın, həmçinin "bütün Dağıstan, Gürcüstan (Şuragil əyaləti ilə birlikdə), İmeretiya, Quriya, Minqreliya və Abxaziyanın artıq Rusiyaya məxsusluğu”nu tanıyırdı.
Göründüyü kimi, dünya tarixində özgə torpaqlarının bölüşdürülməsində analoquna az-az təsadüf edilən Gülüstan sülh müqaviləsi öz ədalətsizliyi və antihumanistliyi ilə fərqlənirdi. Bu müqavilə dünyanın ən qədim və sivilizasiyalı xalqlarından olan Azərbaycan türklərinin tarixi taleyində çox mənfi rol oynadı, onun xanlıqlar formasında olsa da, qədim dövlətçilik ənənələrinin ləğvinin, ərazilərinin iki hissəyə bölünməsinin başlanğıcını qoydu.

Tarixdə bu gün - 12 oktyabr

1960 - Sovet lideri Nikita Xruşşov Nyu-Yorkda çıxışı zamanı ayaqqabı ilə BMT tribunasını döyəcləmişdir. Sonradan nəvəsi həmin ayaqqabını hərracda 30 000 ABŞ dolları qiymətinə satmışdır.
1968 -Meksikada XIX Yay Olimpiya Oyunları başlamışdır.
1997 - Azərbaycanda "Space" televiziya kanalı yayıma başlamışdır.

Doğum günləri:

1955 - Ümummilli liderimiz Heydər Əliyevin qızı Sevil Əliyeva anadan olmuşdur. Sevil Xanım "Sevil" Qadınlar Məclisinin sədri, "SOS" Uşaq Kəndləri - Azərbaycan Assosiasiyasının fəxri prezidenti, Bəstəkar, "Space" Televiziyasının qurucusudur. Londonda yaşayır.
Sevil Xanım Əliyeva 1961-1971-ci illərdə orta məktəbdə, eyni zamanda musiqi məktəbində təhsil almışdır.
1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakultəsini ərəb dili şöbəsində təhsilini davam etdirmişdir.
1977-1980-cı illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuşdur.
1981-ci ildə elmi tədqiqatını uğurla başa çatdırıb namizədlik dissertasiyası müdafiə etmişdir. Tarix elmləri namizədidir.
1981-1986-cı illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı olmuşdur.
1986-cı ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.
Ailəlidir, 3 övladı var.

Tarixdə bu gün - 12 oktyabr


Vəfat etmişdir:

Tarixdə bu gün - 12 oktyabr1944 Sovet İttifaqı Qəhrəmanı Gəray Lətif oğlu Əsədov faşizmə qarşı mübarizədə qəhrəmancaslna həlak olmuşdur.
G.Əsədov 1923-cü ildə Beyləqan rayonunun Şahsevən kəndində dünyaya göz açmış və yeddiillik kənd məktəbini bitirdikdən sonra bir müddət kolxozun pambıq tarlalarında çalışıb.
1941-ci ilin payızında könüllü olaraq əsgərliyə yollanıb. Əvvəlcə Naxçıvanda yeni formalaşan diviziyanın tərkibində qısamüddətli kiçik komandirlər kursunu keçib. 1942-ci ilin yayınadək İranda sovet qoşun hissələrinin tərkibində xidmət edib və Qafqaz təhlükədə olduğu vaxt döyüşlərə yollanıb.
Serjant Gəray Əsədov 27-ci ordunun tərkibində hünərlərlə dolu döyüş yolu keçmişdir.
Avtomatçılar bölməsinin komandiri kimi, ilk döyüşlərdən qorxmazlığı və cəsurluğu ilə fərqlənib. Onlarla düşməni məhv edib, əsir götürüb. Döyüşlərin birində ağır yaralanmasına və dörd ay hərbi hospitalda müalicə olunmasına baxmayaraq, evə - istirahətə deyil, yenidən döyüşlərə atılıb. Bu dəfə səs-sorağı ikinci Ukrayna cəbhəsindən gəlib. 93-cü Qırmızı bayraqlı Suvorov ordenli Xarkov diviziyasının qvardiya serjantı Gəray Əsədov Poltava və Xarkov şəhərlərinin azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib.
Qvardiya serjantı Gəray Əsədov Rumıniyanın Markita şəhəri uğrunda döyüşdə misilsiz qəhrəmanlıq göstərmişdir: öz bədəni ilə düşmənin  atəş nöqtəsini susduraraq əməliyyatın uğurlu olmasını təmin etmişdir, Sovet İttifaqı Qəhrəmanı adı ona 1945-ci ilin 24 martında verilmişdir.
Təhsil aldığı kənd məktəbinə və rayonun bir küçəsinə onun adı verilmişdir.

Tarixdə bu gün - 12 oktyabr1990 - Ustad aşıq, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflı ( Mikayıl Cabbar oğlu Zeynalov) Tovuz rayonunda vəfat etmişdir.
Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.
Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı
"Azaflı dübeyti", "Azaflı gözəlləməsi", "Azaflı sənəti", "Azaflı dünyası", "Azaflı gəraylısı", "Azaflı himni", "Mikayılı", "Azaflı dağları", "Azaflı bəhri", "Məzahiri",
"Azaflı müxəmməsi", "Şah sarayı" kimi saz havaları dillər əzbəri olmuşdur.
Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərin ortalarına qədər mətbuat üzünə həsrət qalmışdı. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlamışdı. Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacıyevin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar «Yazıçı» nəşriyyatı sənətkarın «Qoca qartal» (1987) adlı kitabını çap etdi. 1988-ci ildə Şərifzadə adına Aktyor evində Azaflının özünün iştirakı ilə məclis keçirildi və geniş şəkildə televiziya vasitəsilə nümayiş etdirildi. Azaflının anadan olmasının 70 illiyi isə sənətkar dünyasını dəyişəndən sonra, təntənəli şəkildə 1994-cü ildə Filarmoniyada, 75 illiyi Yazıçılar Birliyində, 2004-cü ildə aşığın 80 illiyi Mədəniyyət Nazirliyinin xətti ilə Dövlət Musiqili Komediya Teatrında qeyd olundu.
1984-cü ilin mart ayında aşıqların IV qurultayında sənətkara böyük ehtiram göstərilərək, çıxış etmək təklif olunmuşdu. Azaflı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsindən istifadə edərək, aşıq sənətinin incəliklərindən, çatışmazlıqlarından, qarşıda duran vəzifələrdən söz açdı. Onun irad və tövsiyələri minnətdarlıqla nəzərə alındı. Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətlər xüsusi qeyd edildi. O, Aşıqlar Birliyinin sədr müavini seçildi. Novruz Bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazı ona həvalə olundu. 1989-cu il may ayının 17-də Azaflı Mikayıl ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görüldü.
 

Tarixdə bu gün - 12 oktyabr

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz