» » Tarixdə bu gün - 9 aprel

Tarixdə bu gün - 9 aprel

9 aprel
İlin 99-cu (uzun illərdə 100-cü) günü.

Mühüm hadisələr:

1241 - Leqnitsa döyüşündə Monqol qüvvələri Alman və Polyak ordularına qalib gəldi.
1945 – V Henri İngiltərə kralı olur.
1945 – Türkiyə yerli lampa istehsalına başladı.
1979 – Türkiyədə ilk dəfə olaraq bir xəstənin qulağına qığırdaq nəql edildi.
2009 – Tiflisdə 60.000 insan Mixeil Saakaşvili hökumətinə qarşı etiraz edir.

Doğum günləri:

Tarixdə bu gün - 9 aprel1336 - Teymurilər dövlətinin qurucusu Əmir Teymur  indiki Özbəkistanın Qaşqadərya vilayətində, hərbçi ailəsində anadan olub. Cavan ikən döyüşlərin birində sağ ayağı və çiynindən yaralanan Teymur şikəst qalıb və tarixdə daha çox "Teymurləng”, "Topal Teymur” və "Tamerlan” adı ilə yadda qalıb.

Paytaxtı Səmərqənd olan Teymurilər dövlətinin banisidir. Qızıl Orda dövlətini darmadağın edib. İran, Qafqaz, Hindistan, kiçik Asiya və digər dövlətlərə istilaçı səfərlər edib. Bu səfərlər adətən bir çox şəhərlərin dağıdılması və Teymurilər dövləti sərhədlərinin genişlənməsi ilə nəticələnib. Əmir Teymur 1405-ci ildə hərbi səfər zamanı müəmmalı surətdə dünyasını dəyişib. Paytaxt Səmərqənddə dəfn edilib.

 Orta əsr bioqrafları Teymurun fitri yaddaş sahibi olduğunu, türk, fars dillərini bildiyini yazırlar. Hətta Əmir Teymur dahi sərkərdə və qəhrəmanların tarixçələrini çox yaxşı bilir və döyüşdən qabaq əsgərləri ruhlandırmaq üçün onlara danışarmış.Öz qəddarlığı ilə məşhur olan Əmir Teymur eyni zamanda elmə, incəsənətə, İslam dininə hörməti ilə də yadda qalmışdır.


Tarixdə bu gün - 9 aprel1944 — Tanınmış xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Aydın Məhəmməd-Ağa (Məmmədağa) oğlu Rəcəbov Bakı şəhərində anadan olmuşdur.
O, 1966-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş və həmin il Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. İkinci kursdan M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun xalça kafedrasında təhsilini davam etdirmiş və buradan 1972-ci ildə məzun olmuşdur.[
Rəssam 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü, 1991-ci ildə isə Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü seçilmişdir. O, 2012-ci ildə Azərbaycan Rəssamlar İttifaqının "Dekorativ-tətbiqi sənət" bölməsinin rəhbəri təyin olunmuşdur.
Aydın Rəcəbov xalçaçı-rəssam Lətif Kərimov xalçaçılıq məktəbinin yetirməsi hesab edilir. Bununla yanaşı o, öz fərdi yaradıcılıq üslubunu formalaşdırmış və yaradıcılığını ənənələrə bağlılığı və müasirliyin sintezinə əsaslandırmışdır.[2] Onun xalça və naxış yaradıcılığında poeziya qaynaqlarına, Azərbaycanın orta əsr miniatür ənənələri və kompozisiya quruluşuna müraciət əsas yer tutur. Rəssamın bu qəbildən olan əsərlərinə "Şirinin Bisituna gəlməsi", "Bahar qızı", "Şərq gözəli", "Ud ifaçısı", "Çövkən oyunu", "Şahın elçiliyi" və başqaları daxildir.
Bundan əlavə, "Münəccimlər", "Əncir ağacı", "Süvari dərviş", "Dür at", "Günəş gəzdirən ağ dəvə", "Qurbanlıq qoç", "Əkinçi qoca", "Mücərrəd Qımıl", "Dünya ağacı və ya badam ağacı", "Simurq", "Faytonçu", "Həmsöhbət kişilər" kimi əsərləri rəssamın yaradıcılığında xüsusi yer tutur.
Aydın Rəcəbovun 2005-ci ildə Bakıda və Stokholmda fərdi sərgiləri keçirilmişdir.
O, respublika və beynəlxalq sərgilərində müəllifi olduğu xalçaları ilə iştirak etmişdir. Xalçaçı rəssamın əsərləri Azərbaycan muzeylərində və Almaniya, Türkiyə, İtaliya, İspaniya, İsveçrə, Fransa və digər ölkələrdə müxtəlif şəxsi kolleksiyalarda saxlanılır.

1946 — Azərbaycan kino aktyoru və rejissoru Ceyhun Cəmil oğlu Mirzəyev Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət Tarixdə bu gün - 9 aprelİnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub.
Özü bu filmini görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırıldı. Ceyhun Mirzəyev 1993-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında torpağa tapşırılıb
 
Tarixdə bu gün - 9 aprel1958  ATU-nun Urologiya kafedrasının professoru, tibb elmləri doktoru Əlimərdan Aşur oğlu Bağışov Masallı rayonunun Tüklə kəndində anadan olmuşdur.
1975-ci ildə bu kənddə orta məktəbi bitirmişdir. 1976-1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.
1986-cı ildə Azərbaycan Tibb İnstitunun (hazırkı Universitetin) müalicə-profilaktika fakültəsini adlı təqaüdlə bitirmiş və Urologiya kafedrasında elmi işçi kimi saxlanmışdır. 1992-ci ildə bu kafedranın nəznində aspiranturanı bitirərək "Mamalıq və ginekoloji praktikada sidik yolları zədələnmələrinin operativ müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Rusiya AAK-nın qərarı ilə Tibb Elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin ildə urologiya kafedrasının assistenti, 1997-ci ildə dosent, 2017-ci ildə kafedranın professoru təyin olunmuş
2008-cu ildə "Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı (sidiyin stress inkontinensiyası) - etiopatogenez, diaqnostika və müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi tədqiqat işlərini Rusiya Hərbi Tibb Akademiyasının Urologiya kafedrası və klinikasında aparmışdır. 2009-cu ildə tibb üzrə elmlər doktoru adını almışdır.
Elmi-praktik fəaliyyəti operativ urologiya və uroginekologiyanın müxtəlif problemlərini əhatə edir. Ə. Bağışovun apardığı elmi işlərin nəticəsi olaraq Azərbaycanda ilk dəfə qadınlarda sidiyin stress saxlanmazlığı zamanı daha yeni və effektli sayılan əməliyyat növü - TVT əməliyyatı həyata keçirilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Şurasının qərarı ilə onun "Qadınlarda fiziki gərginlik zamanı sidik saxlanmazlığı” adlı geniş həcmli monoqrafiyası çap olunmuşdur. Bu əsər Sidik saxlanmazlığı problemləri üzrə Beynəlxalq Təşkilatın saytına daxil edilmişdir. 2014-cü ildə kitab təkrar nəşr olunmuşdur.
Rusiya Hərbi Tibb Akademiyasında apardığı elmi axtarışlar dövrü ərzində Avropa Uroloqlar Assosiasiyasının "Qadınlarda sidik saxlanmazlığına dair tövsiyyələr” kitabını Azərbaycan dilinə uyğunlaşdırılmış şəkildə tərcümə etmişdir.
Elmi- praktiki fəaliyyəti urologiya və uroginekologiyanın müxtəlif sahələrini əhatə edir. Bağışov ən mürəkkəb uroloji əməliyyatları - böyrəyin mərcanvari daşlarının anatrofik yolla xaric edilməsi, böyrəklərin və böyrəküstü vəzilərin xəstəlikləri zamanı orqansaxlayıcı və radikal əməliyyatlar, sidik axarlarında, sidiklikdə və kişi cinsiyyət üzvlərində müasir əməliyyatları uğurla icra edir. O uroloji praktikada çox tətbiq edilən, endouretral müdaxilələr zamanı intrasponqioz anesteziya metodunu, sidik-cinsiyyət fistulları zamanı yeni fistuloqrafiya üsulunu təklif etmişdir. Sidik yollarının mamalıq və ginekoloji praktikada zədələnmələrinin cərrahi müalicəsində praktiki və elmi işləri diqqətə layiqdir.
Avropa Uroloqlar Assosiasiyasının və Sidik Saxlanmazlığı problemləri üzrə Beynəlxalq Təşkilatın üzvüdür. Azərbaycan Tibb Universiteti nəznində elmi və müdafiə şurasının üzvüdür.

Vəfat etmişdir:

Tarixdə bu gün - 9 aprel2006 — Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Məmməd Mahmud oğlu Məmmədov 76 yaşında Bakıda vəfat etmişdir.
Məmməd Məmmədov 1930 -cu ildə Qazax rayononun Birinci Şıxlı kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində almış, Azərbaycan Dövlət Universitetinin (hazırda BDU ) filologiya fakültəsini (1952) -ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. (1952-1955) -ci illərdə aspiranturada oxumuş, (1958) -ci ildə " Cəlil Məmmədquluzadənin bədii nəsri” mövzusunda namizədlik, (1969) -cu ildə isə " M.Ə.Sabir və Azərbaycan demokratik mətbuatı” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Məmməd Məmmədov (1956 - 1970) -ci illərdə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil Institutunda kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. (1970) -ci ilin fevral ayından taleyini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlayan M.Məmmədov burada dosent, professor, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1976 - 1982), sonra Pedaqogika və Psixologiya fakültəsinin dekanı (1989 - 1997) vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Bundan başqa o, "Naxçıvan " və "Təfəkkür” Universitetlərində Azərbaycan ədəbiyyatı və tənqid tarixi fənnlərindən mühazirələr oxumuşdur. Professor Məmməd Məmmədov C.Məmmədquluzadə və M.Ə.Sabir kimi ədəbi zirvələrinin bədii irslərinin ən mötəbər tədqiqatçılarından biri kimi tanınır. Cəlil Məmmədquluzadənin "Dram və nəsr əsərləri”nin (Bakı, 1958) və M.Ə.Sabirin " Hophopnamə ”sinin akademik elmi nəşrləri (üç cilddə Bakı, (1962, 1965), iki cilddə Bakı, 2005) Məmməd Məmmədovun səmərəli və səriştəli ədəbiyyatşünas və mətnşünas alim əməyinin nəticəsidir. O, 20-dən artıq kitabın, 100-ə yaxın elmi məqalənin müəllifidir.
Məmməd Məmmədovun elmi rəhbərliyi ilə 1 doktorluq, 9 namizədlik dissertasiyası müdafiə edilmişdir. Bundan başqa o, onlarla dissertasiyaya rəsmi opponentlik etmiş, Müdafiə Şurasının, (2003)-cü ildən isə Prezident yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü olmuşdur. Məmməd Məmmədovun anadan olmasının 75, elmi və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi münasibətilə (2005)-ci ildə " Ömrü Şərəflə Yaşayanda ” (müəlliflər: Təyyar Salamoğlu və Yaqub Babayev) adlı kitab çap etdirilmişdir. Kitabda Məmməd Məmmədovun şərəfli həyat yolundan səhifələr verilmişdir.
 

Tarixdə bu gün - 9 aprel

 

Tarixdə bu gün - 9 aprel2006 — Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Atakişiyev Hüseynağa Ağaһüseyn oğlu 57 yaşında vəfat etmişdir.
Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda anadan olub.
M.Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra  bir müddət Şəki Dövlət Teatrında işləyib. Məhz orada Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olur.
Sonra Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib.
1989-cu ildə Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub.
"Üzeyir ömrü" bədii televiziya filmində Hacıbəyovun obrazını yaratmış, 1995-ci ildə İstanbulda Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını tamaşaya
qoymuşdur.
Filmoqrafiya
"Üzeyir ömrü" (film, 1981)
"Ac həriflər" (film, 1993)(tammetrajlı film-tamaşa)(Aztv)-rol: aktyor, rus kişi
"Olum, ya ölüm və ya hər şeyə rəğmən" (film, 1994)
"Ömürdən uzun gecə" (film, 1996)
"Fatehlərin divanı" (film, 1997) (4-cü seriya) - İldırım Bəyazid

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz